Məhkəmə qərarları › İş №2(003)-1381/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1381/2024

19.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1381/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi 25.02.*958-ci il təvəllüdlü həyat yoldaşı X2 27.*2.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, əri 25.02.*958-ci il təvəllüdlü X5 27.*2.2023-cü il tarixdə qəflətən vəfat etmişdir. Ölüm faktı təcili yardım tərəfindən qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin müəyyən müddət ərzində alınmasından məlumatsız olmuşlar. Maraqlı şəxsnə yaxınlaşmışlar. Lakin bildirdilər ki, qanunla müəyyən olunmuş müddəti ötürdüyündən məhkəməyə müraciət etməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Həmçinin dəfn mərasimində qohumlar və qonşular da iştirak etmişlər. Əri ürək xəstəliyindən əziyyət çəkmişdir. Təcili yardım gələnədək vəfat etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun anasıdır. Onun əri Bakı şəhərində yerləşən cəzaçəkmə müəssisəsində cəza çəkir. O, ərinin yanına 3 günlük görüşə getmişdir. Dekabr ayının 27-də görüşdən çıxdıqda atası onu qarşılamalı idi. Atasının avtomobilinə yaxınlaşdıqda atasının avtomobildə vəfat etdiyini görmüşdür. Daha sonra təcili tibbi yardıma zəng etmişdir. Xəzər rayonu Zirə qəsəbəsində dəfn edilmişdir. Məhkəmə iclasında şahid Habil Afiz oğlu ifadəsində göstərmişdir ki, ərizəçi onun tanışının anasıdır. Ərizəçinin əri ölən gün evdə olmuşdur. Mərhumun oğlu ona zəng edərək atasının vəfat etdiyini bildirərək ondan gəlməsini xahiş etmişdir. O da avtomobillə oraya getmişdir. Oraya çatdıqda təcili tibbi yardım avtomobillərini və polisləri görmüşdür. Təcili Yardım onlara şəxsin artıq vəfat etdiyini bildirmişdir. Xəzər rayonu Zirə qəsəbəsində dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; AZE seriyalı 08736427 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 25.02.*958-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Bakı Nikah Evi (Səadət Sarayı) tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* Qiyafət Fərrux qızı nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02.04.*982-ci il tarixdə *257 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rzayev, arvada Rzayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs *7.0*.2024-cü il tarixli 3-*6-5/8-*5-R-45/2024 №li məktubundan görünür ki, X2 ölümünün qeydiyyata alınması barədə *7.0*.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin Zirə Sağlamlıq Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 3*.0*.2024-cü il tarixli 4* saylı məktubdan görünür ki, mərhum 25.02.*958-cu il təvəllüdlü X2 ölüm hadisəsi evdə qeydə alınmadığına görə ölüm haqqında tibbi şəhadətnamə tərtib edilməmiş və rəsmiləşdirilməmişdir. Bakı şəhəri Xəzər rayonu Zirə Bələdiyyəsi tərəfindən verilmiş *8.0*.2024-cü il tarixli 06 saylı arayışdan görünür ki, 25.02.*958-ci il təvəllüdlü X5 27.*2.2023-cü il tarixdə vəfat etmiş və Zirə qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 25.02.*958-cu il təvəllüdlü X2 27.*2.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 25.02.*958-ci il təvəllüdlü X2 27.*2.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar