Məhkəmə qərarları › İş №2(003)-1540/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1540/2022

21.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1540/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Oskar yataq dəsti - 813 manat, Komfort matras - 150 manat, Estella masa (ceviz) - 125 manat, stul taclı - 338 manat, Viyana divan 1 yerli (ceviz) - 763 manat, Hoffman LED 43A3500 - 650 manat, soyuducu Samsung - 900 manat, paltayuyan HOFFMAN WFL- 7020S - 540 manat, plitə HOFFMAN K639S-240 manat, soba Gorenje B0735E114XK-600 manat dəyərində əşyaların qaytarılması, onlar olmadığı təqdirdə isə həmin əşyaların əvəzi olaraq 5119 manat pulun, eləcə də ödənilmiş 72 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Nurəddinova GünelFamil qızı ilə 17 may 2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 11 mart 2013-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Sonradan o, özünə Əhmədova soyadı seçmiş, hazırda Əhmədovadır. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(003)-115/2014 saylı 18 iyul 2014-cü il tarixli qətnaməsi ilə X3 ilə aralarında bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahdan olan 11 mart 2013-cü il təvəllüdlü Milena Denisovna anası X1 himayəsinə verilmişdir. Ailəli olduqları müddətdə cavabdehin hazırda faktiki olaraq yaşadığı ünvan 1 ünvanında yaşamışlar. Nikah pozulduqdan sonra cavabdeh yenə həmin mənzildə övladı ilə birlikdə yaşamağa davam etmişdir. O, övladının daha yaxşı şəraitdə böyüməsi üçün 2019-cu il tarixdə iddiada qeyd olunan əşyaları almış və ünvan 2 ünvanına yerləşdirmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,o, cavabdehlə boşanmışdır, sonra cavabdeh ona kirayə qalmağa ev tapmağı xahiş etmiş, o da cavabdeh üçün ev tapdı və onlarla birlikdə həmin evdə qalmağa başladı. Həmin evdə qalarkən həmin əşyaları aldı. Onları hədiyyə kimi almayıb, sadəcə orda qaldığı üçün və şəraitin yaxşı olması üçün almışdır. Daha sonra o həmin evi tərk etdi, hazırda başqa yerdə yaşayır, həmin əşyaları özü öz puluna aldığı üçün geri qaytarılaraq özünün yaşadığı evə aparmaq istəyir. Cavabdeh hazırda ailə qurub başqa şəxslə yaşayır.Hesab edir ki, onun özü üçün aldığı əşyadan başqa şəxs istifadə etməməlidir. Ona görə də öz pulu ilə aldığı əşyaları tələb edir. İddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiada qeyd olunan əşyaları iddiaçı "xxxx" ASC-nin Sahil filialından xx.xx.2019-cu il tarixdə uşağın adına aliment hesabını onun xəbəri olmadan götürməklə almışdır. Bu səbəbdən də iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, həqiqətən həmin əşyalar var və onları iddiaçı özü öz pulu ilə almışdır. Həmin əşyalar alınarkən iddiaçı ilə cavabdeh arasında artıq nikah yox idi. Sadəcə iddiaçı orda qaldığı üçün yaxşı olması üçün özü həmin əşyaları aldı. O, hesab edir ki, həmin əşyalar onların birgə nikahdan anadan olmuş 11 mart 2013-cü il təvəllüdlü X2 18 yaşına çatanadək yığılan aliment hesabından iddiaçı tərəfindən çıxarılaraq alınmışdır. O bununla bağlı müvafiq qurumlara da şikayət etmişdir. Ona görə hesab edir ki, həmin pulları geri qaytarandan sonra iddiaçı qeyd edilən əşyaları apara bilər. Həqiqətən də o, hazırda ailə qurub, iddiaçı ilə barışmaq fikri yoxdu. Bununla da, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X3 ilə İddiaçı arasında xx.xx.2013 –cü il tarixdə bağlanmış nikahın pozulması, Birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 anasının yanında saxlanılması qət edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixində X8 tərəfindən 1 ədəd 813 manat dəyərində Oskar yataq dəsti, 1 ədəd 150 manat dəyərində Komfort matras, 1 ədəd 125 manat dəyərində Estella masa (ceviz), 1 ədəd 338 manat dəyərində stul taclı, 1 ədəd 763 manat dəyərində Viyana 1 yerli divan (ceviz) təhvil verilmişdir. İş materiallarında olan Kontakt Home tərəfindən verilmiş qaimədən görünür ki, 1 ədəd 650 manat dəyərində Hoffman LED 43A3500, 1 ədəd 900 manat dəyərində soyuducu Samsung, 1 ədəd 540 manat dəyərində paltayuyan HOFFMAN WFL-7020S, 1 ədəd 240 manat dəyərində plitə HOFFMAN K639S, 1ədəd 600 manat dəyərində soba Gorenje B0735E114Xk İddiaçı təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə işin tərəflər arasında mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddia ərizəsində göstərilən 1 ədəd Oskar yataq dəsti, 1 ədəd Komfort matras, 1 ədəd Estella masa (ceviz), 1 ədəd stul taclı, 1 ədəd Viyana 1 yerli divan (ceviz) 1 ədəd Hoffman LED 43A3500, 1 ədəd soyuducu Samsung, 1 ədəd paltayuyan HOFFMAN WFL-7020S, 1 ədəd plitə HOFFMAN K639S, 1 ədəd soba Gorenje B0735E114Xk iddiaçı tərəfindən alınmaqla hazırda mövcud olaraq cavabdehin yaşadığı mənzildə yerləşir. Hazırki iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin bu halına münasibətdə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçı cavabdeh tərəfin ona məxsus olmasını qəbul etdiyi əmlakların qanunsuz sahiblikdə olmasını sübut etmə yükün daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. MM-in 157.2-ci maddəsindən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan 1 ədəd Oskar yataq dəsti, 1 ədəd Komfort matras, 1 ədəd Estella masa (ceviz), 1 ədəd stul taclı, 1 ədəd Viyana 1 yerli divan (ceviz) 1 ədəd Hoffman LED 43A3500, 1 ədəd soyuducu Samsung, 1 ədəd paltayuyan HOFFMAN WFL-7020S, 1 ədəd plitə HOFFMAN K639S, 1 ədəd soba Gorenje B0735E114Xk iddiaçı tərəfindən alındığından, bu hal cavabdeh tərəfindən təkzib edilmədiyindən, Denis Evqeneviç onları tələb etməkdə haqlıdır və həmin əmlaklar cavabdehdən alınaraq ona qaytarılmalı, onlar olmadığı təqdirdə isə onların dəyəri iddiaçıya ödənilməlidir. Cavabdehin həmin əşyaların uşaqlarının bank hesabında olan məbləği götürməklə əldə etməsi etirazına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, buna dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən əsaslı hesab edilməməklə nəzərə alınmamalıdır. Məhkəmə iddia tələbinin 72 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair münasibətdə hesab edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 1 ədəd 813 manat dəyərində Oskar yataq dəsti, 1 ədəd 150 manat dəyərində Komfort matras, 1 ədəd 125 manat dəyərində Estella masa (ceviz), 1 ədəd 338 manat dəyərində stul taclı, 1 ədəd 763 manat dəyərində Viyana 1 yerli divan (ceviz), 1 ədəd 650 manat dəyərində Hoffman LED 43A3500, 1 ədəd 900 manat dəyərində soyuducu Samsung, 1 ədəd 540 manat dəyərində paltayuyan HOFFMAN WFL- 7020S, 1 ədəd 240 manat dəyərində plitə HOFFMAN K639S, 1 ədəd 600 manat dəyərində soba Gorenje B0735E114Xk Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan cəmi 5119 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 1 ədəd 813 manat dəyərində Oskar yataq dəsti, 1 ədəd 150 manat dəyərində Komfort matras, 1 ədəd 125 manat dəyərində Estella masa (ceviz), 1 ədəd 338 manat dəyərində stul taclı, 1 ədəd 763 manat dəyərində Viyana 1 yerli divan (ceviz), 1 ədəd 650 manat dəyərində Hoffman LED 43A3500, 1 ədəd 900 manat dəyərində soyuducu Samsung, 1 ədəd 540 manat dəyərində paltayuyan HOFFMAN WFL-7020S, 1 ədəd 240 manat dəyərində plitə HOFFMAN K639S, 1 ədəd 600 manat dəyərində soba Gorenje B0735E114Xk Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Həmin əmlaklar olmadığı təqdirdə Cavabdeh 5119 manat alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 72 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar