Məhkəmə qərarları › İş №2(003)-1169/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1169/2022

13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1169/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi X* iştirakı ilə, Ərizəçi X* (maraqlı şəxs Xəzər rayon Qeydiyyat şöbəsi) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X5 hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı *963-cü il təvəllüdlü X4 *5.02.2022-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı *963-cü il təvəllüdlü X6 *5 fevral 2022-ci il tarixdə 59 yaşında ürək-damar çatışmazlığından Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Sabir küçəsi ünvanında vəfat edib. Həyat yoldaşı 0* yanvar *963-cü il tarixdə Şüvəlan qəsəbəsində anadan oilmuşdur. 2* iyun 2002-ci il tarixdə onlar rəsmi nikaha daxil olaraq, ailə qurublar və vəfat edənədək birlikdə yaşamışlar. Həmçinin yas mərasimlərində də qonşular və qohumlar iştirak etmişlər. Hazırda həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi ona müəyyən sənədləşdirmə işləri üçün lazımdır. O, bu sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. şdır. Məhkəmə iclasında ərizəçi X5 ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE nömrəli *533*2259 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.*965-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE nömrəli *5434256 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 0*.0*.*963-cü ildə Bakı şəhərində doğulmuşdur və ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 030657 nömrəli nikah haqqında şəhadətnamədən göprünür ki, X6 ilə Ərizəçi 2*.06.2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyasının *0 saylı bölməsinin “Sorğuya cavabı”ndan görünür ki, *5 fevral 2022-ci il tarixdə Şüvəlan qəsəbəsi Sabir küçəsi ev 40 ünvanına X4 adına çağırış daxil olmuşdur, həkim şağırış yerinə gəlmişdir və orada həkimə qədər kişi cinsli meyid aşkar etmişdir. İş materiallarında olan Maraqlı şəxs X3 ünvanladığı *8.02.2022-ci il tarixli, 05/*5-20* nömrəli məktubunda qeyd edilmişdir ki, X4 ölümünün qeydiyyatı ilə əlaqədar qeydiyyat şöbəsinə həkim arayışı təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi məsələsi ilə ilə əlaqədar məhkəməyə müraciə etməsi məqsədi müvafiq hesab edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, mərhum X6 onun doğma qardaşıdır və o, tərəvəz mağazasında işləmişdir. Qardaşının heç bir xəstəliyi yox idi, səhhətindən şikayəti olmayıb. Hadsiə 2022-ci il fevralın *5-də olub. Qardaşının həyat yoldaşı Nəzakət onu çağırıb ki, kömək etsin. Nəzakət özündə deyildi. O, qardaşının evinə gələndə Seyidağanın vəfat etdiyini görüb. Əvvəllər də qardaşımın halı pisləşəndə məni köməyə çağırırdılar. Hadisə vaxtı X*6 da çağırılmışdı. İş materiallarında olan Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 367 nömrəli, 04 aprel 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, X6 ölən günədək ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin 7* nömrəli, 04 aprel 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, X6 *5.02.2022-ci il tarixdə vəfat etmişdir və Şüvəlan qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X4 *5.02.2022-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi X5 göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi X2 həyat yoldaşı X4 *5.02.2022-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0*.0*.*963-cü il təvəllüdlü X4 *5.02.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar