Məhkəmə qərarları › İş №2(003)-1393/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1393/2023

24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1393/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi –X5 03.07.*995-ci il tarixində Bakı şəhərində ürək tutmasından ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X4 anası, X* 03 iyul *995-ci il tarixində ürək tutmasından ölmüşdür. Lakin, nənəsi öləndən sonra nənəsinin ölüm haqqında şəhadətnaməsi qohumlar tərəfindən alınmamışdır. Daha sonra 03 oktyabr 2006-cı il tarixdə atası X** ölmüşdür. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə alınmışdır. Atası öləndən sonra tərəfindən atasına məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Malik Musayev küçəsi, ev 22-yə dair vərəsəlik haqqında şəhadətnamənin alınması üçün notariat orqanına müraciət olunan zaman X*nın ölüm haqqında şəhadətnaməsinin olmaması müəyyən olunmuşdur. X* atası Saleh Rəhimovun birinci növbə vərəsəsi olduğu üçün notariat orqanında ona nənəsinin ölüm haqqında şəhadətnamə alınması üçün qeydiyyat orqanına, oradan sənəd verilmədiyi təqdirdə məhkəməyə müraciət etməsini qeyd etmişlər. Daha sonra tərəfindən Bakı şəhər Maraqlı şəxsnə müraciət edilmiş, orada da ölüm haqqında şəhadətnamə alınmasının qeydiyyat şöbəsində mümkün olmadığını, bunun üçün məhkəməyə müraciət etməsini qeyd etmişlər. Onda X*nın 03 iyul *995-ci il tarixində ölməsi faktını təsdiq edən qəbir daşının şəkli və Bakı şəhər İH MKTD Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 6 saylı arayış vardır. Eyni zamanda, nənəsi, atası və onun qohumluq faktını təsdiq edən sənədlər məhkəməyə təqdim edilir. Qeyd edilən səbəblərdən, nənəsi- X5 ölüm haqqında şəhadətnaməsinin alınması mümkün olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə baxılması zamanı ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək ərizəni dəqiqləşdirmiş və məhkəmədən ərizəçinin nənəsi – X6 03.07.*995-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X*7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. O, *995-ci ildə İcra Hakimiyyətinin qəsəbə nümayəndəsi işləmişdir. X2, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi A.Neymətulla küçəsi ev *00 ünvanında yaşamış, Əmirulla kişinin arvadı olmuşdur. Onun qızı xərçəng xəstəliyindən ölmüş, az müddətdən sonra isə özü ölmüşdür. O, mərhumun yas və dəfn mərasimlərində iştirak etmişdir. Mərhum Buzovna qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dinlənilmiş Zeynalova Hicran Hüseynağa qızı ifadəsində bildirmişdir ki, X2 onun bibisidir. Bibisi *995-ci ilin iyul ayının 5-də ölmüşdür. Bibisi, ailədə iki qardaş və bir bacı olmuşlar, onlar artıq ölmüşlər. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X7 ifadəsində bildirmişdir ki, X2 onun nənəsidir. O, mərhumun oğlu Salehin böyük qızıdır. Birinci bibisi ölmüş, 6 aydan sonra isə *995-ci ildə nənəsi ölmüşdür. Nənəsi Buzovna qəsəbəsində dəfn olunmuşdur. Nənəsi öləndə onun *4 yaşı olmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan (əslinə məhkəm tərəfindən baxış keçirilmiş) XVİİİ-ЖГ seriyalı, 6*23*9 nömrəli Sovet Sosialist Respublikaları İttafaqı vətəndaşının pasportunun surətindən görünür ki, X*4, 20.03.*925-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan (əslinə məhkəm tərəfindən baxış keçirilmiş) *52-29 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 ilə X*8 arasında *9.03.*947-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** 0*.03.*949-cu il tarixdə doğulmuş, atası X*2, anası isə X8r. İş materiallarında olan İİ-ЖГ seriyalı, 307638 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X** ilə X9 arasında *9.06.*979-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 2**878 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X** xx.xx.2006-cı ildə ölmüşdür. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi ev 22, yeni qaydalarla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 3*-ci Buzovna küçəsi ev 26 X4 mülkiyyətindədir. İş materiallarında olan Xİ-ЖГ seriyalı, 364668 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 xx.xx.*986-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X**, anası isə X*0r. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə və Vətəndaşlıq Xidməti Trestinin 6 nömrəli, *7.0*.2023-cü il tarixli arayışından görünür ki, həmin arayış verilmiş X*3 ondan ötrü ki, onun qaynanası X3 rayonu Buzovna qəbirstanlığında 03.07.*995-ci il tarixində dəfn edilmişdir. Qəbirüstü abidəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs *0.0*.2023-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, nənəsi- X5 ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi nənəsi - X6 03.07.*995-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 20.03.*925-ci ildə Bakı şəhərində doğulmuş X6 03.07.*995-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20.03.*925-ci ildə Bakı şəhərində doğulmuş X6 03.07.*995-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar