Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1738/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03.**.*956-ci il təvəllüdlü X7 *7.02.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 03.**.*956-cı il təvəllüdlü atası X*3 *7.02.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Uzun müddət idi xəstəlikdən əziyyət çəkmişdir. O, ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də ona imtina verilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İzahatında bildirdi ki, səhhətində olan probləmlərə görə xəstəxanaya aparılmış və orada müayinədən keçirilən zaman ölmüşdür. Lakin atası, xəstəxanada qeydiyyatdan keçmədiyindən atasını evə qaytarmışlar. Evdə olan zaman təciliyi yardım çağırılmışdır. Təcili yardım gələndən sonra sənəd verilmiş, həmin sənəd xəstəxanaya təqdim edilmiş, lakin atası qeydiyyatda olmadığından ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxsin nümayəndəsi X5 ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmədə şahid qismində iştirak edən X9 ifadəsində göstərmişdir ki, o, ərizəçinin əridir. Arvadının atası, X*3 xəstə olmuş və vəziyyəti pisləşmişdir. Xəstəxanaya aparıbgətirmişlər. *7.02.2025-ci il tarixdə xəstəxanaya aparanda ölmüşdür. Şüvəlan qəsəbə qəbiristanlığında dəfn edilib. Məhkəmədə şahid qismində X*4 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşıdır. X4 xəstə olmuş və tez-tez xəstəxanaya aparıb gətirmişlər. *7.02.2025-ci il tarixdə xəstəxanaya aparanda ölmüşdür. Onun yanında ölmüşdür. Şüvəlan qəsəbə qəbiristanlığında dəfn olunub. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 xx.xx.*995-ci il tarixdə doğulmuş, atası X*5, anası isə X**r. -AZE 094678*3 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*3, 03.**.*956cı ildə Lənkəran rayonunun Girdəni kəndində doğulmuşdur. -Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin atası X7 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. -Bakı Baş Səhiyyə Mərkəzi Publik hüquqi şəxsin 4 nömrəli Birləşmiş şəhər xəstəxanasının *9.02.2025-ci il tarixli, 4* nömrəli məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yaşamış 03.**.*956-cı il təvəllüdlü X7 *7.02.2025-ci il tarixində X*8 Tibbi Yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxsin 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında xəstəliyi haqqında məlumat olmadığına və qeydiyyatda olmadığı üçün TQSN *06 verilməsintən imtina edilmişdir. -X24 tərəfindən verilmiş ambulator kitabdan çıxarışdan görünür ki, 03.**.*956-cı il təvəllüdlü X7 diaqnozu: ürək çatışmazlığı, 2 tərəfli eksudativ plevut XDÇ, 2 tərəfli pnevmoniyadadır və s. -Təcili və X8 Stansiyasının (BŞT və TTTYS) *0 saylı bölməsinin həkimi tərəfindən verilmiş *7.02.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X7 ölümü qeydə alınmışdır. -“X2 İnstitutu” PHŞ-nin xəstəlik tarixindən *438753 saylı ölüm epikrizindən görünür ki, *956-cı il təvəllüdlü X* diaqnozu: ölmüş – kəskin ağciyət ürək çatışmazlığı, UİX-i, iki tərəfli pnevmoniya, qaraciyət törəməsi. -Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin *9.03.2025-ci il tarixli, 5* nömrəli məktubundan görünür ki, bu məktubda ərizəçinin atası X7 *7.02.2025-ci il tarixdə vəfat etməsi, *8.02.2025-ci il tarixdə Şüvəlan qəsəbə qəbrstanlığında dəfn edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi atasl - X7 *7.02.2025-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun həmin tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 03.**.*956-cı ildə Lənkəran rayonunun Girdəni kəndində doğulmuş X7 *7.02.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 03.**.*956-cı ildə Lənkəran rayonunun Girdəni kəndində doğulmuş X7 *7.02.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1738/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1738/2025
29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver