Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1383/2022 25.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək **.**.*963-cü il təvəllüdlü X3nun xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Natavan küçəsi döngə * ev 4 ünvanında vəfat etmişdir. Təcili tibbi yardım briqadası gəlsə də, qardaşa artıq vəfat etdiyindən tibbi sənəd verməmişlər. Qardaşı X* qəbirstanlığında dəfn edilmişdir. Ona görə də onun X3 nun xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktını müəyyən edilməsi barədə ərizənin təmin olunmasını xahiş edir. Daha sonra Ərizəçi iddia ərizəsinə dəqiqləşmə verərək, X3nun xx.xx.2022-ci il tarixdə yaşadığı evdə vəfat etməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsi üzrə izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X*0 izahatında bildirdi ki, o, ərizəçinin əridir. X4 onun qayınıdır. Mərhum fevral ayında rəhmətə gedib. Ona, mərhumun iş yerindən zəng edərək, işə gəlmədiyini bildirmişlər, o isə şübhələnib təcili yardım çağırdığını bildirdi. O, narahat olduğundan xx.xx.2022-ci il tarixdə mərhumun evinə getmiş və mərhumun hamam otağında öldüyünü görmüşdür. Mərhumun yas məclisində iştirak edib. Mərhum Buzovna qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilən X*3 izahatında bildirdi ki, o, ərizəçinin yaxın dostudur. xx.xx.2022-ci il tarixdə səhər saat 9-*0 radələrində ona zəng vurdular ki, Allahverdi ölüb. O, dərhal mərhumun evinə getmişdir. Mərhum hamam otağında ölmüşdür. Mərhumun dəfnində iştirak etmişdir. Mərhum Buzovna qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 05/*5-228 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçinin X3nun ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi, döngə *, ev 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Ərizəçi (Şəxsiyyət vəsiqəsi AZE ********, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi, döngə *, ev 4), X*0 (Şəxsiyyət vəsiqəsi AZE *7836998, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi ev *6 , mənzil 7), X** (Şəxsiyyət vəsiqəsi AA0847*80, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi, döngə *, ev 4) bu aktı tərtib edirlər ondan ötəri ki, həqiqətən X9 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Buzovna kənd qəbristanlığında dəfn edilmişdir. Akta X4nun qəbrüstü abidəsinin fotoşəklini əlavə ediblər. Aktın doğruluğunu imzaları ilə təsdiq edirlər. İş materiallarında olan *4.02.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, **.**.*963-cü il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi, döngə *, ev 4 ünvanında olarkən, hamam otağına keçib yuyunmaq istəmiş, lakin həmin vaxt “infarkt” keçirərək ölmüşdür və bu səbəbdən toplanmış C-73/22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin əri olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X* qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum X3nun xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. **.**.*963-cü il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1383/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1383/2022
25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver