Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1270/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiаçı İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma və özbaşına tikililərin sökülməsi tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçının xeyrinə icarə hüququ əsasında yüklü edilmiş Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsində mövcud olan tikililərin və qurğuların cavabdeh tərəfindən öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 54.1-ci maddəsinin tələblərinə əsasən, cavabdehin əsl cavabdehlərlə əvəz olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 əsl cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-17524/2024 saylı sorğuya cavab məktubundan görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Ramana südçülük sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Xəzər rayonu) aid edilmişdir. Abşeron rayonu İcra Hakimiyyətinin məktubundan görünür ki, Abşeron rayonu keçmiş Hövsan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi Bakı şəhərinin inzibati ərazisinə (Bakı şəhəri Suraxanı rayonu) aiddir. Abşeron Rayon Məhkəməsinin 2(012)-14/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsi torpaq sahəsinin Xəzər rayonu ərazisində yerləşməsini əsas götürüb Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, hazırki mülki işə aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, hazırki iddia tələbi Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə uyğun olaraq torpaq sahəsinin yerləşdiyi ərazi üzrə məhkmədə baxılmalıdır. Lakin iş materialları ilə müəyyən edilir ki, torpaq sahəsi Ramana südçülük sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Ramana qəsəbəsi Xəzər rayonuna aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə, iş materiallarını araşdıraraq və qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, məhkəmələr arasında ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qanunvericiliyin qeyd edilən tələbinə əsaslanaraq, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə məhkəmələr arasında ərazi adiyyətinə dair fikir ayrılığı vardır, buna görə də göstərilənlərə əsasən İddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddiasına dair mülki iş üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığının aradan qaldırılması ilə bağlı hazırkı iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 44, 263, 264-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1270/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1270/2025
24.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver