Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1493/2024 19.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənzillərin müsadirə siyahısından çıxarılması və onun mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənzillərin müsadirə siyahısından çıxarılması və onun mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ünvan 2-nin və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 32a, mənzil 56-nın cinayət prosesini aparan orqan olan Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə müsadirə siyahısından çıxarılmaqla onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-25/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(101)-427/2021 saylı hökmü ilə İddiaçı adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən və İddiaçı adına rəsmiləşdirilmiş ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakların xüsusi müsadirə olunması hökm edilmiş, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 17069 nömrəli qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduğu üçün işə məhkəmə qaydasında baxıla bilməz. Həmçinin mübahisə edilən məsələyə cinayət mühakimə icraatında baxıldığına görə, həmçinin cavabdeh qismində dövlət orqanları cəlb edildiyi üçün mübahisə edilən məsələyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənzillərin müsadirə siyahısından çıxarılması və onun mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən tərəfindən "xxxx" ASC vasitəsi ilə ("xxxx" ASC, VÖEN **********, əməliyyat İD: 395276017, qəbzin nömrəsi: 17069, terminal nömrəsi: K0100551, ödəniş növü: nağd, GPP qəbzin nömrəsi: **********) xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1493/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1493/2024
19.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver