Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1233/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi 09.0*.*988-ci il təvəllüdlü oğlu X3 *2.04.*988-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, 09 yanvar *988-ci il təvəllüdlü oğlu X6 *2 aprel *988-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Qobustan rayonunda dəfn edilmişdir. Maraqlı şəxs 25.*0.2023cü il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasına görə məhkəməyə müraciət etməlidir. Budan başqa 8 nömrəli Uşaq Xəstəxanasının *6 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, 09.0*.*988-ci il təvəllüdlü X3 *2.04.*988-ci il tarixdə xəstəxanada vəfatı haqqında arxiv sənədi olmadığına görə məlum sənəd verilə bilmir. Ölüm faktının müəyyən edilməsi mərhuma ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Ona görə də mərhum övladının ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi Nümayəndə iddia ərizəsinin təmin edilməsinə etiraz etmədi. Əlavə olaraq bildirdi ki, ölüm faktının müəyyən edilməsi istənilən şəxsin elektron sistemdə ölümünə dair hər hansı məlumat yoxdur. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısının əridir. O, Şamaxı rayonunda yaşamışlar. *988-ci il tarixdə oğlan övladı olmuşdur. 4 ay sonra uşaq vəfat etmişdir. Qobustan rayonunun Sündü kəndində dəfn edilmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə qonşudur. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Uşaq vaxtından əvvəl doğulmuşdur. Oğlan uşağı olmuşdur. Doğulandan 4 ay sonra vəfat etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bakı şəhəri Əzizbəyov rayon Buzovna icra nümayəndəliyi tərəfindən verilmiş Xİİİ-ЖГ seriyalı 288*69 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09.0*.*988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs 25.*0.2023-cü il tarixli 3-*6-5/8-*5-R-*608/2023 №li məktubundan görünür ki, X3 ölümünün qeydiyyata alınması barədə *4.*0.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 8 nömrəli şəhər xəstəxanasının *6.0*.2024-cü il tarixli 08 saylı məktubdan görünür ki, mərhum 09.0*.*988-cu il təvəllüdlü X3 *2.04.*988-ci il tarixdə 8 nömrəli X* vəfatı haqqında arxiv sənəd olmadığına görə məlumat vermək mümkün olmamışdır. Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.**.2023-cü il tarixli 375 saylı arayışından görünür ki, 09.0*.*988-cu il təvəllüdlü X6 *2.04.*988-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Qobustan rayonunun Sündü kəndində dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 09.0*.*988-cu il təvəllüdlü X3 *2.04.*988-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 09.0*.*988-ci ildə Bakı şəhərində anadan olmuş X3 *2.04.*988-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1233/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1233/2024
14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver