Məhkəmə qərarları › İş №2(003)-1123/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1123/2024

06.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1123/2024 06.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək qızı X3 23 dekabr 2002-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini və həmin şəxsin adına ölüm haqqında şəhadətnamənin verilməsini qeydiyyat şöbəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o – Ərizəçi 0* may *959-cu ildə Dəvəçi rayonunda anadan olmuşdur. O, hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, ev *43 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Onun mərhumə qızı X4 23 aprel *997-ci ildə Lerik rayonunun Babaküçə kəndində anadan olmuşdur. Uşaq 23 dekabr 2002-ci ildə dünyasını dəyişmişdir. O vaxt onlar ərazi üzrə poliklinikaya müraciət etmişlər. Lakin onlar uşağın ölümünü qeydə aldırmamışlar. Uşağın qəbri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəbiristanlığındadır. Uşaq orada yaxın qohumqardaşın iştirakı ilə qohumların ətrafında dəfn olunmuşdur. Buna dair Şüvəlan bələdiyyəsindən məktub var. Həmin vaxtdan uzun illər keçməsinə baxmayaraq o, təsadüfən sənədləşdirmə işləri aparanda “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsindən aldığı arayışda həmin uşağın hələdə sağ kimi qeyd olunduğunu öyrənmişdir. Həmin ərəfələrdə onların başları qarışdığından və qanunları bilmədiklərindən onlar onun qızı üçün ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda onun qızının ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirmişdir ki, Ərizəçi onun 20 illik qonşusudur. X* Nazilə Hüseyn qızıdır. X4 2002-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, Ərizəçi onun əmisi qızıdır. X* Nazilə Hüseyn qızıdır. X4 2002-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dəfn olunmuşdur. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: AA262*974 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*968ci il tarixdə doğulmuşdur. XX-ЖГ seriyalı, 25*207 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23.04.*997-ci il tarixdə Lerik rayonunun Babaküçə kəndində doğulmuşdur. Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin 68 nömrəli, *8 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi X9 ilə birgə nikahdan doğulmuş X2 qəbiristanlığında, rəhmətə gedən ailə üzvlərinin əhatəsində 2002-ci ildə dəfn olunmuşdur. X4 qəbirinin fotoşəkilindən görünür ki, baş daşında X3 23.*2.2002-ci il tarixdə vəfat etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 3-*6-5/8-*5-C- *449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 ərizəçinin qızı olmuşdur. Həmin şəxs 23.*2.2002-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum qızı X3 23.*2.2002-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 23.04.*997-ci il tarixdə Lerik rayonunun Babaküçə kəndində doğulmuş X3 23.*2.2002-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar