Məhkəmə qərarları › İş №2(003)-137/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-137/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-137/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin 1 saylı Bakı ərazi idarəsinə qarşı müqavilənin nəticələrinin etibarsız hesab edilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X10 MMC”-nin ünvan 1 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 114,4 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış 2014-cü il tarixli alqı-satqı müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-dən 05 mart 2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m qeyri-yaşayış sahəsini sahibliyinə almışdır. Belə ki, Cavabdeh1 MMC-yə bu qeyri-yaşayış sahəsinin hər kv.m üçün 3000 manat, ümumi məbləğ 372000 manat ödənilməklə almışdır. Cavabdeh1 MMC-nin bu sahəni mənə satmağına baxmayaraq, sahibliyinə və istifadəsinə maneələr yaratdığı və bu MMC-də şikayətlərin olduğunu bildiyi üçün sahiblik və istifadə hüququnun müdafiəsi bu sahənin ona təhvil verilməsi məhkəməsində iddia qaldırdı. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-678/2021 qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində Cavabdeh1 MMC-nin inşa etdiyi 1 saylı binanın biinci mərtəbəsində, ümumi sahəsi 124 kv/m-dən ibarət olan mağazaya sahiblik və istifadə hüquqları tanınmış, maneələrin aradan qaldırılaraq, bu mağazanın ona, yəni İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1 MMC-yə həvalə edildi. Binanın tikintisinin 2019-cu ildə davam etməsi ilə bağlı həmin qeyri-yaşayış sahəsində təmir işləri apardı. Hazırda bu sahə təyinatı üzrə sahibliyində və istifadəsindədir. Cavabdeh1 MMC-nin hazırkı işlərini aparan təsisçilər ona bildirirlər ki, “X10 MMC ilə aralarında bağlanılmış 05 mart 2013-cü il tarixli müqavilə ilə o bu qeyri-yaşayıs sahəsinin ilkin alıcısıdır. Cavabdeh3 bildirir ki, bu əmlakı pul vəsaiti hesabına Cavabdeh2 pul vəsaiti hesabına əldə etmiş, reyestr çıxarışı xx.xx.2019-cu il tarixdə onun adına verilmişdir. Cavabdeh1MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, bina 1-də yerləşən, qeyri-yaşayış sahəsinin vətəndaş Cavabdeh2, öz növbəsində Cavabdeh2 Cavabdeh3 mübahisələndirilən sahəni alqı-satqı edilməsi ilə bağlı ilkin müqavilələr haqqında arayış verilməsini və yaxud bu müqavilələrin MMC-də saxlanılan surətlərinin verilməsi barədə sorğularına cavab verilməmişdir. Cavabdehin Apellyasiya Məhkəməsinə sahiblik və istifadə hüququnun tanınması haqqında Yasamal rayon Məhkəməsinin qətnaməsindən verdiyi şikayətdən belə aydın olur ki, bu mübahisələndirilən qeyri-yaşayış sahəsi vətəndaş Cavabdeh2 tərəfindən 2014-cü ildə Cavabdeh1 MMC-dən alınmış, sonradan isə reyestr çıxarışı alınmaqla, notarial qaydada Cavabdeh3 adına alqı-satqı edilməklə keçmişdir. İddiaçı təqdim etdiyi müqavilədən bəlli olur ki, mübahisələndirilən mağazanın sahəsi 124 kv.m olmaqla, alqı-satqı 05 mart 2013-cü il tarixdə tərəflərin imzası və satıcının möhürü ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndində isə alıcı İddiaçı alqı-satqı aparılan 05 mart 2013-cü il tarixə bu dəyərini 100%, yəni 372000 manat ödəməklə, mağazanın sahibliyinə aldığı təsdiq edilir. ”X10” MMC ilə aralarında bağlanmış müqavilə və maliyyə arayışından, cizgi-plandan bəlli olur ki, ilkin olaraq ona, İddiaçı satılmış sahə, təkrar ikinci dəfə Cavabdeh2 2014-cü ildə satılmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh “Meqasiti Holdinq MMC”-nin ünvan 2 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərk iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxt və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayarq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında Cavabdeh3 nümayəndəsi X4 iddianın əsassız olduöundan rədd edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o Cavabdeh1 MMC-nin direktoru olmuşdur. Hazırki məsələ ilə bağlı bildirir ki, o İddiaçı, Cavabdeh2ı və Cavabdeh3 tanımır. O formal olaraq Cavabdeh1 MMC-nin direktoru olmuşdur. Həmin binalarda yaşayış və qeyri-yaşayış sahələrinin satışını etməmişəm. O, proseslərdə heç iştirakı da olmayıb. O İddiaçı, Cavabdeh2 və Cavabdeh3 satılan mənzillərdən xəbəri olmayıb. Bütün sənədlərə təsisçilər imza ediblər. Onun da imzaları olub, lakin danışıqları təsisçilər aparıblar. 2013-2014-cü illərdə o ora demək olar ki, getməmişdir. Təhsisçilər özləri idarə edirdilər. 05 mart 2013-cü il və 06 avqust 2014-cü il müqavilələrdə olan imzalar onun deyil. Bu işlərin heç birindən məlumatı yoxdur. İmzalar ona məxsus deyildir. Yaşayış komleksinin tikintisində faktiki işi tikintiyə nəzarət olub, satışı və danışıqları o etməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o Cavabdeh1 MMC-nin təsisçisi olmuşdur. Ticarətlə məşğul olmuşdur. Cavabdeh1 MMC-yə məxsus binaları o tikmişdir, lakin satışları şirkət özü edib. Müqavilələri direktor imzalayıb, onun imzası olmayıb. Ola bilər ki, bir iki müqavilədə şəxsən öz adına imzaları olsun. Lakin heç kimin əvəzinə imza çəkməmişdir. İddiaçıla bağlanan müqavilədə olan imza onun deyil. Yəginki, Elnurundur. Dəqiq bilmirəm. Cavabdeh2la bağlanan müqavilədə olan imza onun deyil. Maksim təhsisçi olub. 2010-cu ilin yanvar ayının 21-də payını satıb. Müqavilələr üst-üstə düşə bilməz. 24 mağaza var. 8 mağaza standart eyni kvadratdır. 16 mağaza iri kvadratdır (124 kv), 1 dənə mağaza 200 kvadratdır. Hər binanın altında olan mağazalar 126 kv, qalan 4 dənəsi 50 kvadratdır. Sənədlərdə düz göstərilibdir. Biri birincidədir digəri ikincidədir. Hansı kimə məxsusdur onu bilmir. O 2018-ci ildə həbs olunmuşdur. Həmin vaxta kimi mağazaların hamsı satılmamışdır və mağazalarda nömərə qoyulmamışdır. Samir pulu qaytarılıbdır. Şirkətin Samirə 60000 manat borcu var. Hökümdə bu hal təsdiqini tapıb. Mağazalar arasında 4 mağaza var idi. Mərtəbələri yadında deyil. Onun olmamağından Maksim istifadə edib. Bu məsələlərdə onun iştirakı olmayıb. O, Cavabdeh2 satılan qeyri-yaşayış sahəsinə aid sənədi görmüşdür. Lakin o bu məsələdə iştirak etməmişdir. Samir onlara pul vermişdi ki, mağaza alsın. Sonra da istəmədi, imtina etdi. Pulu onlarda borc kimi saxlamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, 2013-2014-cü illərdə rəsmi olaraq təsisçi idi. Onu təsisçilikdən Aqil Qədirovun qardaşı çıxartmışdır. O 2010-cu ildə təsisçilikdən azad olunmamışdır. Cavabdeh1 MMC-də 1 və 2 saylı binalar var. 1 saylı binanın nə qədər mənzilləri, mağazaları və qeyri-yaşayış sahələri satılıbsa 2010-cu ilə qədər çoxunda onun imzası olub. Daha sonra bina bölünüb iki hissəyə. Bir hissəyə Vahid, digər hissəyə Fariz rəhbərlik edib. Yəni möhürün biri olub Qədirov Vahiddə, digəri isə Farizdə olub. Bütün mənzillərin satışına Qədirov Aqilin imzası ilə özü satıb. Samirin yeri ilə bağlı məsələ də Qədirov Aqil göstərib, o da iştirak etmişdir. X6 iştirak etməyib. Elnur Məmmədov 2010-cu ildən sonra elə-belə gedib-gəlib. Qeyri yaşayış sahəsini birinci, 2013-cü ilin mart ayında İddiaçı alıb. 2021-ci ilədək həmin yerlə bağlı heç kim gəlməyibdir. O yeri onun iştirakı Samir təmir elətdirib. Onun Samirlə dost münasibəti var. Orada 4 mağazadır və hər mağazanın öz nömrəsi var. Aqil şəxsən özü göstərib yeri. İlk olaraq İddiaçı alıb. Plan-cizgini o imzalamış, ona görə ki, Qədirov Aqil qaçaq idi. Şikayətlər olduğuna görə o, binaya gəlmirdi. Məhkəmə işdə iştiak edən şəxsi izahatını, şahid ifadələrini dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli 207 nömrəli maliyyə arayışından görünür ki, sonuncu Yasamal rayonu Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 m2 ibarət olan qeyri-yaşayış sahəsi mağazanın dəyərini tam ödəyib və şirkətə borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013cü il tarixli müqavilədən görünür ki, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 124 m2 ibarət olan qeydi yaşayış sahəsi mağaza alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən yaşayış sahəsini 124 m2 ibarət olan qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 3000 manat olmaqla, müqavilənin ümumi məbləği 372000 manatdır. İş materiallarında olan Cavabdeh1 MMC ilə təsisçi X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 4 saylı çox mənzilli yaşayış binasının 1-ci mərtəbəsində (küçəyə baxan tərəf) yerləşən vətəndaş İddiaçı alqısatqı qaydasında satılmış ümumi sahəsi 114 m2-dən ibarət olan qeyri-yaşayış obyektinin planı Cavabdeh1 MMC təsisçisi Maksim Zeynalov tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2014cü il tarixli maliyyə arayışından görünür ki, sonuncu Yasamal rayonu Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 m2 ibarət olan qeyri-yaşayış sahəsi mağazanın dəyərini tam ödəyib və şirkətə borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 126 m2 ibarət olan qeydi-yaşayış sahəsi mağaza alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən yaşayış sahəsini 126 m2 ibarət olan qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 1500 manat olmaqla, müqavilənin ümumi məbləği 189000 manatdır. Müqavilə Cavabdeh1 MMC-nin direktoru “Məmmədov E.A” imzalanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********07 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi, 114,4 kv/m olan qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən verilmiş, Bakı şəhəri 9 saylı notanat kontoru tərəfindən təsdiq edilmiş, 01.02 2018-ci il tarixi, 7E-2771 reyesir nömrəli azalma ərizəsinə, "X10” MMC tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli maliyyə arayışına xx.xx.2014-cü il tarixli müqaviləyə, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatı İqtısadı Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-6105/2017 nömrəli qərarına əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak 1 saylı Bakı “ASAN xidmət mərkəzində” notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, 4Ə-111 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli çaxırışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 114,4 m2 qeyri-yaşayış sahəsi Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-6105/2017 nömrəli qərarından görünür ki, Cavabdeh1 MMC tərəfindən ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 126 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçı Cavabdeh2 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* nömrəli çaxırışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 114,4 m2 qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/751 nömrəli ekspert rəyindən görünür ki, «Meqa Siti» ilə Cavabdeh2 arasında Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasənda ümumi sahəsi 126 m2-dən ibarət qeydi-yaşayış (mağaza) sahəsinə dair xx.xx.2014-cü il tarixli müqavilədə “7. Tərəflərin imzaları” hissəsində “Direktor: Məmmədov E.A” yazılarının qarşısındakı imza X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə müəyyən etdi ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 124 m2 ibarət olan qeydi-yaşayış sahəsi mağaza sonuncuya satılmışdır. Qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 3000 manat olmaqla, müqavilənin ümumi məbləği 372000 manat müəyyən edilmişdir. Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli 207 nömrəli maliyyə arayışında sonuncu Yasamal rayonu Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 m2 ibarət olan qeyri-yaşayış sahəsi mağazanın dəyərini tam ödədiyi və şirkətə borcu olmadığı qeyd edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 126 m2 ibarət olan qeydiyaşayış sahəsi mağaza sonuncunun mülkiyyətinə verilmişdir. Həmin müqaviləyə əsasən yaşayış sahəsini 126 m2 ibarət olan qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 1500 manat olmaqla, müqavilənin ümumi məbləği 189000 manat müəyyən edilmişdir. Müqavilə Cavabdeh1 MMC-nin direktoru “Məmmədov E.A” imzalanmışdır. Yasamal rayonu Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 m2 ibarət olan qeyri-yaşayış sahəsi mağazanın dəyərini tam ödənilmiş və Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, «Meqa Siti» ilə Cavabdeh2 arasında Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasənda ümumi sahəsi 126 m2dən ibarət qeydi-yaşayış (mağaza) sahəsinə dair xx.xx.2014-cü il tarixli müqavilədə “7. Tərəflərin imzaları” hissəsində “Direktor: Məmmədov E.A” yazılarının qarşısındakı imza X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı Cavabdeh1 MMC ilə təsisçi X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 4 saylı çox mənzilli yaşayış binasının 1-ci mərtəbəsində (küçəyə baxan tərəf) yerləşən vətəndaş İddiaçı alqı-satqı qaydasında satılmış ümumi sahəsi 114 m2-dən ibarət olan qeyri-yaşayış obyektinin planı Cavabdeh1 MMC təsisçisi Maksim Zeynalov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci madəsinə əsasən əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün əqdin subyekt tərkibinə aid edilən şərtlər, əqdin məzmununa aid edilə şərtlər, əqddə iradə və iradənin ifadə edilməsinə aid edilən şərtlər və əqdin formasına aid edilən şərtlər mövcud olmalıdır. Əqdin etibarlı olması üçün qeyd edilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarlı olmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “Meqasiti Holdinq MMC”nin ünvan 2 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Meqasiti Holdinq MMC”-nin ünvan 2 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2014-cü il tarixli maliyyə arayışı etibarsız sayılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar