Məhkəmə qərarları › İş №2(003)-1295/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1295/2022

12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1295/2022 12.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı *7 iyul *968-ci il təvəllüdlü X* 25 fevral 2022-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı *7 iyul *968-ci il tarixdə anadan olmuş, 25 fevral 2022-ci il tarixdə 54 yaşında ev şəraitində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində vəfat etmişdir. *998-ci il tarixdə mərhum Rövşən Rzayev ilə birgə nikaha daxil olmuş və dünyasını dəyişənə qədər birlikdə yaşamışlar. Həmçinin dəfn mərasimində qonşular və qohumlar iştirak etmişdir. Hazırda həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi ona müəyyən sənədləşdirmə işləri aparmaqdan ötrü lazımdır. Bu səbəbdən həmin şəhadətnaməni almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsindən isə ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd olunanlara əsasən, həyat yoldaşı *7 iyul *968-ci il təvəllüdlü X* 25 fevral 2022-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə bildirmişdir ki, ərizəçi onun bacısıdır. Mərhum bacısının həyat yoldaşı olub, rəhmətə gedib, 25 fevralda işdən gələndən sonra hamamda rəhmətə gedib. Mərhumun ürəyi xəstə idi. Vəfat barədə bacısı zəng edib ona xəbər edib. O, dəfndə iştirak edib. Digər şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçinin və mərhum Rövşənin qonşusudur. O Gəncəyə gedibmiş, qayıdanda görüb ki, qonşuda yas mərasimidir. Orda öyrünmişdir ki, mərhum Rövşənin ürəyi xəstədir. Digər şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçinin və mərhum Rövşənin qonşusudur. O, işdən gələndə səs-küy eşidib, gedib baxanda Rövşənin rəhmətə getdiyini görüb. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.*-ci və *.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 arasında 0* dekabr *998-ci ildə nikah bağlanmış, arvada Rzayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 *7 iyul *968-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə akt qeydləri kitabında 27.07.*968-ci il tarixdə 203* nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə Bakı şəhəri Təcili və X2 Stansiyasının *0 saylı bölməsi tərəfindən verilmiş 25.02.2022-ci il tarixli arayışın surətindən görünür ki, 25.02.2022-ci il tarixdə saat 2*:42-də X4 adına çağırış olmuş, evə gələn təcili tibbi yardım briqadası tərəfindən kişi cinsində meyid aşkar olunmuşdur.. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs 02.03.2022-ci il tarixli məktubundan görünür ki, X* ölümünün qeydə alınması barədə Ərizəçi ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *7 iyul *968-ci il təvəllüdlü X* 25 fevral 2022-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*8.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 2*7.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 305-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. *7 iyul *968-ci il təvəllüdlü X* 25 fevral 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar