Məhkəmə qərarları › İş №2(003)-1464/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1464/2025

21.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1464/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi X2 Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 230 manat onun xeyrinə ödənilməsi ilə əlaqədar onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli “Barışıq Sazişi”-nin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə rəsmi nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7 doğulmuşdur. Maraqlı şəxslə münasibətləri pozulduğuna görə aralarında uşağın X2 yanında saxlanması üçün maraqlı şəxsdən 230 manat məbləğində pulun aliment şəklində ödənilməsinə dair “Barışıq Sazişi” bağlanmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Maraqlı şəxsla aralarında alimentlə bağlı barışıq sazişi bağlasalarda o, sazişə uyğun olaraq alimenti tam ödəmir. Barışıq Sazişinin təsdiq olunmasın xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs məhkəməyə verdiyi izhatında aralarında olan barışıq sazişinin təsdiq olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişinin təsdiq olunması haqqında ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-cü il tarixli Barışıq Sazişindən görünür ki, Maraqlı şəxs X3 xx.xx.2025-ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladları xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatandək, hər ayın 10-na qədər, 230 (iki yüz otuz) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İsmayılovaƏfsanə Cəlil qızı Maraqlı şəxs ilə 03 may 2010-cu il tarixdə Füzuli rayonu Arayatılı kənd ərazi icra nümayəndəliyində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 04 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “İbrahimova”, arvada “İbrahimova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən veilən arayışdan görünür ki, Ərizəçi Xəzər rayonu Qala qəsəbəsində Yeni yaşayış massivində qeydiyyatsız evdə yaşayır. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında xx.xx.2025cü il tarixdə barışıq sazişi bağlanmış, sazişin şərtinə əsasən Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatandək, hər ayın 10na qədər, 230 (iki yüz otuz) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Bu səbəbdən də sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə ərizənin dəlillərini araşdıraraq, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin alimentin tutulması və uşaqların ananın himayəsində qalması hissəsi, tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur, sazişin ikinci tərəfi uşaqların ananın himayəsinə verməli olması və hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etmədiyindən ərizə təmin təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. X6 ilə Maraqlı şəxs arasında Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/11/2024-01322 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar