Məhkəmə qərarları › İş №2(002)-951/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-951/2023

15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-951/2023 15.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçinun «şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, 15 avqust 1945-ci ildə Göyçay rayonu, Qızılağac kəndində doğulmuş həyat yoldaşı X1 13 yanvar 2023-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, X2 onun həyat yoldaşı olmaqla 15 avqust 1945-ci ildə Göyçay rayonu, Qızılağac kəndində anadan olmuşdur. 13 yanvar 2023-cü il tarixdə həyat yoldaşının vəziyyəti ağır olduğuna görə Bakı şəhəri X7 çağırış etməklə həkim çağırmışdır. Həkim gələnə qədər artıq həyat yoldaşı vəfat etmişdir. Mərhum həyat yoldaşını el adəti ilə Lökbatan qəsəbə qəbirstanlığında dəfn etmiş və yas mərasimini keçirmişlər. Onun başı həyat yoldaşının dəfninə və sair dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm şəhadətnaməsi həmin vaxt almamışdır. Sonradan həyat yoldaşına ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Hazırda həyat yoldaşının ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, hazırkı ərizə ilə məhkəmə müraciət etməsində məqsədinin müvafiq hüquqi sənədləşmələrin aparılması üçün həyat yoldaşının adına ölüm haqqında şəhadətnamənin əldə edilməsi olduğunu qeyd etdi və bildirdi ki, mərhum həyat yoldaşı “Məlhəm” klinikasında ürək əməliyyatı keçirmiş, əməliyyat uğursuz keçmiş və Vaqif Abdullayev aparata bağlı qalmış, daha sonra xəstəxana əməkdaşları onu təcili yardım vasitəsilə evinə apararaq aparatdan evdə çıxarılmalı olmasını ona bildirmiş, qeyd edilən xəstəxananın təcili yardım maşını vasitəsilə həyat yoldaşı evə gətirilərək aparatdan ayrılmış və həmin briqada getmişdir. Daha sonra o, başqa təcili tibbi yardım çağırmış və yoldaşının ölməsi barədə xəbərdarlıq vərəqəsi verilmişdir. Poliklinikaya və qeydiyyat şöbəsinə mərhum həyat əri vaqif Abdullayevin ölüm şəhadətnaməsini əldə etmək məqsədilə müraciət etsə də, imtina məktubu almış və məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərin nəzərə alınaraq ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı ərizə ünvanlanaraq məhkəmə iclaslarının Bakı şəhər Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 05340972 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1945-ci il tarixdə doğulmuşdur. İşə əlavə edilmiş nikahın bağlanması haqqında АЗ 305181 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 ilə Ərizəçi arasında nikah xx.xx.1974-cü il tarixdə nikah bağlanmış, ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. Göründüyü kimi, barəsində hüquqi faktın müəyyən edilməsi tələb edilən şəxs - X2 ərizəçinin həyat yoldaşı olmuşdur. X2 ünvan 2 ünvanında 13 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Bununla bağlı işə əlavə edilmiş Təcili və X3 Stansiyası 15 saylı bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası çağırış üzrə xx.xx.2023-cü il tarixdə saat 18:02-də qeyd edilən ünvanda olmuş və X2 barəsində “kişi cinsli meyit, ölümün ilkin səbəbi – ağciyər ürək çatşmazlığı” qeydi aparılmışdır. Ərizəçi anasına ölüm haqqında tibbi şəhadətnamə əldə etmək məqsədilə müraciət etmiş, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 23 Nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən ona 16 №li xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir ki, xx.xx.1945-ci il təvəllüdlü X2 ASM-də qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs 05/Q-82/15 № li xx.xx.2023-cü il tarixli məktub ilə ərizəçinin həyat yoldaşının ölümünün qeydə alınması barədə ərizəsinə müraciətindən imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon Lökbatan bələdiyyəsi tərəfindən verilmiş 50 saylı arayışın məzmunundan görünür ki, X2 14 yanvar 2023-cü il tarixində Lökbatan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək Ərizəçi yeznəsi olduğunu, Vaqif Abdullayevin xx.xx.2023-cü il tarixində evdə vəfat etdiyini, vəfat etdiyi zaman yanında olduqlarını, sonra el adəti və dini qaydalar üzrə mərhumun dəfn edildiyini, özünün də dəfndə və yas mərasimində iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, işə əlavə edilmiş sənədlər, şahid ifadəsi və digər mötəbər sübutlar əsasında təsdiq olunur ki, xx.xx.1945-ci il təvəllüdlü X2 xx.xx.2023-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi ev 33B nömrəli evdə vəfat etmişdir. Belə ki, Ərizəçi həyat yoldaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları, faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyrimümkünlüyünü əsas götürərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1945-ci il təvəllüdlü X2 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.8, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1945-ci il tarixdə Göyçay rayonu, Qızılağac kəndində doğulmuş X1 13 yanvar 2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar