Məhkəmə qərarları › İş №2(003)-1291/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1291/2024

14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1291/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05.*2.*978-ci il təvəllüdlü X4 *6.0*.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yoldaşım 05.*2.*978-ci il təvəllüdlü X** *6.0*.2024-cü il tarixdə qəflətən vəfat edib, ölüm faktı təcili yardım tərəfindən qeydə alınmışdır. Evdə halsız vəziyyətdə idi. Qızdırması olduğunu müşahidə eləyiblər. X*8 gəldi, qızdırmasını ölçdü, nəbzini yoxladı anidən öldü. Ölüm haqqında şəhadətnamənin müəyyən müddət ərzində alınmasından məlumatsız olmuşdur. Maraqlı şəxsnə yaxınlaşmış, lakin bildirmişlər ki, qanunla müəyyən olunmuş müddəti ötürüldüyündən məhkəməyə müraciət etməlidirlər. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Həmçinin dəfn mərasimində qohumlar və qonşularda iştirak ediblər. Şahid kimi gəlməyə hazırdırlar. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. X2 qəflətən yaşadığı ünvanda ürək tutmasından vəfat etmişdir. X*0 hüzr və dəfn mərasimlərində iştirak etmişdirlər. Mərhumu Qala qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun xalası oğludur X2 qəflətən yaşadığı ünvanda ürək tutmasından vəfat etmişdir. Mərhumun hüzr və dəfn mərasimlərində iştirak etmişdirlər. Mərhumu Qala qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, X** 05.*2.*978-ci il tarixdə Şamaxı rayonu, Ərəbşalbaş kəndində anadan olmuşdur. İş materiallarında şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.*98*-ci il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** 05.*2.*978-ci il tarixdə Şamaxı rayonu, Ərəbşalbaş kəndində anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* Esmira Səmid qızı ilə xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə *28 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “İsmiyev”, arvada “İsmiyeva” soyadı verilmişdir. İş materiallarında olan Təcili və X6 Stansiyasının (BŞT və TTTYS) *0 saylı bölməsi həkimi tərəfindən verilmiş *6.0*.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X4 həkiməqədər ölümü baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X*7 “Bakı Baş Səhiyyə Mərkəzi” X*7 45 nömrəli Şəhər Poliknikasının *8.0*.2024-cü il tarixli, 6 saylı məktubundan görünür ki, X** *6.0*.2024-cü il tarixdə ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar Poliklinikya müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır. Ölümdən sonra X*8 həkimi tərəfindən “Həkimə qədər ölüm” qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin №AZS-*06 verilməsinə imtina edilmişdir və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış 23.0*.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin anası X4 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum əri X5 *6.0*.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 05.*2.*978-ci il tarixdə Şamaxı rayonu, Ərəbşalbaş kəndində doğulmuş X4 *6.0*.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar