Məhkəmə qərarları › İş №2(003)-1623/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1623/2022

25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1623/2022 25.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X* *7.06.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum bacısı X4 *2.04.*974-ci il tarixdə Bakı şəhərində doğulmuş, o, ankoloji xəstəlikdən əzab çəkdiyindən 46 yaşında *7.06.2020-ci il tarixdə evdə olaraq qəflətən vəfat etmişdir. Bacısı vəfat etdiyi zaman evdə baş qarışıq olduğundan və qanunları ailə üzvüləri lazımı qədər bilmədiyindən evə həkim gələnə kimi onu mərhum bacısı artıq vəfat etmişdir. Bacısı vəfat etdikdən sonra onu qohum və qonşuların iştirakı ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Hazırda mərhum bacısının ölüm haqqında şəhadətnaməsi sənədləşdirilmə ilə bağlı ona lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, X4 onun bacısıdır. Bacısı ilə eyni evdə yaşamışlar. Nənəsi *7.06.2020-ci il tarixdə ölümüşdür. Mərhumə ölməmişdən əvvəl xərçəng xəstəliyindən əziyyət çəkirdi. vəfat edərkən o, da evdə olmuşdu. Xanlm Xəzər rayonu Binə qəsəbəsində yerləşən qəbristanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, X4 onun bacısıdır. Bacısı *7.06.2020-ci il tarixdə ölümüşdür. Mərhumə ölməmişdən əvvəl xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bacısı vəfat edərkən o, da evdə olmuşdu. Bacısı Xəzər rayonu Binə qəsəbəsində yerləşən qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE nömrəli 08737306 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 *2.04.*974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur; AZE nömrəli ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.*980-ci il tarixdə Bakı şəhərində doğulmuşdur; Vİ-JQ 4988*5 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.*980-ci il tarixdə Bakı şəhərində doğulmuş, valideynləri qrafasında atası - X7, anası - X6 göstəilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2*.03.*980-ci il tarixdə *03 nömrəli qeydiyyat aparılmışdır; İİ-JQ 44**96 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 *2.04.*974-cü il tarixdə Bakı şəhərində doğulmuş, valideynləri qrafasında atası - X7, anası - X6 göstəilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında *7.04.*974-cü il tarixdə **3 nömrəli qeydiyyat aparılmışdır; Bakı şəhərii Xəzər rayonu Binə Bələdiyyəsinin 868 nömrəli, 05.04.2022-ci il tarixli arayışdan görünür ki, X4 *7.06.2020-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən məzarlıqda dəfn edilmişdir; Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 3*.03.2022-ci il tarixli, 05/*5-369 nömrəli məktubunda qeyd edilmişdir ki, *7.06.2020-ci il tarixdə ölmüş X* ölümünün qeydiyyatı ilə əlaqədar qeydiyyat şöbəsinə həkim arayışı təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi məsələsi ilə ilə əlaqədar məhkəməyə müraciə etməsi məqsədi müvafiq hesab edilmişdir. Bakı şəhəri Xəzər rayonu Binə bələdiyyəsinin 868 nömrəli 05.04.2022-ci il tarixli arayışında *7.06.2020-ci il tarixdə vəfat etmiş X* Bakı şəhəri Binə qəsəbəsində yerləşən qəbristanlıqda dəfn edildiyi qey dedilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X* *7.06.2020-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X* ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçinun mərhum bacısı X* *7.06.2020-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *2.04.*974-cü il tarixdə Bakı şəhərində doğulmuş X* *7 iyun 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar