Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1730/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən çəkisi 16.5 qram olan 750 əyarlı kolye-1200 manat, çəkisi 8.48 qram olan 750 əyarlı sırqa-600 manat, çəkisi 5.45 qram olan 585 əyarlı üzük-350 manat, çəkisi 10.77 qram olan 750 əyarlı qolbağı-800 manat olan qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 2950 manatın, məhkəməyə müraciət üçün ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi alınaraq ona geri qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2017-ci il tarixdə və xx.xx.2017-ci il tarixlərdə ünvan 1 ünvanda yerləşən lombarda müraciət edərək, çəkisi 16.5 qram olan750 əyarlı kolyeni girov qoyaraq 400 manat, xx.xx.2017-ci il tarixdə çəkisi 8.48 qram olan 750 əyarlı sırqa, çəkisi 5.45 qram olan 585 əyarlı üzüyü girov qoyaraq 500 manat, xx.xx.2017-ci il tarixdə çəkisi 10.77 qram olan 750 əyarlı qolbağını girov qoyaraq 400 manat məbləğində pul götürmüşdür. xx.xx.2017-ci il tarixdə götürdüyü 400 manat pulu tam olaraq xx.xx.2017-ci il tarixdə faizləri ilə birlikdə 430 manat məbləğində ödəmişdir. xx.xx.2017-ci il tarixdə götürdüyü məbləğləri isə faizləri iləbirlikdə tam olaraq xx.xx.2017-ci il tarixdə ödəmişdir. Bunu təsdiq edən girov biletinin üzərində cavabdeh tərəfindən yazılmış və ödənilmişdir möhürü ilə təsdiq edilmiş əlyazmaları mövcuddur.Cavabdehdən aldığı məbləğləri tam olaraq ödədikdən sonra qızıl-zinət əşyalarınıgeri tələb etdikdə, cavabdeh qızıl-zinət əşyalarının bankda girovda olduğunu qısa müddət ərzində qızıl-zinət əşyalarının geri qaytarılacağını bildirmişdir. 2019-cu ilin fevral-mart aylarınadək cavabdeh müxtəlif bəhanələrlə qızık-zinət əşyalarını qaytarmaqdan imtina etdiyindən bu barədə Nizami RPİ-nin 25-ci PB-nə müraciət etmişNizami RPİ-nin 25-ci PB-nin sahə rəisi xx.xx.2019-cu il tarixdə arayışla ona müraciət edərək, mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsini bildirmişdir. Hazırda qızıl-zinət əşyalarınıgeri qaytarılması barədə müraciət edən zaman, onun telefon zənglərinə cavab vermir. Cavabdehin hərəkətlərindən ona məxsus qızıl-zinət əşyalarını qaytarmaqdan yayındığı açıq-aydın görünür. Onun isə həmin əşyalara ehtiyacı olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasın xahiş etdi və iddia ərizənin məzmununa uyğun izahat verdi. Sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi qızılların müqabilində götürdüyü pulları tam olaraq ona qaytarmışdır. Lakin, qızılların qramı düzgün göstərilsə də, dəyəri dəqiq bilmir. Həmin qızılları girov qoyub pul götürmüş, lakin krediti vaxtında ödəmədiyinə görə kredit təşkilatı həmin qızılları satmışdır. Odur ki, artıq həmin qızılları qaytarmaq iqtidarında deyil. Lakin dəyərinə uyğun pulu nə qədər edirsə qaytarmağa razıdır. Lakin hazırdas maddi durumu onu birdəfəlik ödəməyə imkan vermir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** VÖEN-i olan Cavabdeh tərəfindənverilmiş girov biletlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə 750 əyarlı 16.5 qram kolye,sep, xx.xx.2017-ci il tarixdə 750 əyarlı 10.77 qram qolbağı, 750 əyarlı 8.48 qram sırqa və 585 əyarlı 5.45 qram üzük girov qoyulmuşdur. İş materiallarında olan “X1” MMC tərəfindən qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli ƏEM/A 26-383/20 saylı ekspert rəyindən görünür ki, iddia tələbində qeyd edilən 750 əyarlı, çəkisi 16.5 qram olan kolye sepin qiyməti 1350 manat, 750 əyarlı, çəkisi 8.48 qram olan sırqanın qiyməti 700 manat, 585 əyarlı 5.45 qram olan üzüyün qiyməti 400 manat, 750 əyarlı çəkisi 10.77 manat olan qolbağının qiyməti 850 manat olmaqla, yekun məbləğ 3300 (üç min üç yüz) manat təşkil etmişdir. İşin həqiqi halları, iddiaçının və cavabdehin izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının göstərdiyi qızıl-zinət əşyaları lombarda qoyulmaqla müqabilində götürülən pullar geri qaytarılmış, lakin cavabdeh iddiaçının qızıllarını qaytarmamış, cavabdeh həmin qızılları girov qoymaqla pul götürmüş, krediti vaxtında ödəmədiyinə görə kredit təşkilatı tərəfindən satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəlləsinin 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Həmin Məcəlləsinin 302.6-ci maddəsinə əsasən lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki,lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı olmadığından və iddiaçı mübahisə predmeti olan qızıl-zinət əşyalarının mülkiyyətçisi olmaqla həmin qızıllara görə götürmüş olduğu kredit məbləğini müəyyənləşdirilmiş müddətdə tam olaraq geri qaytardığından girov qoyulmuş əşyaları tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əssaəsn mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 285.3-cü maddəsinə əsasən girov saxlayan girov predmetinin ona verildiyi zaman hansı məbləğdə qiymətləndirildiyindən asılı olmayaraq girov predmetinin itirilməsinə görə onun həqiqi dəyəri məbləğində, zədələnməsinə görə isə dəyərinin azaldığı məbləğdə məsuliyyət daşıyır. Məhkəmə hazırda qeyd olunan qızılların cavabdehdə olmamaqla kredit təşkilatı tərəfindən satılmasını nəzərə alaraq hesab edir ki, həmin qızılların dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehin iddia ərizəsində göstərilən qızılların dəyərinə münasibətdə məhkəmə qeyd edir ki, “X1” MMC tərəfindən qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli ƏEM/A 26-383/20 saylı ekspert rəyində qeyd olunan qızılların dəyəri 3300 manat təşkil etməsi göstərilmişdir. Hazırda iddiaçı həmin qızıllara görə 2950 manat tələb etdiyindən və bu məbləğ ekspert rəyində göstərilən məbləğdən az olduğundan məhkəmə hesab edir ki, cavabdehdən 2950 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə müraciət etmək üçün ödəmiş olduğu 30 manat dövlət rüsumunun və 1 manat xidmət haqqının əvəzi cavabdehdən tutulalaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh qızıl-zinət əyşaların dəyəri kimi 2950 manat, ödənilmiş dövlət rüsumu 30 manat və xidmət haqqı 1 manat, cəmi 2981 (iki min doqquz yüz səksən bir) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1730/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1730/2020
13.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver