Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1741/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçinun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 28.09.*976-cı il təvəllüdlü əri X* 3*.0*.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X2 3*.0*.2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq evdə qəfil ürəyinin dayanması, yəni “infarkt” keçirməsi nəticəsində ölmüşdür. Bununla bağlı Xəzər rayon Prokurorluğunda C-62/22 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qeyd etmişdir ki, o, həyat yoldaşı X2 üçün ölüm haqqında şəhadətnamə almaq ilə əlaqədar Qeydiyyat orqanına müraciət etmişdir, lakin, onun üçün şəhadətnamə vermədilər ki, həyat yoldaşının ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirdi ki, o, ərizəçinin bacısıdır. O, Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayır. Ərizəçinin yaşadığı evlə onun yaşadığı ev arasında *5 dəqiqəlik məsafə vardır. Bu ilin yanvar ayının 3* günü olmuş, ərizəçi ona zəng vuraraq ərinin səhətinin pisləşdiyini bildirmişdir. Bundan sonra o, ərizəçinin yaşadığı evə gəlmiş və təcili yardım çağırmışlar. Lakin təcili yardım gəlməmişdir. Bir müddətdən sonra ərizəçinin əri X2 ölmüşdür. Onu Quba rayonunun Hacıqayıb kəndində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirdi ki, o, ərizəçinin bacısının yoldaşıdır. O da Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayır. Bu ilin yanvar ayının son günü olmuş, ərizəçi ona telefon vasitəsilə ərinin səhətinin pis olmasını bildirərək onlara gəlməsini xahiş etmişdir. O, ərizəçinin yaşadığı evə gedən sonra Yalçın vəziyyətinin pis olduğunu, can verdiyini görmüş və bir müddətdən sonra Yalçın ölmüşdür. Yalçını Quba rayonunda yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, o, ərizəçinin anasıdır və ərizəçi ilə birlikdə yaşayır. 3*.0*.2022-ci ildə kürəkəni Yalçın infartk keçirmiş və bu səbəbdən ölmüşdür. Yalçın spirtli içki aludəçisi olmuş və bu səbəbdən infarkt keçirmişdir. Yalçını Quba rayonunun Hacıqayıb kəndində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Ərizəçi 29.**.20*8-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan Ədliyyə Nazirliyinin *4.04.2022-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyat şöbəsinə həkim arayışını təqdim etmədiyi üçün ərizə təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 28.09.*976-cı il təvəllüdlü X4 3*.0*.2.022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qəflətən ürəyinin dayanması, yəni infarkt keçirməsi nəticəsində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X* ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi əri X* 3*.0*.2022-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 28.09.*976-cı il tarixdə Quba rayonu Hacıqayıb kəndində doğulmuş X* 3*.0*.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28.09.*976-cı il tarixdə Quba rayonu Hacıqayıb kəndində doğulmuş X* 3*.0*.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1741/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1741/2022
16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver