Məhkəmə qərarları › İş №2(003)-1191/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1191/2024

14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1191/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi Cəlilova (Qafarova) Fatimə Vasif qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Cəlilova (Qafarova) Fatimə Vasif qızı Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi *6.*0.*979-cu il təvəllüdlü anası Teker (Qafarova) Təranə Fərman qızının xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, ərizəçinin anası Teker (Qafarova) Təranə Fərman qızı yaşadığı ünvan 1 ünvanında yerləşən evdə xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Teker (Qafarova) Təranə Fərman qızını Bakı şəhəri Xəzər rayonu Qala kəndində yerləşən qəbiristanlığında xx.xx.2023-cü il tarixində dəfn etmişlər. Mərhum uzun müddət idi ki, serrozdan əziyyət çəkirdi. 2020-2023-cü illərdə yataq xəstəsi kimi ev şəraitində həkim tərəfindən müalicə almışdır. xx.xx.2023-cü il tarixdə evdə olarkən mərhumun səhhəti ağırlaşmışdır. Həmin vaxt ailə üzvləri “*03” TTY xidmətinə zəng vurmuşlar. Hadisə yerinə gələn tibb işçiləri onlara bildirmişlər ki, ərizəçinin anası vəfat etmişdir. Lakin, həmin vaxt həyəcan və təlaşdan tibb işçiləri tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vəsiqəsi itirilmişdir. Ərizəçinin anasının anidən ölümü mənəvi və psixoloji cəhətdən ərizəçini və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından anasının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişlər. Hal-hazırda ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Teker (Qafarova) Təranə Fərman qızının ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilmiş, lakin şöbə tərəfindən imtina edilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin anasının ciyərinin xəstə olduğundan xəbərdar olmuşdur. Ərizəçinin anası 2023cü il aşura günü vəfat etmişdir. Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində dəfn edilmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı qızıdır. Qardaşı ona zəng edərək onu çağırmışdır. O, oraya çatanda artıq qardaşının arvadının vəfat etdiyini görmüşdür. Onun ciyəri xəstə olmuşdur. Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində dəfn edilmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun qızıdır. Onun mərhum arvadı 4 il qaraciyər serrozundan əziyyət çəkmişdir. Müalicə olunmuş, lakin sağala bilməmişdir. Mərhum 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığına görə ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində dəfn edilmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; AZE seriyalı *54339*2 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Teker (Qafarova) Təranə Fərman qızı *6.*0.*979-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon VVADQ şöbəsi tərəfindən *2.*0.200*-ci il tarixdə verilmiş bərpa edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X7, anası X*r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs 0*.08.2023-cü il tarixli 3-*6-5/8-*5-Q-***7/2023 №li məktubundan görünür ki, X4 ölümünün qeydiyyata alınması barədə 0*.08.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 45 nömrəli şəhər poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış *4.*2.2023-cü il tarixli 372 saylı məktubdan görünür ki, mərhum *6.*0.*979-cu il təvəllüdlü X8 45 saylı poliklinikada tibbi qeydiyyatda olmadığına görə ona ölüm haqqında şəhadətnamə /AZS-*06/ verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla *6.*0.*979-cu il təvəllüdlü Teker (Qafarova) Təranə Fərman qızının xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *6.*0.*979-cu il təvəllüdlü Teker (Qafarova) Təranə Fərman qızının xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar