Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1712/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X* iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24.03.*975-ci il təvəllüdlü bacısı Bakıxanova Könül Vaqif qızının 24.**.*977-ci il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, 24.03.*975-ci il təvəllüdlü bacısı Bakıxanova Könül Vaqif qızı 24.**.*977-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Uşaq vaxtı rəhmətə getmişdir.Mərdəkan qəbirstanlığında dəfn olunmuşdur. O zaman sənədlərlə bağlı hər hansı problem olmadığından ölüm haqqında sənədini almaq üçün müraciət etməyiblər. Atası vəfat etdikdən sonra vərəsəliklə bağlı notariusa müraciət etdikdə bacısının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Ölüm haqqında şəhadətnaməni almaq üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X2 göstərdi ki, Bakıxanova Könül Vaqif qızının səhiyyə ilə bağlı arayış olmadığına görə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Şahid qismində dindirilmiş Bakıxanov Vasif Heybət oğlu məhkəmə iclasında göstərdi ki, Heybət onun qardaşı oğludur.Onların ailədə bir qardaşı da var. Onun, Könül adlı bacısı da olub. O, təxminən *977-ci ildə Bakı şəhərində vəfat etmişdir. Mərdəkan qəbirstanlığında dəfn olunmuşdur. Şahid qismində dindirilmiş Bakıxanov Arif Heybət oğlu məhkəmə iclasında göstərdi ki, Heybət onun qardaşı oğludur. Heybətin bir qardaşı da var. Onun, Könül adlı bacısı da olub. O, təxminən *979-cu ildə Bakı şəhərində vəfat etmişdir. Mərdəkan qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Xəzər rayonu Mərdəkan bələdiyyəsindən gələn xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakıxanova Könül Vaqif qızı *975-ci ildə doğulmuş, *977-ci ildə isə dünyasını dəyişmişdir və Mərdəkan qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan 3-*6-5/8-*5-306/2025 nömrəli 0*.03.2025-ci il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmamasına görə ölüm faktını qeydə almaq mümkün olmamışdır.Bu halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, “məhkəmə,doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır”. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, “məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin”. Məhkəmə müəyyən olundu ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Bakıxanova Könül Vaqif qızının ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakıxanova Könül Vaqif qızının 24.**.*977-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1712/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1712/2025
29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver