Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1718/2020 17.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi xx xxxxxx 1927-ci il təvəllüdlü Əliyeva X2 xx xxx 1982-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1927-ci il təvəllüdlü Əliyeva X7 onun doğma nənəsidir. Nənəsi xx xxx 1982-ci il tarixdə evdə vəfat etmişdir. Nənəsi vəfat etməmişdən 3 gün əvvəl beyninə qan sızmış və qan-damar sistemi xəstəliyindən əziyyət çəkmişdir. Nənəsi vəfat etdiyi günədək onun valideynləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşamış və valideynləri nənəsinin bütün xərclərini ödəmişdir. Onlar eyni evdə pasport qeydiyyatında olmuşlar. Nənəsinin vəfatından sonra qohumları və qonşuların iştirakı ilə Şüvəlan kənd qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt atasının başı yas mərasiminə qarışdığından və qanunları yaxşı bilmədiyinə görə vaxtında nənəsi üçün ölüm haqqında şəhadətnamə almamışdır. Atası X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Hazırda nənəsinin ölüm haqqında şəhadətnaməsi ona müəyyən sənədləşdirmə işlərinin aparılması üçün lazımdır. Bu səbəbdən də həmin şəhadətnaməni almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Oradan isə ona imtina məktubu təqdim edilərək, ölüm faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən, nənəsi xx xxxxxx 1927-ci il təvəllüdlü Əliyeva X2 xx xxx 1982-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə bildirmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçinin babası ilə onun anası qohum olmuşdur. Ərizəçinin nənəsi 1982-ci ildə rəhmətə gedib, yas mərasimi evlərində keçirilmişdir. O, yasda iştirak etmişdir. Şahid Əliyev X13 məhkəməyə bildirmişdir ki, ərizəçinin əmisi onun dostu olmuş, ərizəçinin ailəsini yaxşı tanımışdır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə anadan olmuş, atası X3, anası X1r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1957-ci il tarixdə anadan olmuş, atası X8, anası Əliyeva X5r. Qeyd olunan doğum haqqında şəhadətnamələrdən görünür ki, Əliyeva X7 Ərizəçi nənəsidir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş SSRİ vətəndaşının pasportunun surətindən görünür ki, Əliyeva X7 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, Əliyeva X7 barəsində xx.xx.1962-ci ilə aid ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına xx.xx.1927-xx.xx.1982-ci illərdə yaşamış Əliyeva X6 aid qəbir daşının fotoşəkili əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi nənəsi Əliyeva X7 xx xxx 1982-ci ildə vəfat edib və Şüvəlan qəbristanlığında dəfn olunub. Eyni zamanda, işin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən ərizəçinin nənəsi, xx xxxxxx 1927-ci il təvəllüdlü Əliyeva X7 xx xxx 1982-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/15-499 №-li məktubundan görünür ki, ərizəçinin nənəsi Əliyeva X2 ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1927-ci il təvəllüdlü Əliyeva X2 xx xxx 1982-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. xx xxxxxx 1927-ci il təvəllüdlü Əliyeva X2 xx xxx 1982-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1718/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1718/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver