Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1326/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi 25.**.2023-cü il təvəllüdlü qızı X4 *7.0*.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, 25.**.2023-cu il təvəllüdlü qızı X8 *7.0*.2024-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Qızının heç bir xəstəliyi olmamışdır. O, qəflətən vəfat etmişdir. Qızı vəfat edən zaman evdə başları qarışıq olduğundan və qanunları bilmədiklərinə görə ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Bakı şəhəri 46 saylı poliklinikada ölümə səbəb hər hansı diaqnoz təyin etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qızı qohum və qonşuların iştirakı ilə Mərdəkan qəbiristanlığında dəfn edilmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona bu barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hal-hazırda mərhum qızının ölüm haqqında şəhadətnaməsi sənədləşmə ilə bağlı ona lazımdır. Onun qızı vaxtından əvvəl doğulmuşdur. Doğulduqdan sonra narahatlıqları olmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun qızıdır. Ərizəçi ona zəng edərək uşağın burnundan qan gəldiyini bildirmişdir. 26 saylı Xəstəxanaya apardıqda orada uşağın vəfat etdiyini bildirdilər. Mərdəkan qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısının yoldaşıdır. Ərizəçinin uşağının dəfndə iştirak etmişdir. Uşaq Mərdəkan qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 08.*2.2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 949*84 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 25.**.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X9, anası Ərizəçidır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs 26.0*.2024-cü il tarixli 3-*6-5/8-*5-Ə-**2/2024 №li məktubundan görünür ki, X4 ölümünün qeydiyyata alınması barədə 26.0*.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 45 nömrəli şəhər poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış *8.0*.2024-cü il tarixli 8 saylı məktubdan görünür ki, mərhum 25.**.2023-cü il təvəllüdlü X8 45 saylı poliklinikada tibbi qeydiyyatda olmadığına görə ona ölüm haqqında şəhadətnamə /AZS-*06/ verilməmişdir. Mərdəkan kənd qəbiristanlığının nəzarətçisi X** tərəfindən imzalanmış aktdan görünür ki, 25.**.2023-cü il təvəllüdlü X* qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 25.**.2023-cü il təvəllüdlü X4 *7.0*.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 25.**.2023-cü il təvəllüdlü X4 *7.0*.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1326/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1326/2024
19.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver