Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1161/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğlu, 05 oktyabr 2006-cı il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində anadan olmuş, X7 ** avqust 2007-ci il tarixdə ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X9 05 oktyabr 2006-cı il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində anadan olmuş və **.08.2007-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində xəstəlik səbəbindən vəfat etmişdir. Həmin vaxt uşaq körpə olduğundan və hüquqi savadı olmadığından, övladına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Oğlunun anidən ölümü onları mənəvi və psixoloji cəhətdən sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından poliklinikadan ölümü təsdiq edən sənədi ala bilməmişdir. Oğlu Cəlilabad rayonu Ocaqlı kənd qəbirstanlığında dəfn edilmiş və bu barədə Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncirkənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən arayış verilmişdir. Mərhum oğlunun adına ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək oğlu, 05 oktyabr 2006-cı il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində anadan olmuş, X7 ** avqust 2007-ci il tarixdə Cəlilabad rayonunda ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Asan Xidmətə ailə vəziyəti ilə bağlı arayış alınması üçün müraciət etdikdə, mərhum oğlunun sağ kimi olması göstərilir, lakin onun ölüm haqqında şəhadətnaməsi müəyyən səbəblərdən alınmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, X9 onun oğludur. Oğlunun vəziyyəti pisləşdiyinə görə onu OMD-yə (K.Y.Fərəcova adına X2) gətirmişlər, evdə müalicəsi də davam etmişdir. Avqust ayının *0-da vəziyyəti pisləşmişdir. O, yolda rəhmətə getmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ev *-2*23B ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 05.*0.2006-cı ildə doğulmuşdur. Atası Ərizəçi, anası X5r. İş materiallarında olan “Cəlilabad rayon Mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsin 08.0*.2024-cü il tarixli, *8-*-32/2-*929/2023 saylı məktubundan görünür ki, *7 il öncə həyatını itirmiş 05.*0.2006-cı il təvəllüdlü X9 barədə ölüm haqqında tibbi şəhadətnamə verilməsi qaydalarını müvafiq məhkəmə orqanına müraciət edərək əldə olunması tövsiyə olunmuşdur. İş materiallarında olan Cəlilabad Rayon Qeydiyyat Şöbəsinin 07.0*.2024 tarixli, *2/*5 saylı məktubundan görünür ki, 05.*0.2006-cı ildə doğulmuş X7 ölümü haqqında akt qeydi Cəlilabad rayon Qeydiyyat şöbəsində aşkar edilməmişdir. Onun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər huquq müəyyənedici sənədlər olmadığı üçün Cəlilabad rayon Qeydiyyat şöbəsində ölumün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazancir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08.0*.2024-cü il tarixli, 5-4*/2-*8-*0/2024 saylı arayışından görünür ki, Ərizəçi övladı, Cəlilabad rayon Ocaqlı kəndində 05.*0.2006-cı ildə anadan olmuş X9 **.08.2007-ci ildə atasının dediyinə görə vəfat etmiş, Ocaqlı kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 30 saylı arayışının surətindən görünür ki, həqiqətən, Ərizəçi övladı 05.*0.2006-cı il təvəllüdlü X9 K.Y.Fərəcova adına X* Yenidoğulmuşların Reanimasiya və intensiv Terapiya şöbəsində xx.xx.2007-ci il tarixindən *0.08.2007-ci il tarixinədək "Kəskin respirator xəstəlik Neyrotoksikoz. Hiportermik sindrom. Qıcolma sindromu. Anemiya. Toksıko-hıpoksık ensefalopatiya” diaqnozu ilə stasionar müalicə almış və dəyişiksiz vəziyyətdə evə yazılmışdır. İş materiallarında olan qəbir daşının fotoşəkillərindən görünür ki, 2006-cı il təvəllüdlü X9 2007-ci ilin oktyabr ayının 5-də vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.*-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X7 **.08.2007-ci il tarixdə Cəlilabad rayonunda ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum oğlu X7 **.08.2007-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05.*0.2006-cı il tarixdə Cəlilabad rayonunda doğulmuş X7 **.08.2007-ci il tarixdə Cəlilabad rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1161/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1161/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver