Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1652/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *3 iyul *968-ci il təvəllüdlü X3 08.03.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, X2 *3.07.*968-ci ildə Bakı şəhərində doğulmuşdur. Qardaşı ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, L.Starçuk küçəsi, ev *0, mənzil *8 ünvanında yerləşən mənzildə yaşayırdı. X9 xəstəliyi ilə əlaqədar olaraq 20.05.2009-cu il tarixdə 3* nömrəli Birləşmiş Şəhər xəstəxanasına müraciət etmişdir. Həmin vaxt ona “Hipertenzion sindrom. Dissirkulyator ensefalopatiya. Qıcolma sindromu” diaqnozu qoyulmuşdur. Həmin tarixdən evdə ambulator müalicə almışdır. Mərhum X2 08 mart 2022-ci ildə evdə olarkən birdən halı pisləşdi, onda qıcolma tutmaları başlamışdı. Onlar da dərhal “*03” TTY xidmətinə zəng vurmuşlar, hadisə yerinə gələn tibb işçiləri bildirdilər ki, artıq X2 vəfat etmişdir. BŞT və TTYS *0 saylı bölməsinin 08.03.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən məlum olur ki, 08.03.2022-ci il tarixdə saat *2:*5 radələrində 54 yaşlı X9 Bakı şəhəri, Xəzər rayonu, L.Starçuk küçəsi, ev *0, mənzil *8 ünvanında yerləşən evində vəfat etmişdir. Mərhumun vəfatından sonra başları yas mərasiminə qarışdı. Mərhumu Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Şüvəlan qəbirstanlığında dəfn etmişlər. X2 vəfat etdiyi gün *02 Xidmətinə zəng edərək məlumat verilmiş, lakin onun ölüm faktının və ölüm səbəbinin təstiq edilməsi ilə bağlı polis tərəfindən lazımi qeydiyyat aparılmamışdır. Sonradan ölüm haqqında şəhadətnamənin alınması üçün 3* nömrəli Birləşmiş Şəhər xəstəxanasına müraciət etsələr də, bildirmişlər ki, təcili yardım briqadası gəlmiş, həkimə qədər ölüm təsdiqlənmişdir. Ölüm heç bir həkim tərəfindən yardım olunmadığı üçün bilavasitə ölümün səbəbi məlum deyil. Bu səbəbdən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs 05.04.2022-ci il tarixli, 05/*5-379 saylı məktubu ilə mərhum X4 qeydiyyatı ilə əlaqədar olaraq müraciətinə cavab olaraq, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetini 3*.*0.2003-cü il tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərfındən müəyyən edilir. Qeydiyyat X* həkim arayışı təqdim edilmədyi üçün ərizə təmin edilə bilməz.” Hal-hazırda mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Onun ölüm faktının müəyyən edilməsi ona və ailəsinə vərəsə məsəllərinin həlli üçün lazımdır. Qeyd olunanlara əsasən, *3 iyul *968-ci il təvəllüdlü X4 08.03.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə bildirmişdir ki, ərizəçi onun baldızıdır. İbrahim onun həyat yoldaşı olub. Onlar 20*4-cü ildə ailə qurublar. Həyat yoldaşı xəstə idi, daimi dərman içirdi, tez-tez halı pisləşirdi.O, evə gələndə həyat yoldaşının halının pis olduğunu görüb təcili tibbi yardım çağırmaq istəmiş, lakin yoldaşı icazə verməmişdir. İşdə olanda zəng gəlib yoldaşının rəhmətə getdiyini demişlər. Sonra həkim gəlmiş, amma artıq əri rəhmətə getmişdir. Poliklinikaya müraciət edilsə də, bununla bağlı sənəd verməmişlər. Digər şahid X** məhkəməyə bildirmişdir ki, mərhumun qonşusudur. İbrahimin vəziyyəti pisləşəndə uşaqları onu çağırmışlar. Başqa bir qonşu təcili tibbi yardım çağırıb.Evdə mərhumun qardaşı da var idi. İbrahimi Şüvəlanda dəfn etmişlər. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.*-ci və *.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin *5.03.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi qardaşı – mərhum X9 08.03.2022-ci ildə vəfat edib və Şüvəlan qəbristanlığında dəfn olunub. İş materiallarına əlavə Bakı şəhəri Təcili və X7 Stansiyasının *0 saylı bölməsi tərəfindən verilmiş 08.03.2022-ci il tarixli arayışın surətindən görünür ki, saat *2:*5-də X9 adına çağırış olmuş, evə gələn təcili tibbi yardım briqadası tərəfindən kişi cinsində meyid aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05.04.2022-ci il tarixli arayışdan görünür ki, ölüm haqqında həkim arayışı olmadığı üçün X5 ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *3 iyul *968-ci il təvəllüdlü X4 08.03.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*8.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 2*7.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 305-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. *3 iyul *968-ci il təvəllüdlü X4 08.03.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1652/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1652/2022
17.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver