Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1017/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *3.0*.*953-cü il təvəllüdlü X* 2009-cu il tarixdə, 08.09.*97*-ci il təvəllüdlü X8 *8.04.*994-cü il tarixdə, 0*.02.*976-cı il təvəllüdlü X9 2000-ci tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası-X4 2009-cu il tarixində Bakı şəhərində vəfat etmiş və Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Sofıhəmid qəbirstanlığmda dəfn olunmuş, qardaşı-X*7 *8.04.*994-cü il tarixində Bakı şəhərində vəfat etmiş və Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Sofıhəmid qəbirstanlığmda dəfn olunmuş, qardaşı-X*8 2000-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Sofıhəmid qəbirstanlığmda dəfn olunmuşdur. Kifayət qədər hüquqi savadı olmadığından anasının və qardaşlarının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamələrin alınması zərurəti yaranmışdır. Belə ki, miras qalmış əmlakı o, rəsmiləşdirmək istəyir. X*, X*7 və X9 ölüm akt qeydinin aparılması və onun adma ölüm haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasf’nm 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Proses iştirakçılarının izahatı Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun baldızıdır. Samirənin anası Sərmayə 2009-cu ildə vəfat etmiş və Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Sofıhəmid qəbirstanlığmda dəfn olunmuşdur. Samirənin qardaşlarını isə tanımır. Məhkəmədə şahid qismində X*0 ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısı qızıdır. Ərizəçinin anası Sərmayə 5-6 il olar ki, Bakı şəhərində vəfat etmiş və o, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Sofıhəmid qəbirstanlığmda dəfn olunmuşdur. Qardaşı Cəfər isə *990-cı illərdə Bakı şəhərində vəfat etmiş və onuda həmin qəbirstanlıqda dəfn etmişdirlər. Məhkəmədə şahid qismində X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun yaxın qohumudur. Ərizəçinin anası Sərmayə Bakı şəhərində vəfat etmiş və o, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Sofıhəmid qəbirstanlığmda dəfn olunmuşdur. Samirənin 2 qardaşı olmuşdur. Onlarda Bakı şəhərində vəfat etmişlər və onlarıda həmin qəbirstanlıqda dəfn etmişdirlər. Ərizəyə etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -“Elektron” Məhkəmə İnformasiya Sistemindən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*980-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X6, anası X4 olan xx.xx.*980-ci il təvəllüdlü X*4 anadan olmuşdur. -Maraqlı şəxs tərəfindən verilmiş arayışlardan görünür ki, 0*.02.*976-cı ildə Şamaxı rayonu, Ərəbşalbaş kəndində anadan olmuş X**, 08.09.*97*-ci ildə Şamaxı rayonu, Ərəbşalbaş kəndində anadan olmuş X8 və *3.0*.*953-cü ildə Şamaxı rayonu, Qurbançı kəndində anadan olmuş X2 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə yoxlama aparılmış və ölüm haqqında akt qeydləri aşkar olunmamışdır. -Bakı şəhəri Qaradağ rayon Sanqçal Bələdiyyəsi tərəfindən verilmiş 23.*2.2024-cü il tarixli, 02/55 saylı arayışdan görünür ki, *972-ci il təvəllüdlü X*7 *8.04.*994-cü ildə vəfat etmiş və Bakı şəhəri Qaradağ rayon Sanqçal qəsəbəsi, Sofihəmid qəbirstanlığında dəfn edilmişdir. -Bakı şəhəri Qaradağ rayon Sanqçal Bələdiyyəsi tərəfindən verilmiş 23.*2.2024-cü il tarixli, 02/54 saylı arayışdan görünür ki, *976-cı il təvəllüdlü X*8 2000-ci ildə vəfat etmiş və Bakı şəhəri Qaradağ rayon Sanqçal qəsəbəsi, Sofihəmid qəbirstanlığında dəfn edilmişdir. -Bakı şəhəri Qaradağ rayon Sanqçal Bələdiyyəsi tərəfindən verilmiş 23.*2.2024-cü il tarixli, 02/53 saylı arayışdan görünür ki, *953-cü il təvəllüdlü X4 2009-cu ildə vəfat etmiş və Bakı şəhəri Qaradağ rayon Sanqçal qəsəbəsi, Sofihəmid qəbirstanlığında dəfn edilmişdir. -Maraqlı şəxs Ərizəçi ünvanlanmış *3.*2.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin anası X*, qardaşı X*7 və qardaşı X** ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*8.*. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə *93. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası Bənd 8.5. ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bənd 8.2. ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrəməhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı Bənd 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Ərizəçi anası *3.0*.*953-cü il təvəllüdlü X4 2009-cu il tarixdə, qardaşları 08.09.*97*-ci il təvəllüdlü X8 *8.04.*994-cü il tarixdə və 0*.02.*976-cı il təvəllüdlü X9 2000ci tarixdə Bakı şəhərində ölmüşdürlər və sonuncular Bakı şəhəri Qaradağ rayon Sanqçal qəsəbəsi, Sofihəmid qəbirstanlığında dəfn edilmişdirlər. Göründüyü kimi, ərizəçi anasının və qardaşlarının ölüm faktının müəyyən edilməsini xahiş edir. Hazırda baxılan mülki iş üzrə hüquq haqqında mübahisənin olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və *3.0*.*953-cü il təvəllüdlü X* 2009-cu il tarixdə, 08.09.*97*-ci il təvəllüdlü X8 *8.04.*994-cü il tarixdə, 0*.02.*976-cı il təvəllüdlü X9 2000-ci tarixdə Bakı şəhərində ölmələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. *3.0*.*953-cü il təvəllüdlü X* 2009-cu il tarixdə, 08.09.*97*-ci il təvəllüdlü X8 *8.04.*994-cü il tarixdə, 0*.02.*976-cı il təvəllüdlü X9 2000-ci tarixdə Bakı şəhərində ölmələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1017/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1017/2025
18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver