Məhkəmə qərarları › İş №2(003)-1177/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1177/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1177/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-i Cavabdeh qarşı “qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 2(003)-204/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş borcun ipoteka predmeti olan Cavabdeh məxsus **-OU-*** dövlət qeydiyyat nişanlı, 1995-ci il buraxılışlı, gümüşü metalik rəngli, ban WDBHA22E0SF238725 olan, “Mercedes Benz” C220 markalı avtomobilə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı "xxxx" ASC) illik 26 faizłə 18 ay müddətinə 8860 manat kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh məxsus 1995-ci il buraxılışlı, 10-0U-979 dövlət qeydiyyat nişanlı, gümüşü metalik rəngli, ban WDBHA22EOSF238725 olan, "Mercedes Benz" C220 markalı avtomobil xx.xx.2007-ci il tarixli ipoteka müqavilasilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlat reyestrində qeydə alınmışdır. "xxxx" iKB ASC (hazırki "xxxx" ASC) iddia ərizəsi ilə Cavabdeh və "xxxx" ASC arasında baglanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, 8860 manat əsas borc, 2112 manat faiz borcu və gecikdirməyə görə hesablanmış 10485.89 manat dəbbə pulu borcu və ödənilmiş 19.8 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, tutulmanın Cavabdeh məxsus 1995-ci il buraxılış. gümüşü metal rəngli, ban WDBHA22EOSF238725 olan, "Mercedes Benz" C220 markalı avtomobilin satılması, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə cavabdehin digər əmlakı hesabına ödənilməsinə dair qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbini dəqiqləşdirərək cavabdeh X2 "xxxx" ASC-nin xeyrinə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 8860 manat əsas borc, 2505.63 manat faiz borcu, 4920.21 manat cərimə borcunun, illik 5% hesablamış 2854.2 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19140.04 manat borcun və 20 manat dövlət rüsumunun tutulması, Cavabdeh tutulmalı olan məbləğin, yəni cəmi 19140,04 manat borcun və 20 manat dövlət rüsumunun bank qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh məxsus **-OU-*** dövlət qeydiyyat nişanlı, 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban WDBHA22E0SF238725 olan "Mercedes Benz" C220 markalı avtomobilin açıq hərrac vasitəsilə satılması hesabna yönəldilməsi, ipoteka ilə yūklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh tutulması barəda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il il tarixli 2(003)-204/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 8860 manat əsas borc, 2505.63 manat faiz borcu , 200 manat cərimə borcu, illik 5% hesbalanmış 2854.2 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 14419,83 manat borc və 20 manat dövlət rüsumu. cəmi 14439.83 nanat pul tutularaq “Yelo Bank" ASC-yə ödənilməsi, Ekspertiza xərci kimi 126 manat pul Cavabdeh oğłundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN 170326621, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ.41 NABZ**********000003944, SWİFTBİKCTREAZ 22) hesabına keçirilməsi qət edilmişdir. iddia qalan hissə də təmin edilməmişdir. Bakı șəhəri Xəzər Rayon Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 18,04.2024-cü il tarixli 2(103)-2470/2024 saylı qətnaməsi ilə apellyasiya șikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cũ il tarixli 2(003)-204/2023 saylı qətnəməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda hesab edirik ki, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmiş borc məbləği Cavabdeh tutulmalı və tutma ipoteka ilə yüklü edilmiş əmlaka (Cavabdeh məxsus **-OU-*** dõvlət qeydiyyat nişanlı, 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban WDBHA22EOSF238725 olan, "Mercedes Benz" C220 markalı avtomobil) yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçınin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul edir, etirazı yoxdur. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC-i ilə (hazırkı "xxxx" ASC) ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixli, A98/03/07 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə "xxxx" İKB ASC-dən (hazırkı "xxxx" ASC) tərəfindən Cavabdeh illik 26 faiz dərəcəsi ilə 18 ay müddətinə 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən görünür ki, kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka predmeti: 1995-ci il buraxılışlı, gümüşü metalik rəngli, ban WDBHA22E0SF238725 olan, “Mercedes Benz” C220 markalı avtomobildir İş materiallarında olan A 98,03,07 saylı, xx.xx.2007-ci il “ipoteka müqaviləsi”ndən görünür ki, Cavabdeh ilə "xxxx" İKB ASC-i ilə (hazırkı "xxxx" ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, A98/03/07 nömrəli kredit müqaviləsinin təminatı olaraq 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban WDBHA22EOSF238725 olan, "Mercedes Benz" C220 markalı avtomobil iddiaçı qarşısında ipoteka (girov) ilə yüklü edilmişdir və ipoteka (girov) predmeti 12670 mant məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan hazırkı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 göndərilən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, girov predmeti olan **-OU-*** dõvlət qeydiyyat nişanlı, 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban WDBHA22EOSF238725 olan, "Mercedes Benz" C220 markalı avtomobilə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh bildiriş göndərilmiş, tutmanın yönəldilməsinə dair” bildirişin qeydə alınması xahiş etmişdir. İş materialların olan Cavabdeh göndərilən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Nikoyl" İKB ASC-i (hazırkı "xxxx" ASC) ilə ipoteka qoyan Cavabdeh arasında xx.xx.2007-ci il tarixli ipoteka müqviləsi əsasında **-OU- *** dõvlət qeydiyyat nişanlı, 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban WDBHA22EOSF238725 olan, "Mercedes Benz" C220 markalı avtomobil ipoteka ilə yüklü edilmiş həmin ipoteka müqaviləsi daşınar əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə AG86481 qeydiyyat nömrəsi ilə qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2007-ci il tarixli kredit müqaviləsin əsasən Cavabdeh 18 ay müddətinə 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəməli olduğu ödənişləri yubatmış hazırki vaxtadək ipoteka saxlayana kredit ödənişləri ödəməmişdir. Bununla bağlı Cavabdeh tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdar etmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-OU-*** dõvlət qeydiyyat nişanlı, 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban WDBHA22EOSF238725 olan, "Mercedes Benz" C220 markalı avtomobil Cavabdehn məxsus olmaqla , Nikoyl" İKB ASC-nin (hazırkı "xxxx" ASC) 3 saylı filialında girovla yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş girov müqaviləsinin qeydiyyatı haqqında şəhdətnamədən görünür ki, **-OU-*** dõvlət qeydiyyat nişanlı, 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban WDBHA22EOSF238725 olan, "Mercedes Benz" C220 markalı avtomobil Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində qeydə alınaraq, bu barədə AG 86481 nömrəli şəhadətnamə verilmişdir. İş materiallarında Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 204/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci il tarixli A98/03/07 nömrəli kredit müqaviləsi üzrə 8860 manat əsas borc, 2505.63 manat faiz borcu və 200 manat cərimə borcu. İllk 5% hesablanmış 2854.2 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 144119.83 manat borcu və 20 manat dövlət rüsumu, cəmi 14439.83 manat pul tutularaq Yelo Bank ASC-yə ödənilməsi , ekspertiza xərci kimi 126 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2470/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-204/2023 saylı qətnaməsi yoxlaılan hissədə “Cavabdeh xx.xx.2007-ci il tarixli A98/03/07 nömrəli kredit müqaviləsi üzrə 8860 manat əsas borc, 2505.63 manat faiz borcu və 200 manat cərimə borcu. İllk 5% hesablanmış 2854.2 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 14419,83 manat borcu və 20 manat dövlət rüsumu, cəmi 14439.83 manat pul tutularaq Yelo Bank ASC-yə ödənilməsi, ekspertiza xərci kimi 126 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə ödənilməsi hissəsində” dəyişdirilmədən saxlanması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Nikoyl" İKB ASC-i (hazırkı "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında kredit təşkilatından kredit alaraq üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Həmçinin, kreditin təminatı olaraq ona məxsus olan 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban WDBHA22EOSF238725 olan, "Mercedes Benz" C220 markalı avtomobil ipoteka ilə yüklü etmişdir. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-204/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci il tarixli A98/03/07 nömrəli kredit müqaviləsi üzrə 8860 manat əsas borc, 2505.63 manat faiz borcu və 200 manat cərimə borcu. İllk 5% hesablanmış 2854.2 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 14419,83 manat borcu və 20 manat dövlət rüsumu, cəmi 14439,83 manat pul tutularaq Yelo Bank ASC-yə ödənilməsi , ekspertiza xərci kimi 126 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2470/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-204/2023 saylı qətnaməsi yoxlaılan hissədə dəyişdirilmədən saxlanmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, . Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-204/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş borcu ipoteka qoyulmuş avtomobilə yönəldilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır Həmin Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və əsas verən Qanunda nəzərdə tutulmuş digər hallar nəzərdə tutulmuşdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, işdə preyudisial əhəmiyyət daşıyan yekun məhkəmə aktı mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, xx.xx.2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki, ...Məcəllənin Bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban WDBHA22EOSF238725 olan, "Mercedes Benz" C220 markalı avtomobil ipoteka ilə yüklü edilmiş. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-204/2023 saylı qətnaməsi Cavabdeh xx.xx.2007-ci il tarixli kredit müqaviləsi 14.439,83 manat pulun tutulub İddiaçı ASC-nə” ödənilməsi qət edilmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 204/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehin ipoteka ilə yüklü edilmiş avtomobilin təminatı olaraq qoyulmuş kredit müqaviləsi ilə borcu müəyyən edildiyindən, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-204/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş 14439,83 manat borc ipoteka ilə yüklü edilmiş 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban WDBHA22EOSF238725 olan, "Mercedes Benz" C220 markalı avtomobilnə yönəldilməli, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh Yelo Bank” ASC-nə olan borcunun ödənilməli, borc məbləği ödənildikdən sonra qalan pul vəsaiti Cavabdeh qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-204/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş 14439,83 manat borc ipoteka ilə yüklü edilmiş 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban WDBHA22EOSF238725 olan, "Mercedes Benz" C220 markalı avtomobilnə yönəldilsin, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh Yelo Bank” ASC-nə olan borcu ödənilsin. Borc məbləği ödənildikdən sonra qalan pul vəsaiti Cavabdeh qaytarılısn Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar