Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-996/2023 31.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı Mirzəyeva (Hacıyeva) Aytac Mansur qızının və Cavabdeh iştirakı ilə, iddiaçı Mirzəyeva (Hacıyeva) Aytac Mansur qızının Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Mirzəyeva (Hacıyeva) Aytac Mansur qızı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, toyda ona hədiyyə verilən sırğa, sep, qolbaq, üzükdən ibarət komplektin, habelə 4 ədəd üzük üçün 400 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Mirzəyeva (Hacıyeva) Aytac Mansur qızı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbində göstərdiyi əşyaların və pulun cavabdeh tərəfindən ona təqdim edildiyini, bu səbəbdən iddiadan imtina etdiyini bildirdi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddiadan imtinanın qəbul edilərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında qızılzinət əşyaları tələbi ilə bağlı mübahisə həllini tapdığından, eyni zamanda iddiadan imtina qanuna zidd olmadığından, hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 261.0.4 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Mirzəyeva (Hacıyeva) Aytac Mansur qızının Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə iddiaçı Mirzəyeva (Hacıyeva) Aytac Mansur qızının iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-996/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-996/2023
31.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver