Məhkəmə qərarları › İş №2(003)-1174/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1174/2022

03.03.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1174/2022 03.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmş 02 fevral 2022ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, hər ayın 5-də Maraqlı şəxs onun xeyrinə 23 mart 2018-ci il təvəllüdlü X2 və 14 avqust 2019-cu il təvəllüdlü X1 üçün əmək haqqının yarısı miqdarında alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 06 may 2017-ci il tarixdə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahından 23 mart 2018-ci il təvəllüdlü X6 və 14 avqust 2019-cu il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Maraqlı şəxs uşaqların saxlanılması üçün vaxtlı-vaxtında maddi yardım göstərmədiyinə görə 02 fevral 2022-ci il tarixdə onunla aralarında alimentin ödənilməsinə dair barışıq sazişi bağlanmış, həmin sazişlə hər ayın 05-də maraqlı şəxs Maraqlı şəxs tərəfindən 23 mart 2018-ci il təvəllüdlü X2 və 14 avqust 2019-cu il təvəllüdlü X1 üçün əmək haqqının yarısı miqdarında aliment ödənilməsinə dair razılığa gəlinmişdir. Maraqlı şəxsin aylıq qazancı 1900 manat təşkil edir. Barışıq sazişində göstərilən tarixdə, yəni hər ayın 5-də maraqlı şəxs ödənişi etməmiş və 13 gündür ki, o, ödəniş etmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizə tələbinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs olunun izahat verərək bildirmişdir ki, 02 fevral 2022-ci il tarixli barışıq sazişi ilə razılaşdırılmış alimenti ödəməyə razıdır və ərizə tələbinin təmin edilərək, sözügedən barışıq sazişinin təsdiq edilməsinə dair etirazı yoxdur. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriylı 200483 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X4 06 may 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Nikahdan sonra arvada Əzizova soyadıə verilmişdir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 102061 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 23 mart 2018-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 335639 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 14 avqust 2019-cu il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan MŞB/2-00226 saylı 02 fevral 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin əsasında tərəflər razılığa gəlmişlər ki, Maraqlı şəxs X5 və X1 üçün hər ay əmək haqqının yarısı miqdarında Ərizəçi aliment ödəyəcək. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs əmək haqqı artarsa aliment ödənişi də ona uyğyun ödənilsin və Maraqlı şəxs hər ayın 5-nə kimi Ərizəçi adına açılmış bank hesabına ödənişi etsin. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 02 fevral 2022-ci il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs tərəflərin birgə nikahında olan 23 mart 2018-ci il təvəllüdlü X2 və 14 avqust 2019-cu il təvəllüdlü X1 üçün əmək haqqının yarısı miqdarında alimentin hər ayın 5-i Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 02 fevral 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, hər ayın 5-də Maraqlı şəxs onun xeyrinə 23 mart 2018-ci il təvəllüdlü X2 və 14 avqust 2019-cu il təvəllüdlü X1 üçün əmək haqqının yarısı miqdarında alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 02 fevral 2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/2-00226 saylı 02 fevral 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs 05 fevral 2022-ci il tarixdən başlayaraq 23 mart 2018-ci il təvəllüdlü X5 və 14 avqust 2019-cu il təvəllüdlü X1 üçün hər ay əmək haqqının yarısı miqdarında aliment tutularaq Ərizəçi xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/2-00226 saylı 02 fevral 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 05 fevral 2022-ci il tarixdən başlayaraq 23 mart 2018-ci il təvəllüdlü X5 və 14 avqust 2019-cu il təvəllüdlü X1 üçün hər ay əmək haqqının yarısı miqdarında aliment tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar