Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-992/2023 24.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X9 oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi”nə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, onunla Maraqlı şəxs arasında 03 fevral 2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 03 fevral 2023-cü il tarixdə Bakı 9 saylı X3 Abbas Gülbala oğlu ilə aralarında alimentin artırılması ilə bağlı yaranmış fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X2 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Maraqlı şəxs birgə nikah dövründə anadan olmuş övladı X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 200 manat aliment məbləğinin ona ödənilməsi, aliment məbləğinin hər ayın 10-a kimi qədər Maraqlı şəxs əmək haqqından tutulmaqla ona ödənilməsi barədə barışıq sazişi bağlanmışdır. Ərizəçi məhkəmə iclasında izahat verərək ərizəni müdafiə etdi və bildirdi ki, cavabdeh əvvəl müəyyən olunmuş aliment miqdarını ödəyirdi, uşaqlar üçün yaşayış minimumu artdığı üçün alimentin artırılması ilə bağlı məsələnin həlli məqsədilə mediasiya orqanına müraciət etmiş, cavabdeh iştirak edərək alimentin 200 manat həddində müəyyən edilməsi barədə hər ikisi qarşılıqlı razılığa gəlmişlər. Barışıq sazişi xx.xx.2022-ci il tarixdə bağlansa da, bu ay alimentin miqdarı köhnə məbləğlə tutulmuşdur. Odur ki, həmin barışıq sazişinin icrasını təmin etmək məqsədilə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir, odur ki, barışıq sazişinin şərtlərinin təsdiq edilərək icra vərəqinin müəyyən edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək, birgə nikahdan olmuş övladının anasının yanında saxlanması barədə qətnamə qəbul edildiyini, alimentin miqdarının əvvəl 100 manat sonradan isə bir dəfə də artırılmaqla müəyyən edildiyini, alimenti indiyə kimi həmişə vaxtında ödədiyini, son dəfə aliment miqdarının artırılaraq 200 manat müəyyən edilməsi və onun əmək haqqına yönəldilməsi ilə bağlı Ərizəçi ilə mediasiya mərhələsində barışıq sazişi bağladıqlarını bildirdi və həmin şərtlərlə barışıq sazişinin təsdiq edilməsinə razı olduğunu qeyd etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli, 2(012)-156/2014 nömrəli Qətnaməsi ilə hazırkı tərəflər arasında nikah qeydi ləğv edilmiş, 07 oktyabr 2007-ci il tarixdə anadan olmuş X5 anası X1 yanında saxlanması müəyyən edilmiş və həmin uşağın saxlanması üçün hər ay 100 manat məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi xeyrinə ödənilməsi qət edilmişdir. 03 fevral 2023-cü il tarixdə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Barışıq Sazişi bağlanılmış görünür ki və tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 1.1 Ata Abasov X6 tərəflə birgə nikah dövründə anadan olmuş övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 (iki yüz manat) AZN aliment məbləğini ana Ərizəçi ödənəyəcək. 1.2 Aliment məbləği hər ayın 10-na qədər İkinci tərəf Maraqlı şəxs əmək haqqından tutulmaqla Birinci tərəf Ərizəçi ödəniləcək. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs birgə nikahından bir uşaq xx.xx.2007-ci il təvəllüdlü X7 hazırda yetkinlik yaşına çatmamışdır. Ərizəçi və Maraqlı şəxs arasında 03 fevral 2023-cü il tarixdə keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında alimentin artırılması ilə bağlı barışıq sazişi imzalanmış, daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün həmin sazişin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Alimentin hansı tarixdən tutulacağı ilə bağlı sazişdə heç bir qeyd edilməsə də barışıq sazişinin, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu, md. 34.1) nəzərə alınmaqla, alimentin tutulması vaxtı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Bakı 9 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 9 saylı Mediasiya təşkilatında mediasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli “Barşıq Sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: “Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürür. Aliment məbləği hər ayın 10-na qədər Maraqlı şəxs əmək haqqından tutulmaqla Ərizəçi ödəniləcək”. Alimentin tutulma vaxtı xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-992/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-992/2023
24.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver