Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1045/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *0.02.*928-ci il təvəllüdlü X5 30.0*.*994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası *0.02.*928-ci il təvəllüdlü X*0 ürək çatışmamazlığından 30.0*.*994-cü il tarixdə yaşadıqları Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Duda zavodu ev 7-də ölmüşdür. *994-cü ildə mərhum X7 Suraxanı rayonu, Hövsan qəsəbə qəbristanlığında dəfn etmişlər. Başları dəfn mərasiminə qarışdığından «ölümü təsdiq edən» sənədləri müvafiq orqanlardan vaxtında almamışlar. X* 30.0*.*994cü il tarixdə ölüm faktı sənədlərlə də təsdiq olunur. Suraxanı RİHB-nin Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən 29.*2.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X2 rayonu, Hövsan qəsəbə qəbristanlığında dəfn edilmişdir. Qeyd edir ki, ölüm haqqında şəhadətnamənin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhər Maraqlı şəxsnə müraciət etsə də, həmin Şöbədən imtina bildirişi almışdır. Səbəb kimi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş X4 X**” 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisələrinin müvafiq sənədi ilə təsdiq edilməli olması göstərilmişdir. Mərhum atası X5 adına ölüm kağızı olmadığı üçün müracətindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və onun bu tələbini məhkəmədən kənar həll edilməsi mümkün olmamışdır. Məhkəməyə müraciət etməkdə məqsədi gələcəkdə vərəsəlik və digər hüquqlarımı həyata keçirməklə bağlı müəyyən maneələrin yaranmasıdır. Daha sonra Ərizəçi dəqiqləşdirilmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 0*.02.*928-ci il təvəllüdlü X5 30.0*.*994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, ərizəçi ilə doğulan gündən qonşudurlar. Mərhum Muxtar kişini yaxından tanıyırdı. Ölümündən qabaq çox xəstə idi. O, ərizəçinin mərhum atasının dəfnində iştirak edib. Mərhum Hövsan qəsəbə qəbirstanlığında dəfn olunub. Məhkəmədə şahid qismində dindirilən X*4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə yaxın qonşu olmuşlar. Mərhum Muxtar kişini yaxından tanıyırdı. Ölümündən qabaq çox xəstə idi. O, ərizəçinin mərhum atasının dəfnində iştirak edib. Mərhum Hövsan qəsəbə qəbirstanlığında dəfn olunub. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan pasporun surətindən görünür ki, X*0 0*.02.*928-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 *0.02.*928-ci il tarixdə anadan olmuşdur. Bu barədə qeydiyyat şöbəsində *5.07.*928-ci il tarixdi 66 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*966-cı il tarixdə anadan olmuşdur. X3r. İş materiallarında olan Suraxanı RİHB-nin Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən 29.*2.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X*0 *994-cü il tarixdə vəfat etmiş və Suraxanı rayonu, Hövsan qəsəbə qəbristanlığında dəfn edilmişdir. İş materiallarına X9 aid qəbir daşının fotoşəkilləri əlavə edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış 28.*2.2022-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin atası X5 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməasi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum atası X5 30.0*.*994-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 0*.02.*928-ci il təvəllüdlü X5 30.0*.*994-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1045/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1045/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver