Məhkəmə qərarları › İş №2(003)-1442/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1442/2023

13.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1442/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Xıdalan şhəri Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron gənclər şəhərciyi” yaşayış kompleksi, 14 nömrəli evin 76 nömrəli mənzilinin onun və maraqlı şəxs arasında ½ hissədə payların bölünməsi barədə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Faizi oğlu xx.xx.2009-cu il tarixdə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşlar. Aralarında olan nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-363/2023 saylı qətnaməsi ilə pozularaq birgə nikahlarından olan övladlarının onun yanında saxlanması və onların saxlanması üçün alimentin maraqlı şəxsdən alınaraq ona verilməsi qət edilmişdir. Birgə nikahda olduqları müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron gənclər şəhərciyi” yaşayış kompleksi, ev 14-də yerləşən ümumi sahəsi 44 kv. metdən ibarət olan 76 nömrəli, 1 otaqlı, mənzili almışlar və həmin mənzilə dair Maraqlı şəxs mülkiyyət hüququna dair çıxarış verilmişdir. İlkin mediasiya sessiyası zamanı maraqlı şəxslə imzalanmış xx.xx.2022-ci il tarixli “Barışıq sazişi”-nə əsasən, DƏDRX-dən verilmiş çıxarış əsasında, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi. 7-ci km, “Abşeron gənclər şəhərciyi” yaşayış kompleksi, ev 14-də yerləşən ümumi sahəsi 44 kv metrdən ibarət 76 nömrəli mənzilin onunla Maraqlı şəxs arasında 1/2 hissədə bölünməsi barədə razılıq əldə olunmuş və aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 6-cı bəndində qeyd olunduğu kimi saziş imzalandığı gündən 10 gün müddətinə sazişin könüllü şəkildə icra olunması qeyd olunmuşdur. Amma buna baxmayaraq Maraqlı şəxs sazişi könüllü icra etməkdən boyun qaçırmışdır. O, dəfələrlə maraqlı şəxsə müraciət edərək sazişin icra olunması tələb etmiş, lakin maraqlı şəxs qərəzli olaraq sazişin icra edilməsindən imtina etdiyi üçün həmin barışıq sazişinin məhkəmə qətnaməsi ilə təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etməyərək izahatında bildirmişdir ki, barışıq sazişinin icra olunması barədə ərizəçinin vəkili ona müraciət etmiş, lakin o, elə bilmişdir ki, ondan mənzilin ərizəçiyə bağışlanması tələb olunur. Ona görə də müvafiq idarəyə getməkdən imtina etmişdir. İzahatında həmçinin bildirmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində yerləşən 14 nömrəli evin 76 nömrəli mənzili Ərizəçi ilə birgə nikah dövründə əldə edilmiş və həmin əmlaka dair ərizəçinin ½ hissədə payının müəyyən edilməsinə etirazı yoxdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz mlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində yerləşən 14 nömrəli evin 76 nömrəli mənzil Maraqlı şəxs adınadır, həmin əmlak dövlət reyestrində xx.xx.2021-ci il tarixdə onun adına qeydə alınmışdır. İş materiallarında olan X1 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesi nəticəsində Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) aralarında olan əmlak bölgüsü barədə mübahisə üzrə mediasiya qaydasında barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinə əsasən tərəflər birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində yerləşən 14 nömrəli evin 76 nömrəli mənzilinin ½ hissədə paylarının olmasına razılaşırlar. Həmçinin həmin Sazişin 6-cı bəndindən görünür ki, saziş, tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər (ərizəçi və maraqlı şəxs) arasında mediasiya qaydasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişinə əsasən Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində yerləşən 14 nömrəli evin 76 nömrəli mənzilin ½ hissədə payların müəyyən edilməsi, saziş imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Maraqlı şəxs həmin Saziş əsasında üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir. Bu hal məhkəmə iclasında da müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişinin qanuna zidd olmadıqda, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, barışıq sazişinin şərtlərinin əmlaka dair tərəflər arasında payın müəyyən edilməsindən, həmin əmlakın birgə nikah dövründə əldə olunmasının işin mübahisə edilməyən halından ibarət olmasını nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin şərtlərinin qanuna zidd olması müəyyən edilmir, eyni zamanda həmin şərtlərin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 tərəfindən təsdiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 tərəfindən təsdiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin: - tərəflər razılaşırlar ki, Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində yerləşən 14 nömrəli evin 76 nömrəli mənzilinə ½ hissədə hər birinin payları müəyyən edilməlidir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar