Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-112/2021 11.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası X3 Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası X3 Komitəsinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası X3 Komitəs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X3 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 Qapı 3, 4 ünvanında yerləşən, sahəsi 98.2 kv.m təşkil edən 128 saylı mağazanın alqısatqısına dair xx.xx.2017-ci il tarixli, 3591 nömrəli müqavilə ləğv edilməsi, həmin qeyriyaşayış sahəsinin boşaldılaraq X3 Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 5000 (beş min) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ünvan 1 Qapı 3, 4 ünvanında yerləşən, sahəsi 98.2 kv.m təşkil edən 128 saylı mağaza satıcı X3 Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 3591 nömrəli alqı-satqı müqaviləsinə əsasən 40000 (qırx min) manata Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 5000 (beş min) manat ödəmiş, digər hissənin, yəni 35000 (otuz beş min) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası X3 Komitəsinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Tofiq oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmaısın mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci tarixli, 3591 saylı alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası X3 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən xx.xx.2017-ci il tarixli, 31/01 nömrəli hərracın nəticəsi olaraq ünvan 1 Qapı 3, 4 ünvanında yerləşən, sahəsi 98.2 kv.m təşkil edən 128 saylı mağaza sonununcu tərəfindən Cavabdeh Tofiq oğluna satılmışdır. İş materiallarında olan xx.xx.2017-ci tarixli, 3591 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən alınmış müəssisənin (obyektin) dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10% də nəzərə alınmaqla 40000 manatını müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2017-ci il tarixədək “Satıcı”nın (VÖEN: **********) Mərkəzi Bankdakı (kod: 501004, mih: AZ74NABZ********************, VÖEN: **********, S.VV.İ.F.T. bik: NABZAZ2C) AZ53NABZ ******************** Ne-li tranzit manat hesabına köçürməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası X3 Komitəsi Cavabdeh müqavilə üzrə ödənilməmiş 35000 manat borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Məhkəmə iddianın Azərbaycan Respublikası X3 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 Qapı 3, 4 ünvanında yerləşən, sahəsi 98.2 kv.m təşkil edən 128 saylı mağazanın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3591 nömrəli müqavilə ləğv edilməsi hissəsinə münasibət hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmçinin Azərbaycan Respublikası X3 Komitəsi ilə Cavabdeh Tofiq oğlu arasında bağlanmış xx.xx.2017-ci tarixli, 3591 saylı alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alınmış müəssisənin (obyektin) dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10% də nəzərə alınmaqla 40000 manatını müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2017-ci il tarixədək “Satıcı”nın (VÖEN: **********) Mərkəzi Bankdakı (kod: 501004, mih: AZ74NABZ********************, VÖEN: **********, S.VV.İ.F.T. bik: NABZAZ2C) AZ53NABZ ******************** Ne-li tranzit manat hesabına köçürməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə müəyyən etdi ki, Azərbaycan Respublikası X3 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilmiş hərracın nəticəsi olaraq, ünvan 1 Qapı 3, 4 ünvanında yerləşən, sahəsi 98.2 kv.m təşkil edən 128 saylı mağaza satıcı X3 Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 3591 nömrəli alqısatqı müqaviləsinə əsasən 40000 (qırx min) manata Cavabdeh satılmışdır. Sonuncu hərracın nəticəsi olaraq, alınmış müəssisənin (obyektin) dəyərini, yəni hərracdan əvvəl beh kimi 10%-ni, yəni 5000 manat pulu ödəmişdir. Qalan 35000 manat isə cavabdeh tərəfindən bu günə kimi ödənilməmişdir. Məhkəm qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməlidir. Alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. İşin hallarından göründüyü kimi satıcı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam olaraq icra edilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər icra edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən iddiaçının tələbi Azərbaycan Respublikası X3 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 Qapı 3, 4 ünvanında yerləşən, sahəsi 98.2 kv.m təşkil edən 128 saylı mağazanın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3591 nömrəli müqavilə ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq X3 Komitəsinə təhvil verilməsi hissəsində əsaslıdır. İddiaçının müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 5000 (beş min) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı müqavilə üzrə cavadeh tərəfindən ödənilmiş 5000 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərər əvəzi kimi qəbul edilməli olduğunu iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin iddiaçı tərəfindən pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barədə məhkəmə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası X3 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 Qapı 3, 4 ünvanında yerləşən, sahəsi 98.2 kv.m təşkil edən 128 saylı mağazanın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3591 nömrəli müqavilə ləğv edilməli, həmin qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq X3 Komitəsinə təhvil verilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Həmin Qanunun 8.4.12-ci maddəsinə əsasən müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələri üzrə dövlət rüsumu 10 (on) manat təşkil edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbləri üzrə iddiaçı dövlət rüsumundan azad olunduğunda 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası X3 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 Qapı 3, 4 ünvanında yerləşən, sahəsi 98.2 kv.m təşkil edən 128 saylı mağazanın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3591 nömrəli müqavilə ləğv edilsin. ünvan 1 Qapı 3, 4 ünvanında yerləşən, sahəsi 98.2 kv.m təşkil edən 128 saylı qeyriyaşayış sahəsi (mağaza) Cavabdeh tərəfindən boşaldılaraq X3 Komitəsinə təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 10 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-112/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-112/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver