Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1275/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat Şöbəsinin maraqlı şəxs qismində cəlb edildiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X* 2* noyabr 2024-cü il tarixdə Rusiya Federasiyasında vəfa etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi icraat qaydasında verilmiş ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *70.*-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 26*.0.*-26*.0.3 və 26*.0.6-26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin qeyd edilməlidir ki, ərizə geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin **4.*.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, Ərizəçi tərəfindən 23.0*.2025-ci il tarixdə *695909943 nömrəli mədaxil qəbzi ilə ödənilmiş *00 manat dövlət rüsumu da geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, *70.*-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat Şöbəsinin maraqlı şəxs qismində cəlb edildiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən 23.0*.2025-ci il tarixdə *695909943 nömrəli mədaxil qəbzi ilə ödənilmiş *00 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-1275/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1275/2025
19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver