Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1730/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi *2.08.*980-ci il təvəllüdlü qardaşı X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi A.L.Pereskekov ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, *2.08.*990-cı il təvəllüdlü X* doğma qardaşıdır. Mərhum qardaşı vəfat etdiyi xx.xx.2023-cü il tarixə qədər Bakı şəhəri Xəzər rayonu Şimali DRES qəsəbəsi L.Starçuk küçəsi ev *9 mənzil 6 ünvanında subay olmaqla anası ilə birlikdə yaşamışdır və elə həmin ünvanda da vəfat etmişdir. Mərhum qardaşı analarının vəfatından sonra bərk sarsıntı keçirmiş və “essensial hipertenziya” xəstəliyinə düçar olmuşdur. Qardaşı çəkdiyi xəstəliklə əlaqədar ev şəraitində həkim tərəfindən müalicə alırdı. xx.xx.2023-cü il tarixdə bibisi ona zəng edərək qardaşının halının pis olduğunu demişdir. Dərhal qardaşının yaşadığı evə getmişdir. Bibisi tərəfindən həkim çağırılmış, Təcili və X5 Stansiyasından hadisə yerinə gələn tibb işçiləri bildiriblər ki, onun qardaşı artıq vəfat etmişdir. Həmin tibb işçiləri tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhumu Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Hal-hazırda mərhmun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. O, bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, bu barədə məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişlər. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qardaşının ölüm faktının müəyyən edilməsi ərizəçiyə və ailəsinə vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də, qardaşı *2.08.*980-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, ərizəçinin dostudur. “X8” hotelində texnik vəzifəsində işləyir. Mərhum vəfat edən gün axşam ərizəçi ona zəmg etmiş və qardaşının vəziyyətinin pis olduğunu bildirmişdir. O, evə getdiyi zaman onun qardaşının vəfat etdiyini görmüşdür. O, orada olan zaman həkim və təcili tibbi yardım isçilərini görməmişdir, belə ki, onlar həmin zaman artıq oradan çıxıb getmişlər. Daha sonra mərhumu dəfn etmək üçün qəbirstanlığa aparmışlar. Mərhum subay idi, mühafizəçi vəzifəsində işləyirdi. Fiziki cəhətdən sağlam adam olub, sadəcə olaraq anası vəfat edəndən sonra fikir çəkdiyinə görə xəstəlik tapmışdır. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, mərhumun bacısının əridir. "xxxx" QSC-də işləyir. Mərhum onun yaşca böyük qaynı idi. Vəfat edən zaman işdə olmuşdur. Arvadı ona zəng edərək qardaşının vəfat etdiyini bildirdikdən sonra o, işdən çıxaraq ora getmişdir. İlk dəfə gedəndə vəziyyəti normal idi, bu səbəbdən oranı tərk edib evlərinə getmişlər. Lakin, sonradan mərhumun bibisi zəng edərək onları yenidən çağırmışdır. Bu səfər gedən zaman isə mərhumun artıq vəfat etdiyi onlara məlum olmuşdur. Hər hansı bir nəfəs darlığı, ürək döyüntüsü yox idi. Dəfndə iştirak etmişlər. Mərhum anasının yanında dəfn edilmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*985-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. AZE seriyalı *5436459 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 *2.08.*980-ci il tarixdə Rusiya Federasiyasının Bryansk vilayətində anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşı olmuşdur. Bakı şəhəri, Ş/DRES qəsəbəsi L.Starçuk küçəsi ev *9 mənzil 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Təcili və X5 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:55-də X2 həkimə qədərki ölümü qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-*6-5/8-8-*5-493/23 saylı məktubundan görünür ki, X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 45 nömrəli şəhər poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış *0.05.2023-cü il tarixli *43 saylı məktubdan görünür ki, mərhum *2.08.*980-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixində evdə ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır. Ölümündən qabaq Təcili Yardım tərəfindən yardım edilmiş və ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin (№AZS-*06) verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla *2.08.*980-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *2.08.*980-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1730/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1730/2023
14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver