Məhkəmə qərarları › İş №2(003)-1185/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1185/2023

22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1185/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək *0.03.*927-ci il təvəllüdlü X2nın *2.04.*993-cü il tarixdə Bakı şəhərində ölmünün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 *0.03.*927-ci ildə Bakı şəhərində doğulmuşdur. X2 X8 ilə 28.03.*953-cü il tarixdə Əzizbəyov rayon QŞ-nin *04 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.*956-cı il tarixdə Ərizəçi, X*4 və X*2 doğulmuşdur. Daha sonra X2 və X8 məhkəməyə müraciət edərək nikahın pozulmasını xahiş etmişlər. Əzizbəyov rayon xalq məhkəməsinin 30.0*.*978-ci il tarixli qərardan çıxarışından da görünür ki, X2 və X8 arasında 28.03.*953-cü il tarixdə Əzizbəyov rayon QŞ-nin *04 saylı akt qeydi bağlanmış nikahları pozulmuşdur. X8 02 sentyabr *99*-ci il tarixdə vəfat etmişdir. TVXKT 3*90*8 saylı ölüm haqqında şəhadətnaməni iş materiallarına əlavə etmişdir. X2 onun ilə birlikdə ünvan 1 ünvanında yerləşən 54 nömrəli evdə yaşamışdır. Anası şəkər xəstəliyindən əziyyət çəkirdi. Uzun illər müalicə alsa da onun xəstəliyinin qarşısını almaq mümkün olmamışdır. Vəfat etmədən öncə *5 gün 4 saylı xəstəxanada müalicə almışdı. Bu xəstəlik səbəbindən bir gün evdə olarkən X2nın halı pisləşdi. Qonşular və yaxın qohumlar dərhal toplanmışdı. Lakin anası artıq dünyasını dəyişdindən ona heç bir köməklik edə bilmədilər. X2 *2 aprel *993-cü il tarixdə Türkan qəbrstanlığında dəfn edilmişdir. Daha sonra Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək *0.03.*927-ci il təvəllüdlü X2nın *2.04.*993-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsi üzrə izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən Rzabala-zadə İsmixan Əlisalam oğlu izahatında bildirdi ki, o, ərizəçinin qonşusudur. O, mərhumu çoxdan tanımışdır. X* uzun müddət əvvəl rəhmətə getmişdir. Mərhum xəstəlik səbəbindən dünyasını dəyişmişdir. Mərhum Türkan qəsəbəsində dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 izahatında bildirdi ki, o, ərizəçinin bacısı oğludur. Mərhum onun nənəsi idi. Nənəsi 66 yaşında vəfat edib. Mərhum Türkan qəsəbəsində dəfn edilib. Dəfn mərasimində iştirak edib. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanlanmış 27.0*.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin X2nın ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.*956-ci il təvəllüdlü Ərizəçi atası X20 anası X6r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Soltan Məhərrəm qızı ilə 28.03.*953-cü il tarixdə Əzizbəyov rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə *04 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Aqaev, arvada Aqaeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsinin 30.0*.*978-ci il tarixli qərardan çıxarışından da görünür ki, X*0 və X*7 arasında 28.03.*953-cü il tarixdə Əzizbəyov rayon QŞ-nin *04 saylı akt qeydi bağlanmış nikahları pozulmuşdur. İş materiallarında olan SSSR pasportunun sürətindən görünür ki, X** *0.03.*927-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X*0 ərizəçinin anası olmuşdur. *2.04.*993-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və X5 *2.04.*993-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *0.03.*927-ci il təvəllüdlü X5 *2.04.*993-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar