Məhkəmə qərarları › İş №2(003)-1585/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1585/2024

25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1585/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 6 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 10 noyabr 19*1-ci il tarixində Ermənistan Respublikası, Qafan rayonu, Şabardin kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X7 xx.xx.1900-cu il tarixdə anadan olmuşdur. X1 Ermənistan Respublikasında ölməsi aktı qeydə alınsa da, həmin sənəd tərəfindən qaçqın kimi deportasiya olunarkən itirilmişdir. Lakin məlum səbəblərdən halhazırda həmin sənədi əldə edə bilmirik. Hal-hazırda bu sənədin əldə edilməsi zərurətə çevrilməklə, hüquqi əhəmiyyət kəsb edir. O, ölümün qeydə alınması barədə Azərbaycan Respublikasının 6 saylı Bakı ASAN xidmət Mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin təşkilatdan ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğundan ölümün qeydiyyata alınmasının mümkün olmadığını və ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğunu bildirən imtina məktubunu vermişlər. X1 ölüm faktını təsdiqləyən şahidləri var. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Asan Xidmətə ailə vəziyyəti barədə arayış üçün müraciət etdikdə atasının vəfat etməsini müəyyən edilə bilmədiyindən, buna dair sənədlər isə 19*9-cu ildə o ailəsi ilə məcburi Ermənistan Respublikasından köç edərkən orda qalması səbəbindən ölməsi müəyyən etmək mümkün olmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, Ermənistan Respublikası, Qafan rayonu, Şabardin kəndində doğulmuş, mərhumu tanıyırdı, kənçisi olub. O, yaşlı adam olub, çoban olmuşdur. Həmin şəxs kənddə rəhmətə getmişdir. Həmin vaxt o, uşaq olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Ermənistan Respublikası, Qafan rayonu, Şabardin kəndində doğulmuş, ərizəçini uşaqlıqdan tanıyır. Bir kənddə olmuşlar, bir məktəbdə oxumuşlar. Atasını tanımışdır. Atası vəfat edən zaman yaşlı olmuşdur. O, 19*1-ci ildə vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Ermənistan Respublikası, Qafan rayonu, Şabardin kəndində doğulmuş,10-cu sinifi bitirənədək, təxminən 19*5-ci ilədək Qafan rayonunda olmuşdur. Ərizəçini oradan tanımışdır. O, ərizəçinin atasınıda tanımışdır. Atası vəfat edən zaman o, uşaq olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 970296 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə doğulmuşdur. X2, anası X3r. İş materiallarında olan 6 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsinin arayışından görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası Qafan rayonunda doğulmuşdur. İş materiallarında olan 6 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/*-15-213/2024 saylı məktubunda qeyd edilmişdir ki, Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən atanız X6 ölüm haqqında şəhadətnaməsinin bərpa edilməsi barədə xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə əsasən, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər tərəfinizdən təqdim olunmadığına görə akt qeydinin bərpa edilməsi üçün kifayət qədər əsas olmadığından ərizənizin icrası tərəfimizdən mümkün deyildir. Göstərilənlərlə əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X6 10.11.19*1-ci il tarixdə Qafan rayonu Şabardin kəndində ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın *.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 30*-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum X2nun 10.11.19*1-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1900-cı il tarixdə doğulmuş X6 10.11.19*1-ci il tarixdə Qafan rayonu Şabardin kəndinda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar