Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1159/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı olan X* ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi, ev *9a ünvanında doğulduğu *973-cü ildən yaşayır. Həmin ünvanda yaşamış atası X4 20*8-ci ildə, anası X5 isə 2020-ci ildə ölmüşdür. Həmin, valideyinlərinə məxsus olan ünvanda həmçinin, *2.*2.*969-cu il təvəllüdlü qardaşı X6 doğulmuş və valideyinləri onu qeydiyyatda saldıqdan 5-6 aydan sonra vəfat etmişdir. Onun ölümündən sonra, valideynlər, buna əhəmiyyət verməyərək, Daşdəmiri qeydiyyatdan çıxarmağı unutmuşlar. Ərizəçi, mərhum qardaşı Daşdəmirin ölümündən 4 il sonra doğulduğundan, qardaşının hansı qəbristanlıqda dəfn yerini də bilmir və ailədə, bu halı təsdiq edən hər hansı sənəd mövcud deyildir. Lakin, bu halı təsdiq edən şahidlər mövcuddur ki, onlar öz izahatlarını məhkəməyə verə bilərlər. Hazırda ərizəçi, yaşayış yeri üzrə sosial məsələlərini həl edərkən, 3* saylı notariat kontoruna müraciət etdiyi zaman müəyyən edilmişdir ki, mərhum qardaşı X* doğulması faktı “Elektron notariat” Aİ Sistemi vasitəsilə “Vətəndaşlıq vəziyyəti Aktları” AQİS-də qeyd edilmiş, lakin onun ölümü barədə heç bir qeyd aşkar olunmamışdır. Bu səbəbdən, ərizəçi hazırda öz vətəndaşlıq hüquqlarını və mənafələrini əldə edə bilmir. Ərizəçi, bu məsələnin həlli ilə bağlı, həmçinin, Maraqlı şəxs ünvanına müraciət etdikdə, sonuncu, *8.0*.2023-cü il tarixli məktubla ərizənin təmin edilməsini mümkünsüz hesab edərək, məhkəməyə müraciət edilməsini qanuna uyğun hesab etmişdir. İşin baxılması zamanı ərizəçi ərizəsini dəqiqləşdirərək, qardaşı X* *8.08.*970-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. İzhatında həmçinin bildirdi ki, qardaşı Daşdəmir doğulduqdan sonra səhətində probemlər yaranmış, *8.08.*970-ci il tarixdə ölmüşdür. Qardaşı, yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsində yerləşən *9a nömrəli evdə ölmüşdür. Atalarından qalmış əmlakın vərəsəlik qaydasında rəsmiləşdirilməsi üçün qardaşının ölüm haqqında şəhadətnaməsinin notariat orqanına təqdim edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisi oğludur. Ərizəçinin qardaşı X6 öləndə onun təxminən *0-*2 yaşı olmuşdur. Xatırladığına görə Daşdəmir doğulduqdan sonra səhətində problemlər yaranmış və təxminən 8-9 aylığında ölmüşdür. Bildiyinə görə Daşdəmir *970-ci ilin avqust ayında ölmüşdür. Daşdəmir, yaşadıqları Binə qəsəbəsi qəbirstanlığında dəfn olunmuş, lakin onun qəbri saxlanılmamışdır. Daşdəmir, ərizəçidən böyük olmuş və ailənin üçüncü uşağı olmuşdur. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X*2 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə həm qohum, həm də qonşudur. Ərizəçinin qardaşı Daşdəmir ərizəçidən əvvəl doğulmuşdur. Daşdəmir öləndə o, artıq ailə qurmuşdur. Daşdəmir, körpə vaxtında ölmüşdür. Öləndə onun bir yaşı olmamışdır. Bildiyinə görə Daşdəmir, *970-ci ilin avqust ayının ortalarında ölmüşdür. Daşdəmiri öləndən sonra onu Binə qəsəbəsində dəfn etmişlər, lakin dəfn olunduğu yeri bilmir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X** ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Onlar ailədə 4 qardaş və * bacı olmuşlar, o, qardaşları Ramil, Daşdəmir, Asif və bacıları Arzu. Daşdəmir *969-cu ilin dekabr ayında doğulmuşdur. O, Daşdəmiri xatırlayır. Belə ki, Daşdəmir doğulduqdan sonra onun səhətində problemlər olmuş və o *8.08.*970-ci il tarixdə ölmüşdür. Həmin vaxtı onun 6 yaşı olmuşdur. Ərizəçi Daşdəmirdən sonra doğulmuş və Daşdəmiri görməmişdir. Daşdəmir, öləndən sonra onu Binə qəsəbəsində qəbirstanlığında dəfn etmişlər. Daşdəmir, körpə vaxtı öldüyündən onun qəbri bir müddətdən sonra saxlanılmamış, onlarda buna əhəmiyyət verməmişlər. Hazırda atalarından qalan əmlakı vərəsəlik qaydasında rəsmiləşdirilməsi üçün Daşdəmirin ölüm haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Onun ölümü ilə bağlı şəhadətnaməni başqa qaydada əldə edə bilmədiklərinə görə qardaşı Asif məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: - İ-ИЕ seriyalı, 26*876 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X7 arasında 22.09.*96*-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvad “Daşdəmirova” soyadı verilmişdir. -XVİ-ЖГ seriyalı, 379009 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*973-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası X4, anası isə X3r. -Maraqlı şəxs tərəfindən təsdiq edilmiş 23 nömrəli 22.0*.*970-cı il tarixli doğum akt qeydinin surətindən görünür ki, X6, *2.*2.*969-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası X4, anası isə X3r. -AZ-İ seriyalı 979880 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4, *4.*2.20*8-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİ seriyalı 088774 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs *8.0*.2023-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, qardaşı- X* ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -X8 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizə ilə qardaşı X* *8.08.*970-ci ildə öldüyünü və Binə qəsəbəsi qəbirstanlığında dəfn edildiyini bildirmişdir. - X9 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizə ilə qardaşı X* *8.08.*970-ci ildə öldüyünü və Binə qəsəbəsi qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X* ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi qardaşı - X* *8.08.*970-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun həmin tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə *2.*2.*969-cu ildə Bakı şəhərində doğulmuş X* *8.08.*970-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *2.*2.*969-cu ildə Bakı şəhərində doğulmuş X* *8.08.*970-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-1159/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1159/2023
09.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver