Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1542/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi – ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi – 1845-ci il tarixdə babası X2 Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun babası X4 1920-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində vəfat edib. Həmid Əbdülrəzaq oğlu 1845-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun oğlu, yəni atası X6 1903-cü ilin 4 oktyabrında Bakı şəhərində anadan olmuşdur. Bu barədə Milli Arxiv İdarəsinin məktubu ərizəyə əlavə edilmişdir. Həmçinin babasının vəfatına dair sübut olaraq onun baş daşının şəklini də öz ərizəsinə əlavə etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, o, məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin babası Həmid Əbdülrəzaq oğlunun ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməasi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli arxiv arayışının surətindən görünür ki, "Sizin “Asan Xidmət 5” Mərkəzindən daxil olmuş xx.xx.2019-cu il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Zirə kənd məscidinin sənədlərində Feyzulla Həmid oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Dogum tarixi: 1903, 4 oktyabr Atası: Həmid Əbdülrəzaq (sənəddə olduğu kimi) oğlu, Anası: Asya Nəcəfəli qızı. Əsas: f.1044, siy.1, sax. vah.779, vər.142" İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Tarix arxivinin Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, "Sizin “Asan Xidmət 5” Mərkəzindən daxil olmuş xx.xx.2019-cu il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Həmid Əbdülrəzaq oğlunun ölüm tarixinə dair heç bir məlumat aşkar olunmayıb." İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət arxivinin Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, " ünvan mət” Mərkəzindən daxil olan xx xxxxxxx 2019-cu il tarixli ərizəyə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1920-ci ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Zirə kəndi üzrə ölüm haqqında qeydiyyat kitablarında Həmid Əbdülrəzaq oğlunun vəfatı haqqında heç bir məlumat yoxdur." İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Tarix arxivinin Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, "Sizin xx.xx.2018-ci il tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası" fondunun sənədlərində Zirə kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış torpaq sahələri olan ev sahiblərinin xx xxxxx 1916-cı ilə dair siyahısından məlum olur ki, X3 və onun qardaşları: X14, X1, X9 Zirə kəndində sahəsi 3/2 desyatin üzümlük, 2 3/2 desyatin bostan, 6 3/2 desyatin şumluq, 5 desyatinə bərabər olan qumsal, daşlıq sahələri olmuşdur. İstifadələrində olan torpaq sahələri onlara miras qalmışdır. Əsas: f. 46, siy.6, sax. vah. 713, vər. 12arx. 1 desyatin z 1,092 ha. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş nikahın bağlanması haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X6 ilə X8 xx.xx.1960-cı ildə 219 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir. Həmin arayışda yazılmış qeydə əsasən Xəzər rayon Zirə İ/N-də qeydə alınmış xx.xx.1983-cü il tarixli 16 saylı akta əsasən X6 xx.xx.1983-cü ildə, Maraqlı şəxsndə qeydə alınmış 289 saylı xx.xx.2014-cü il tarixli akta əsasən X10 xx.xx.2014-cü ildə ölmüşdür. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ərizəçinin babası X4 1920-ci il tarixdə Bakı şəhəri vəfat edib. Lakin ərizəçinin babasının ölümünə dair hər hansı bir sübut yoxdur. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. Həmin məcəllənin 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. Həmin məcəllənin 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.8). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). İş materiallarında isə ərizəçinin babasının ölümünü təsdiq edə biləcək hər hansı tibbi sənəd, yaxud başqa sübutlar yoxdur. Təxminən 100 il - ərizəçinin dediyinə görə bundan əvvəl ölmüş və bu barədə heç bir qeydiyyat aparılmamış şəxsin ölüm faktını təsdiq edə biləcək ən mötəbər sübut bir-birini tamamlayan, iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə təhlil edilə biləcək şahid ifadələri ola bilərdi. Hazırkı işdə isə bu faktın təsdiq ediməsi üçün heç bir sübut yoxdur. Halbuki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu Qərarın 9.3-cü bəndinə qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi babası X2 ölüm faktını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən ərizə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi – 1845-ci il tarixdə doğulmuş babası X2 Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1542/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1542/2021
05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver