Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1483/2024 23.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23.**.*986-cı il təvəllüdlü X3 03.*0.*997-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 23.**.*986-cı il təvəllüdlü X7 *997-ci ilin oktyabr ayının 03-da Bakı şəhərində vəfat etmiş və Xəzər rayonu, Binə qəsəbəsi, X9 yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bu barədə olan Xəzər Rayon Binə Bələdiyəsinin arayışını ərizəsinə əlavə edir. Lakin indiyə kimi övladı X5 məxsus ölum haqqında şəhadətnaməni almamışdır. Bununla əlaqədar müvafiq dövlət orqanlarında X3 ölümünün təsdiq edən sənədləri təqdim etməyə çətinlik çəkir. Bu yaxınlarda mərhumə X5 məxsus ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı Şəhər Maraqlı şəxsnə müraciət etmişdir. Lakin oradan ona bildirdilər ki, bu məhkəməni səlahiyyətlərinə aiddir. Bu barədə Bakı şəhər Xəzər Rayon Qeydiyat Şöbəsinin imtina məktubu da vardır. Həmin imtina məktubunu ərizəsinə əlavə edir. X3 *997-ci ilin oktyabr ayının 03-da Bakı şəhərində vəfat etdiyini təsdiq edən kifayyət qədər şahidlər vardır. Bu şahidlərin məhkəmə baxışında iştirakını təmin edəcəkdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə təqdim edərək, ərizəsində yalnışlığa yol verdiyini, həmin yanlışlığın aradan qaldırılması üçün X3 təvəllüdünün 23.**.*986-cı il əvəzinə 23.02.*988-ci il kimi oxunmasını xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X*3 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. X2 xəstə idi. Bu səbəbdən də, rəhmətə getmişdir. X8 hüzr və dəfn mərasimlərində iştirak etmişdir. Mərhumə Binə qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Onun *988-ci ildə anadan olan uşağı Gülnarə xəstəliyi səbəbindən *997-ci ildə vəfat etmişdir. Mərhumun hüzr və dəfn mərasimlərində iştirak etmişdirlər. Mərhumu Binə qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında “Elektron” Məhkəmə İnformasiya Sistemindən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*962-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X** qeydiyyatdadır. İş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23.02.*988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, onun doğum haqqında şəhadətnamədə atası qrafasında “X*4”, anası qrafasında “X6” qeyd edilmişdir. İş materiallarında Maraqlı şəxs *2.0*.2024-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası' “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə 23.02.*988- *3.0*.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi tərəfindən verilmiş 30.0*.2024-cü il tarixli, *0 saylı arayışdan görünür ki, 23.02.*988-ci təvəllüdlü X7 *997-ci ildə vəfat etmiş və Binə qəsəbəsi X** yerləşən məzarlıqda dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış *2.0*.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin anası X3 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan X3 qəbrüstü abidəsinin fotoşəkli ilə onun 23.02.*988-cü il tarixdə doğulub, 03.*0.*997-ci ildə vəfat etməsi müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum qızı X3 03.*0.*997-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 23.02.*988-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 03.*0.*997-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1483/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1483/2024
23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver