Məhkəmə qərarları › İş №2(003)-1236/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1236/2023

20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1236/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi əri, *5.08.*963-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi *5.08.*963-cü il təvəllüdlü əri X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, X6 ilə 30.03.*989-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan yetkinlik yaşına çatmış iki uşaqları vardır. Əri A.H.Həsənova “yemək borusunun distal hissəsinin törəməsi. Stenoz. Yemək borusunun kandidası” diaqnozu qoyulmuş, o, bu xəstəliyindən əziyyət çəkmiş və bununla bağlı müalicələr almışdır. A.H.Həsənovun halı xx.xx.2022-ci il tarixdə gecə vaxtı pisləşmiş və “Bakı şəhəri TTTYS”-yə zəng edilmişdir. Lakin bütün tədbirlərə baxmayaraq o, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onlar həmin vaxt təcili tibbi yardıma zəng etsələr də təcili yardım gələndə artıq əri keçinmişdir. Onlar yaxın qohumlarının və qonşuların iştirakı ilə A.H.Həsənovu “Buzovna kənd” qəbiristanlığında dəfn etmişlər. Ərinin ölüm faktını və dəfnini qəsəbə sakinləri də təsdiq edirlər. Hal-hazırda ərinin ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə üçün lazımdır. O, bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, bu barədə məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişlər. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona görə də əri *5.08.*963-cü il təvəllüdlü əri X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, mərhum X6 onun xalasının əridir. Amil Həsənov 2022-ci ilin avqustunda xərçəng xəstəliyinə tutulmuşdur. Diaqnoz qoyulandan ölüm vaxtınadək ev şəraitində müalicə olunmuşdur. Vəfat edən gün onun yanında olmuşdur. Həmin gün mərhumun vəziyyəti pisləşmiş, xəstəliyi ağırlaşmışdır. Bu səbəbdən həmin gün vəfat etmişdir. Yaxın qohumları tərəfindən Buzovna qəbiristanlığında dəfn edilərkən o da orada olmuşdur. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o mərhum X3 yeznəsidir. Amil Həsənov 2022-ci ilin avqustunda “mədə xərçəngi” xəstəliyinə tutulmuşdur. Qısa müddət ərzində xəstəliyi şiddətlənmiş və A.Həsənov çox ağır vəziyyətə düşmüşdür. Vəfat edən gün mərhumun vəziyyəti pisləşmiş, xəstəliyi ağırlaşmışdır. Həmin gün Bahar xanım onu çağırmış və o da onların evinə getmişdir. Orada olarkən mərhumun vəfat etdiyini görmüşdür. Səhəri gün isə mərhum Buzovnada dəfn edilərkən dəfndə iştirak etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *989-cu ilin mart ayının 30-da qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər Həsənov, arvad Namazova soyadında qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs *0.**.2022-ci il tarixli 05/*5-*557 saylı məktubundan görünür ki, X3 ölümünün qeydiyyata alınması barədə *0.**.2022-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 22:0*-də həkimə qədər ölümü müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti MKT Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş *2 aprel 2023-cü il tarixli 29 saylı arayışdan görünür ki, X* rayonu Buzovna qəbirstanlığında xx.xx.2022-ci il tarixində dəfn edilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.*2.20*8-ci il tarixli 522 saylı qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınnması və idarə olunması” qaydalarının *8.*-ci bəndinə əsasən qonşu qəbir yeri əvvəlcədən onun adına rezervasiya edilmişdir. Qəbirüstü abidəsi vardır və bu sözlər yazılmışdır: “X6. *5.08.*963-xx.xx.2022” Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla *5.08.*963-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *5.08.*963-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar