Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1122/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ləğv edilmiş etibarnamənin ləğvinin etibarsız hesab edilməsi, satılmış torpaq sahəsinin alıcıya verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş 07 aprel 2023-cü il tarixli, 985352 saylı etibarnamənin ləğvinin etibarsız hesab edilməsi və qeyd olunan torpaq sahəsinin X3 qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bacısı Cavabdeh Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından 15 aprel 1999-cu il tarixli, 096 saylı, vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında çıxarışa əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin “X4”nin 21 may 2003-cü il tarixli, 28 saylı əmrdən çıxarışla, Buzovna tərəvəzçilik-südçülük sovxozunun ərazisindən ona verilən 0,10 ha torpaq sahəsini, 14 oktyabr 2016-cı il tarixli etibarnamə ilə, 16 saylı notariat kontorunda X3 15000 (on beş) manata satmışdır. (torpaq etibarnamə əsasında X2 yaxını, etibar etdiyi şəxs olan İddiaçı2 etibarnamə əsasında verilmişdir. Etibarnamənin nömrəsi: ƏN-Nə 587173,reystrdə 7E-8563 nömrəsi ilə qeyd edilib). X5 aldığı torpağın pulunu tam ödəməsinə baxmayaraq Cavabdeh heç bir xəbərdarlıq etmədən İddiaçı2 adına verilmiş etibarnaməni 20 avqust 2022-ci il tarixində 16 saylı notariat kontorunda ləğv etdirmişdir. 06 aprel 2023-cü il tarixdə Cavabdeh qeyd olunan torpaqla bağlı 16 saylı notariat kontorunda yazdığı ərizədə (**********101) ona verilmiş 0,10 ha torpaqla dair heç bir iddiasının və tələbinin olmayacağı barədə yazılı bildirmişdir. Bir gün sonra yəni 07 aprel 2023-cü il tarixdə bacısı Cavabdeh qeyd edilən torpaq sahəsini X3 vermək üçün AR-İİN-985362 saylı etibarnamə ilə ona vermişdir. O da öz növbəsində torpağı etibarnamə ilə X3 vermişdir. Bir müddət sonra Cavabdeh ona verdiyi bu etibarnaməni də ləğv etdirmişdir. Onlar torpağın sənədlərinin bizdə ola-ola, sənədləri itmiş kimi sənədləşdirilərək şəxsə satılmasından ehtiyyat edərək, 21 iyun 2023-cü il tarixində AR İqdisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDK və RPHŞ-in 1 saylı Bakı Ərazi idarəsinə 11230949 qeydiyyat nömrəli sənədin sənədləşmə işlərinin müvəqqəti dayandırılmasını xahiş edilmişdir. Görüdüyü kimi X6 Cavabdeh tərəfindən aldadılmışdır. Onunla İddiaçı2 Bakı şəhəri Xəzər Rayon Polis idarəsinə aldadılmaqla bağlı şikayət ərizələri ilə müraciət etmişdir. Onunla İddiaçı2 Xəzər RPİ-nə 26 sentyabr 2023-cü il tarixdə yazdığı şikayət məktubuna 22 dekabr 2023-cü il tarixində cavab olaraq rədd qərarı almışlar. (polisin 13 oktyabr 2023-cü il tarixli rədd qərarı nədənsə onlara iki aydan sonra təqdim edildi). Qərarda qeyd edilir ki,”tərəflərə aralarında olan mübahisənin mülki mühakimə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin”. Cavabdehn Rəşid qızının ləğv etdirdiyi 07 aprel 2023-cü il tarixli, 985352 saylı etibarnamənin ləğvinin etibarsız hesab edilməsi və qeyd olunan torpaq sahəsinin X3 qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, təqdim edilmiş iddia ərizəsinin “xahiş edirəm” hissəsində yazılmalı olan 07 aprel 2023-cü il tarixi sözü səhvən 07 oktyabr kimi yazılmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin xahiş edirəm hissəsini “Xahiş edirəm Cavabdeh ləğv etdirdiyi 07 aprel 2023-cü il tarixli, AR-İİNo 985352 saylı etibarnamənin ləğvinin etibarsız hesab edilməsi və qeyd olunan torpaq sahəsinin X3 qaytarılmasına dair qətnamə çıxarasınız” kimi qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1999-cu il tarixli, 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında” Azərbaycan Respublikası Abşeron rayon icra hakimiyyəti üzrə sərəncamından çıxarışdan görünür ki,
1. Abşeron rayon icra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 N-li sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınmışdır.
2. vətəndaş X7 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti işlər idarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun xx.xx.1999-cu il tarixli qərarı və sovxozun xx.xx.1999cu il tarixli 27/KN-li əmri nəzərə alınmışdır.
3. Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
4. Torpaq sahəsinin bölüşdürülməsinə nəzarət və rəhbərlik sovxozun direktoru M.Əhmədova həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, 28 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi verilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti işlər idarəsinin X4nin əmrdən çıxarışdan görünür ki, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti işlər idarəsinin X4nin xx.xx.2016-cı il tarixli, 1758 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən X4 (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə 2-0537 kodlu torpaq sahəsi ayrılmışdır. 2-0537 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. İş materiallarında olan ƏN-İ N=587173 nömrəli etibarnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə 10 il müddətinə Cavabdeh İddiaçı2 etibarnamə vermişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh Buzovna tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,10 ha torpağa dair İddiaçı1 qarşı heç bir iddiası və tələbi olmayacağına dair ərizə vermişdir. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 09 il 11 ay 29 gün müddətinə İddiaçı1 X1 ötürülməsi barədə etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı2 və ünvan 2 ünvanında yaşayan İddiaçı1 ərizələri üzrə cinayət təqibinin başlanılması rədd edilmiş və tərəflərə aralarında olan mübahisənin mülki mühakimə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 10 il müddətinə Cavabdeh İddiaçı1 etibarnamə vermişdir. İş materiallarında olan Bakı şəhəri 16 saylı Notariat ofisinin 215 saylı, xx.xx.2024cü il tarixli məhkəməyə ünvanladığı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 4sində Cavabdeh ona məxsus hüquqların təmsil etmək üçün İddiaçı1 etibarnamə vermişdir. Həmin etibarnamə üzrə hüquqlar Cavabdeh adından çıxış edən İddiaçı1 Bakı şəhəri 16 saylı notariat ofisində reyestr 7E-3082 saylı xx.xx.2023-cü il tarixli etibarnaməni təsdiq edərək X3 ötürmüşdür. Həmin etibarnamə xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən Abşeron rayon 1 saylı notariat ofisində ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə müəyyən etdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 4sində Cavabdeh ona məxsus hüquqların təmsil etmək üçün İddiaçı1 etibarnamə vermişdir. Həmin etibarnamə üzrə hüquqlar Cavabdeh adından çıxış edən İddiaçı1 Bakı şəhəri 16 saylı notariat ofisində reyestr 7E-3082 saylı xx.xx.2023-cü il tarixli etibarnaməni təsdiq edərək X3 ötürmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh həmin etibarnaməni ləğv etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə əsasən isə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən, Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 79-cu bəndinin 7-ci abzasına əsasən, etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Məhkəmə qeyd edir ki, iddiaçılar ləğv edilmiş 07 aprel 2023-cü il tarixli, 985352 saylı etibarnamənin ləğvinin etibarsız hesab edilməsi və qeyd olunan torpaq sahəsinin X3 qaytarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçıların əsaslandığı dəlilləri əsassız hesab edir. Belə ki, etibarnamə vermiş şəxsin istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilməsi qanunla nəzərdə tutulmuşdur. Bu səbəbdən iddia “ləğv edilmiş 07 aprel 2023-cü il tarixli, 985352 saylı etibarnamənin ləğvinin etibarsız hesab edilməsi” hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin “qeyd olunan torpaq sahəsinin X3 qaytarılması” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə iddianın “ləğv edilmiş 07 aprel 2023-cü il tarixli, 985352 saylı etibarnamənin ləğvinin etibarsız hesab edilməsi” hissəsindən aslı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia “ləğv edilmiş 07 aprel 2023-cü il tarixli, 985352 saylı etibarnamənin ləğvinin etibarsız hesab edilməsi” hissəsində təmin edilmədiyindən həmin hissədə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ləğv edilmiş etibarnamənin ləğvinin etibarsız hesab edilməsi, satılmış torpaq sahəsinin alıcıya verilməsi barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ləğv edilmiş etibarnamənin ləğvinin etibarsız hesab edilməsi, satılmış torpaq sahəsinin alıcıya verilməsi barədə iddiası rədd edisin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Əkrəm Qəhrəmanov