Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1490/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1906-cı il təvəllüdlü X4 xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun doğma nənəsidir. Nənəsi onunla birlikdə yaşamışdır. Nənəsinin bütün tələbatlarını o ödəmişdir. Nənəsinin xx.xx.1982-ci il tarixdə evdə olarkən ağrıları kəskinləşmiş və 76 yaşında vəfat etmişdir. Mərhumu qohumların və qonşuların iştirakı ilə Şağan kənd qəbristanlığında dəfn etmişlər. Qanunları bilmədiyinə görə və ona lazım olmadığına görə nənəsinə ölüm haqqında şəhadətnamə almağa əhəmiyyət verməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə ona müəyyən sənədləşdirmə işləri aparmaqdan ötrü lazımdır. Bu səbəbdən də həmin şəhadətnaməni almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsindən isə ölüm haqqında tibbi şəhadətnamə istəmişlər. Artıq uzun müddət keçdiyinə və poliklinikada tibbi qeydiyyat olmadığına görə həmin sənədi ala bilməmişdir. Buna görə də, qeydiyyat şöbəsindən imtina məktubu təqdim edilərək, ölüm faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən, 1906-cı il təvəllüdlü X4 xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə bildirmişdir ki, ərizəçi onun oğludur. Mərhum Qızana xanım onun qaynanası olub. Mərhum onunla birlikdə yaşayıb, qoca yaşında ölüb, 3 qızı, 3 oğluolmuşdur. Mərhumun bir oğlu Məmmədəli onun həyat yoldaşı olub. Mərhumu Şağan qəbristanlığında dəfn ediblər. X3 məhkəməyə bildirmişdir ki, ərizəçi onun həm dayısının oğlu, həm də qızının həyat yoldaşıdır. Qızana xanım onun nənəsi olub. Mərhum 1906-cı ildə anadan olub, xx.xx.1982-ci ildə vəfat edib. Nənəsi beyninə qan sızıb ölüb, öləndə hamı yanında olub. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. X7 məhkəməyə bildirmişdir ki, ərizəçi onun anasının dayısı oğludur. Mərhum onun anasının nənəsidir. O, digər şahidlərin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə anadan olmuş, bu barədə Əzizbəyov rayonu VVAQ şöbəsində xx.xx.1966-cı il tarixli 602 saylı qeyd aparılmışdır. X1, anası X5r. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 116 saylı arayışda qeyd edilmişdir ki, Ərizəçi mərhum nənəsi X4 dəfnini özündə əks etdirən məzar daşı həqiqətən də Şağan kənd qəbristanlığında yerləşir. İş materiallarına əlavə edilmiş X6 aid qəbr daşı əlavə edilmişdir. Eyni zamanda, işin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən ərizəçinin anası, 1906-cı il təvəllüdlü X8 xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli №-li məktubundan görünür ki, ərizəçinin anası X4 ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1906-cı il təvəllüdlü X4 xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 1906-cı il təvəllüdlü X4 xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1490/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1490/2021
02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver