Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1454/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyaların qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd 1450 manat dəyərində paltaryuyan maşın, 1 ədəd 1200 manat dəyərində plazma televizor, 90 manat dəyərində 1 ədəd televizoraltı və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşıdır. X3 2020-ci ilin noyabr ayının 29-da ölmüşdür. 10.01.2021-ci tarixdə anasına məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə gedənb zaman ona məlum olmuşdur ki, ona məxsus 1 ədəd 1450 manat dəyərində paltaryuyan maşın, 1 ədəd 1200 manat dəyərində plazma televizor, 90 manat dəyərində 1 ədəd televizoraltı cavabdeh tərəfindən icazəsiz olaraq götürülmüşdür. Bununla bağlı 102 xidmətinə zəng etmiş, müraciəti əsasında toplanmış material üzrə 18.01.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin material üzrə tədqiqat araşdırılması zamanı cavabdeh ona məxsus olan əşyaların anasına aid olduğu, anasına qulluq edən zaman öz evinə apardığını bildirmişdir. Quba Əliyevanın sağlığında mübahisə obyekti olmuş Samsung markalı televizorun və paltaryuyan maşının onun ödədiyi vəsait hesabına alınmasını bildirmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, 1 ədəd 1450 manat dəyərində paltaryuyan maşın, 1 ədəd 1200 manat dəyərində plazma televizor, 90 manat dəyərində 1 ədəd televizoraltının, həmin əşyalar olmadıqda isə onların dəyəri 2740 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı qızna verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Həmçinin məhkəmənin 02.03.2021-ci il tarixli iclasında iddianı qəbul etməyərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin 18.01.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, ifadəsi alınmış Cavabdeh bildirmişdir ki, X15 xəstə olduğu üçün ona qulluq etmək məqsədi ilə evinə gətirmişdir. X9 evində olduğu zaman istəyi ilə Samsung markalı plazma televizoru evinə gətirmişdir. Həmin televizorun hazırda evində olduğu, paltaryuyan maşının isə ona məxsus qarajdadır. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.02.2021ci il tarixli 05/69-125 nömrəli arayışda X5 29.11.2020-ci il tarixdə Bakı şəhərində vəfat etdiyi qeyd edilmişdir. Məhkəmənin 25.05.2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Cavabdeh onun qardaşı, iddiaçı isə İddiaçı onun bacısıdır. X13 29.11.2020ci il tarixdə ölmüşdür. İddiaçının anasına məxsus evə gedən zaman ona məlum olmuşdur ki, Sevdaya məxsus 1 ədəd paltaryuyan, 1 ədəd televizor 1 ədəd televizor altı cavabdeh tərəfindən icazəsiz olaraq götürülmüşdür. Paltaryuyan maşın gümüşü rəngdə, televizor və televizoraltı qara rəngdə idi. Qeyd edilən əşyalar Sevda tərəfindən alınmışdır. Məhkəmənin 25.05.2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Cavabdeh onun qardaşı, iddiaçı isə İddiaçı onun bacısıdır. X13 29.11.2020ci il tarixdə ölmüşdür. İddiaçının anasına məxsus evə gedən zaman ona məlum olmuşdur ki, Sevdaya məxsus 1 ədəd “BOSH” paltaryuyan, 1 ədəd televizor 1 ədəd televizor altı cavabdeh tərəfindən icazəsiz olaraq götürülmüşdür. Həmin əşyaları Şüvəlan qəsəbəsində yerləşən dükandan Sevdanın vəsaiti hesabına alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh bacıqardaşdırlar. Tərəflərin X3 onların anasıdır. Anaları 29.11.2020-ci il tarixdə vəfat etmişdir. X14 məxsus olan evdə iddiaçıya məxsus olan 1 ədəd Samsung markalı plazma televizor, televizor altı və 1 ədəd paltaryuyan maşın olmuşdur. Mülki iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, ifadəsi alınmış Cavabdeh bildirmişdir ki, X15 xəstə olduğu üçün ona qulluq etmək məqsədi ilə evinə gətirmişdir. X9 evində olduğu zaman istəyi ilə Samsung markalı plazma televizoru evinə gətirmişdir. Həmin televizorun hazırda evində olduğu, paltaryuyan maşının isə ona məxsus qarajda olduğunu etiraf etmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş olan X7 və X2 ifadələrindən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh bacı-qardaşlarıdır. anaları Əliyeva Qubaya məxsus olan evdə olan 1 ədəd “BOSH” paltaryuyan, 1 ədəd televizor 1 ədəd televizor altı İddiaçı məxsusdur və bu əşyalar cavabdeh tərəfindən icazəsiz olaraq götürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar (maddə 135.1). Əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur (maddə 135.2). Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Mükiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Məhkəmə qeyd edir ki, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Mükiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur və mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə hesab edir ki, iddia 1 ədəd paltaryuyan maşın, 1 ədəd Samsung markalı plazma televizor və 1 ədəd televizor altı Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddiaçının iddia tələbinin (1 ədəd paltaryuyan maşın, 1 ədəd Samsung markalı plazma televizor və 1 ədəd televizor altı) həmin əşyalar olmadıqda isə onların dəyəri 2740 manat məbləğində pulun tutulması hissəsinə münasibət məhkəmə hesab edir ki, iddia rədd edilməlidr. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin məhkəmə araşdırması zamanı iddiaçının qeyd edilən əşyalarının mövcud olması və cabadehin qanunsuz sahibliyində olması mülki işin materialları və şahid ifadələri ilə öz təsdiqini tapsa da, iddia tələbində qeyd edilən dəyəri ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir Belə olan halda məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1 ədəd paltaryuyan maşın, 1 ədəd Samsung markalı plazma televizor və 1 ədəd televizor altı Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd paltaryuyan maşın, 1 ədəd Samsung markalı plazma televizor və 1 ədəd televizor altı alınaraq iddaçı İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1454/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1454/2021
17.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver