Məhkəmə qərarları › İş №2(003)-1338/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1338/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1338/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs göstərməklə) – X* 05.03.*992-ci ildə Bakı şəhərində, X2 27.05.*984-cü ildə tarixdə Bakı şəhərində, qızı X3 XX.XX.*983-cü il tarixdə Bakı şəhərində ölmələri faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, mövcud ərizədən görünür ki, ərizəçi bir ərizədə üç ayrı-ayrı şəxsin ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və mühakimə qaydalarına əsasən, bir ərizədə yalnız bir şəxsin ölüm faktının müəyyən edilməsi mümkündür. Bu prinsip, işlər üzrə icraatın düzgünlüyünü təmin etmək və prosesin hüquqi baxımdan düzgün aparılmasını təmin etmək məqsədini güdür. Həmçinin, bir neçə şəxsin ölüm faktının müəyyən edilməsi ilə bağlı müraciətlərin ayrılaraq təqdim edilməsi, müvafiq hüquqi prosedurların yerinə yetirilməsini və hər bir halda ayrı-ayrılıqda dəlillərin toplanmasını asanlaşdırır. Göründüyü kimi, ərizəçinin mövcud tələbində qeyri-dəqiqlikləri mövcuddur və kimə münasibətdə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin xahiş etməsi aydın deyildir. Halbuki, məhkəmənin hansı “xüsusi icraat qaydasında işlər”ə baxması MPM-nin 305-ci maddəsində, hansı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə baxması isə MPM-nin 307-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin ərizəsində göstərdiyi faktın məhkəmə tərəfindən xüsusi icraat qaydasında müəyyən edilməsi qanunvericiliklə nəzərdə tutulmadığından, xüsusi icraat qaydasında ərizə onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Buna görə də ərizənin məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin *3.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin *53.2.*-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin *53.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin *53.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin *52-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi (Maraqlı şəxs göstərməklə) – X* 05.03.*992-ci ildə Bakı şəhərində, X2 27.05.*984-cü ildə tarixdə Bakı şəhərində, qızı X3 XX.XX.*983-cü il tarixdə Bakı şəhərində ölmələri faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan *0 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar