Məhkəmə qərarları › İş №2(003)-1035/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1035/2024

08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1035/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06.05.*965-ci il təvəllüdlü X2 *5.*2.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 06.05.*965-ci il təvəllüdlü X5 *5.*2.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Qızının dəfn və hüzür mərasimində qohumlarla yanaşı qonşularda iştirak etmişdir. Qızı vəfat etdikdən sonra müəyyən səbəblərdən biz onun ölüm haqqında şəhadətnaməsini almamışdırlar. Qızının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən müyyən edilmiş sənədləşdirmə işlərini apara bilmir, bu isə onun hüquqlarının pozulmasına gətirib çıxarır. Bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, müraciətinə verilən cavabdan da göründüyü kimi bu barədə məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qızı *5 dekabr 2023-cü il tarixdə saat *7:*5 dəqiqədə ürəktutmasından evdə ölmüşdür. Evə 6 saylı təcili tibbi yardım biqadası çağrılmış, Təcili və Təxirəsalınmaz tibbiyardım stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən də göründüyü kimi ölüm *5 dekabr 2023-cü il tarixdə saat *7:*5 dəqiqədə baş vermişdir. Məhkəməyə şahid kimi çağrılacaq şəxslərin şəxsiyyət vəsiqələri işə əlavə edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X*0 ifadəsində göstərmişdir ki, ərizəçi onun nənəsidir. X8 isə onun xalası olmuşdur. Güldanə nəfəs darlığından əziyyət çəkdiyi üçün rəhmətə getmişdir. Təxmin saat *7:00 radələrində ona zəng vurdular ki xalası Güldanə ölmüşdür. nənəsi ona zəng etmişdir. *5.*2.2023-cü il tarixdə xalası ürək tutmasından vəfat etmişdir. O, xalasının yasında iştirak etmiş və mərhuməni Şüvəlan qəsəbə qəbirstanlığında dəfn etmişdirlər. Məhkəmədə şahid qismində X** ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısı arvadıdır. X* olmuşdur. Güldanə ölən günü *7:00 radələrində Raya ona zəng etdi ki, qızı Gülnarə vəfat etmişdir. O, ailə üzvləri ilə birlikdə getmiş və Gülnarənin hüzr və dəfn mərasimlərində iştirak etmişdirlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, X5 06.05.*965-ci il tarixdə Ağdam rayonu, Qasımlı kəndində anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06.05.*965-ci il tarixdə Ağdam rayonu, Qasımlı kəndində anadan olmuşdur. X4 və anası Ərizəçidır. İş materiallarında olan Təcili və X9 Stansiyasının (TTTYS) 6 saylı bölməsi həkimi tərəfindən verilmiş *5.*2.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 həkiməqədər ölümü baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X*3 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun 27.*2.2023-cü il tarixli, 2*9/03 saylı arayışından görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkün düşmüş və Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Ulduz” düşərgəsində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin 25.*2.2023-cü il tarixli, 98 saylı arayışından görünür ki, X5 *5.*2.2023-cü il tarixdə vəfat edib, *6.*2.2023-cü il tarixdə Şüvəlan qəbirstanlığında yaxın qohumlarının ətrafında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış 27.*2.2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin anası X2 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum qızı X3 *5.*2.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 06.05.*965-ci il tarixdə Ağdam rayonu Qasımlı kəndində doğulmuş X2 *5.*2.2023cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar