Məhkəmə qərarları › İş №2(003)-1740/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1740/2024

13.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1740/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması tələbinə dair 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya Təşkilatında aralarında “Barışıq sazişi” bağlanmışdır. Cavabdeh Maraqlı şəxs ilə 13 iyul 2018-ci il tarixdə Bakı şəhəri 4 saylı Asan Xidmət Mərkəzində rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Mediasiya prosesi keçirilərkən 12 yanvar 2024cü il tarixli “Barışıq sazişi”nə əsasən aralarında 4 saylı Asan Xidmət Mərkəzində akt qeydləri kitabında 13 iyul 2018-ci il tarixli 1632 nömrə ilə qeydə alınmış nikahın pozulması və birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla ümumilikdə 200 manat sabit pul məbləğində alimentin ödənilməsi və uşaqların onun himayəsində saxlanılmasına razılaşmışlar. Ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni etiraf edərək təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriylı 284791 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X5 xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Nikahdan sonra arvada “Rəhimova” soyadı verilmişdir. İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 306789 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 859004 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan MSB/2/22024-00026 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər razılığa gəldilər ki, aralarında bağlanmış 4 saylı Bakı “ASAN” xidmət mərkəzində akt qeydləri kitabında 13 iyul 2018-ci il tarixli 1632 nömrə ilə qeydə alınmış nikahın pozulması üçün qanunvericiliyin tələbinə əsasən aldiyyatı üzrə məhkəməyə müraciət edəcəklər. Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulan 24 iyun 2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 anası Ərizəçi himayəsində və yanında saxlanılsın. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs 24 iyun 2019-cu il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 18 yaşa qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 1-dən 5-nə qədər hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat alimenti Ərizəçi Mayil qızının bank hesabına ödəyəcək. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında 4 saylı Bakı “ASAN” xidmət mərkəzində akt qeydləri kitabında 13 iyul 2018-ci il tarixli 1632 nömrə ilə qeydə alınmış nikahın pozulmasına, birgə nikahdan doğulan 24 iyun 2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 anası Ərizəçi himayəsində və yanında saxlanılmasına, Maraqlı şəxs 24 iyun 2019-cu il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 18 yaşa qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 1-dən 5-nə qədər hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat alimenti Ərizəçi Mayil qızının bank hesabına ödəyəcəyi barədə razılığa gəlmişlər. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MSB/2/22024-00026 saylı xx.xx.2024cü il tarixli barışıq sazişi təsdiq edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 13 iyul 2018-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1632 nömrə ilə qeydə alınmış nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan doğulan 24 iyun 2019-cu il təvəllüdlü X3 və xx.xx.2023cü il təvəllüdlü X4 anası Ərizəçi himayəsində və yanında saxlanılmalı, Maraqlı şəxs 24 iyun 2019-cu il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 18 yaşa qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 1-dən 5-nə qədər hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat alimenti Ərizəçi Mayil qızının bank hesabına ödəməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MSB/2/22024-00026 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 13 iyul 2018-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1632 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan doğulan 24 iyun 2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 anası Ərizəçi himayəsində və yanında saxlanılsın. Maraqlı şəxs 24 iyun 2019-cu il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 18 yaşa qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 1-dən 5-nə qədər hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat alimenti Ərizəçi Mayil qızının bank hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar