Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1100/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 ona məxsus olan ünvan 1 ünvanmda (yeni ünvan: “ünvan 3şayış sahəsindən çıxarılmalarına və evin onun sahibliyinə verilməsinə, həmçinin evin torpaq sahəsinin zəbt olunmuş 225 kv.m.-lik hissəsinin Cavabdeh3 geri alınaraq sahibliyinə verilməsinə, aradakı daş hasar tikilisinin Cavabdeh3 hesabına sökülməsinə, evin hüquqi və texniki sənədlərində göstərilən torpaq sahəsinin qanuni ölçülərinin, sərhədlərinin və konfiqurasiyasının yerində naturada bərpa edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Səfərova Azadə Rəşid qızı ilə kredit (borc) müqaviləsi bağlamışdır. Borc öhdəliyinin təminatı olaraq aralarında xx.xx.2019-cu il tarixdə ipoteka müqaviləsi də bağlanmışdır. İpoteka müqaviləsinə əsasən, Səfərova Azadə Rəşid qızının mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Maqomayev küçəsi 2-ci dalan ev 1 ünvanında yerləşən fərdi yaşayış evi borc öhdəliyinin təminatı olaraq ipotekaya qoyulmuşdur. Səfərova Azadə borc öhdəliyini yerinə yetirə bilmədiyinə görə 53 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli icra qeydi, Xəzər Rayon İcra Şöbəsinin 13/5A saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən ipoteka predmeti qiymətləndirilərək hərraca çıxarılmış, hərracda kənar şəxslər tərəfindən alınmadığı üçün özü tərəfindən pul vəsaiti hesabına 29 iyul 2021-ci il tarixində “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə” əsasında alınmışdır. Daha sonra hərrac təşkilatının verdiyi xx.xx.2021-ci il tarixli “Hərracın yekunları barədə protokol” və bağladığı alqı-satqı müqaviləsi əsasında hüququnu daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində qeydiyyata aldıraraq çıxarış və texniki pasport almışdır. Çıxarışda “Bakı şəhəri ünvan 4 ünvanı kimi göstərilmişdir. Evi öz adına keçirib çıxarış aldıqdan sonra oraya gedərkən sonradan ad-soyadını öyrəndiyi, hazırki işdə cavabdeh olan Cavabdeh1 bildirmişdir ki, bu evi 15 il bundan əvvəl guya qaynatası ilə qaynanası ona və ailəsinə alıb vermişlər. Guya evə görə Səfərov Rəşidə (evi ipotekaya qoyan Səfərova Azadənin atasına) nə qədərsə pul ödəmişlər. Lakin heç bir rəsmiləşmə aparılmamış, onlara heç bir rəsmi sənəd təqdim edilməmişdir. Məlum olmuşdur ki, Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 və yetkinlik yaşına çatmayan (bu üzdən cavabdeh qismində cəlb edilməmişlər) övladları ilə birlikdə həmin ünvanda heç bir qanuni əsas olmadan yaşayırlar, Səfərovlar ailəsi ilə tanışdırlar, onların bağlarına gözətçilik etmək üçün orada yaşamaqdadırlar. Həmin şəxslərin mülkiyyət hüquqlarışı pozmalarını, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə imkan verməmələrini əsas tutaraq və kimlik və şəxsiyyətlərinin müəyyənləşdirilməsindən ötrü keçən il Xəzər rayonda yerləşən ərazi polis orqanına şikayət ərizəsi ilə müraciət etmişdir. Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində təhqiqat aparılmış, evində qanunsuz yerləşən şəxslərin şəxsiyyət və kimlikləri müəyyən edilmişdir. Təhqiqatçının xx.xx.2021-ci il tarixli qərarı ilə məsələnin mülki mübahisə olması qənaətinə gəlinmiş və cinayət işinin başlanması rədd edilmişdir. İş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bununla əlaqədar olaraq, o da vəkillərə müraciət edərək mülki icraat qaydasında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, hal-hazırda həmin ünvanda Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 övladları ilə birlikdə yaşamaqdadırlar. Hesab edir ki, bu, Səfərova Azadənin özünün qurduğu bir işdir ki, evi ona təhvil verməsin. Ona verilmiş çıxarışda evin torpaq sahəsinin 1302 kv.m. olmasına baxmayaraq, bunun 255 kv.m.-lik bir hissəsi hansısa niyyətlə və hansısa yollarla 1-ci cavabdeh tərəfindən qonşuluqda yaşayan şəxsə verilmişdir. Həmin qonşu hazırki işdə cavabdeh olan Cavabdeh3dur. Sonuncu ona məxsus torpaq sahəsinin 255 kv.m.-lik hissəsini qeyri-qanuni olaraq ələ keçirmiş, hansısa yolla 1-ci cavabdehdən almış və qanunsuz hasar çəkərək zəbt etdiyi torpaq sahəsini əsas torpaq sahəsindən ayırmışdır. Zəbt olunmuş torpaq sahəmin ölçülərinin və koordinatlarının dəqiqləşdirilməsi üçün “X1” MMC-yə müraciət edərək mütəxəssis rəyi almışdır. 11 yanvar 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, çıxarışla xüsusi mülkiyyətinə verilmiş 0,13023 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinin 0,0255 ha hissəsi zəbt olunmuş və zəbt olunan hissə mişar daşı ilə hörülərək ümumi 0,13023 ha sahədən ayrılmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və arvadı Cavabdeh2 3 azyaşlı uşaqları ilə birlikdə ona məxsus olan ünvan 5 ünvan: ünvan 6əşən yaşayış sahəsindən çıxarılmalarına və evin onun sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 7 ünvan: ünvan 8 və bu barədə müvafiq dövlət reyestrindən çıxarışda mövcüddur. Həmi evi açıq hərracda almışdır. Ev, onun qarşısında ipoteka ilə yüklü ediləndə evdə heç kim yaşamamış, yaşaması barədə məlumatı olmamışdır. Evi əldə edəndən sonra müəyyən etmişdir ki iş üzrə cavabdehlər həmin evdə yaşayırlar. Ona görə evə daxil ola bilməmişdir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə çıxarılmalarını və evin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan ev qanuni əsaslarla iddiaçının mülkiyyətinə keçmişdir. Buna baxmayaraq cavabdeh öz mülkiyyətindən istifadə edə bilmir. Belə ki, iş üzrə cavabdehlər heç bir əsas olmadan həmin evdə yaşayırlar və oranı tərk edərək iddiaçıya təhvil vermək istəmirlər. İş üzrə cavabdehlərin həmin evdən istifadə etmələri üçün qanuni əsas mövcüd deyil. Ona görə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbi etiraf etməyərək izahatında bildirmişdir ki, arvadı Cavabdeh2 atası 2008-ci ildə Azadə Səfərovaya 55000 manat verib mübahisə predmeti olan evi almış və arvadına vermişdir. Evin ipoteka müqaviləsi əsasında girov qoyulması lə bağlı məlumatları olmamışdır. Ona görə də hesab edir ki, ev onlara məxsusdur. Hazırda evdə o, arvadı Cavabdeh2 və uşaqları birlikdə yaşayırlar. Həmçinin bildirmişdir ki, evin qaynatası tərəfindən alınmasına dair Azadə Səfərova ilə rəsmi qaydada alğı-satqı müqaviləsi bağlanmamışdır. Torpaq sahəsinin bir hissəsini, yəni 225 kv.m hissəsini Cavabdeh3 satmaq istəmiş, ona görə həmin hissədə hasar çəkilmişdir. Hazırda isə onunla Əliheybət arasında olan razılaşma baş tutmamış və o, torpaq sahəsinin satılmasından imtina etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbi etiraf etməyərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan evi 2008-ci ildə atası Azadə Səfərovaya 55000 manat verərək onun üçün almışdır. Ev onlara məxsusdur və o, əri Cavabdeh1, uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 qaydalarla Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar, 2-ci döngə ev 35) İddiaçı mülkiyyətindədir. Daşınmaz əmlak 69 kv.m fərdi yaşayış evindən və 0.130230 ha torp sahəsindən ibarətdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 5 ünvan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar, 2-ci döngə ev 35) İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Səfərova Azadə Rəşid qızına 51000 manat məbləğində borca pul verilmiş, sonuncu isə aldığı həmin borcu xx.xx.2020-ci il tarixədə qaytarması barədə öhdəlik götürmüşdür. Həmin müqavilə 3M-2403 nömrə ilə reyestrdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan Səfərova Azadə Rəşid qızına məxsus olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Maqomayev küçəsi 2-ci dalan ev 1 ünvanında yerləşən 69 kv.m fərdi yaşayış evi 3M/2403 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 58/01 nömrəli protokoldan görünür ki, 53 saylı Notariat Kontorunun 8i-4716 saylı xx.xx.2020-ci il tarixli icra qeydi, Xəzər rayon İcra şöbəsinin 13/5A saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən ipoteka predmeti olan Səfərova Azadə Rəşid qızına məxsus ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərrac yolu ilə satışa çıxarılmış və ipoteka predmeti ipoteka saxlayan İddiaçı tərəfindən əldə olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixlihərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilədən görünür ki, ipoteka predmeti olan Səfərova Azadə Rəşid qızına məxsus ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi 22312,5 manata İddiaçı tərəfindən əldə edilmişdir. İş materiallarında olan “X1” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı ilə ünvan 11 ünvanla - Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar, 2-ci döngə, ev 35 ünvanında İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.13023 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinin 0.0255 ha hissəsi zəbt olunmuş və zəbt olunan hissə mişar daşı ilə hörülərək ümumi 0.13023 ha sahədən ayrılmışdır. İşin hallarından müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Maqomayev küçəsi 2-ci dalan ev 1 kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə İddiaçı qarşısında yüklü edilmiş, evin keçmiş mülkiyyətiçisi Səfərova Azadə Rəşid qızı kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə həmin ipoteka predmeti açıq hərracda satışa çıxarılmış və sonda ipoteka saxlayan İddiaçı tərəfindən alınmışdır. Nəticədə İddiaçı adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmiş, yeni qaydalarla evin ünvanı ünvan 13mışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı ünvan 5 qaydalarla Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar, 2-ci döngə ev 35) olan daşınmaz əmlakı qanuni əsaslarla əldə etmiş və onun mülkiyyət hüququ müvafiq çıxarış verilməklə Dövlət reyestrində qeydə alınmışdır. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamaqla iddiaçıya məxsus əmlaka sahiblik etmələri qanuni hesab edilə bilməz. Belə ki, cavabdehlərin həmin evdə yaşamalarının qanuni əsası müəyyən edilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən ipoteka qoyulmuş iş üzrə mübahisə predmeti olan evə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun bu tələblərinə baxmayaraq mübahisə predmeti olan ev açıq hərracdan satıldıqdan sonra digər şəxslər olan iş üzrə cavabdehlər həmin evi tərk etməmişlər. Bununla da daşınmaz əmlak yeni mülkiyyətçisinə, yəni iddiaçıya təhvil verilməmişdir. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, azyaşlı uşaqları ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Maqomayev küçəsi 2-ci dalan ev 1-dən (yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar, 2-ci döngə ev 35-dən) çıxarılmalı və həmin ev iddiaçının sahibliyinə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2, azyaşlı uşaqları ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Maqomayev küçəsi 2-ci dalan ev 1-dən (yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar, 2-ci döngə ev 35-dən) çıxarılsınlar və həmin ev İddiaçı sahibliyinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1100/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1100/2022
02.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver