Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1742/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02.06.*97*-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 02.06.*97*-ci il doğum təvəllüdlü X* onun əridir. O, 02 iyun *97*-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Mərhum əri X5 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış ünvanında yaşamışdır. 20 fevral 2024-cü il tarixdə əri X2 uzun sürən onkoloji xəstəlikdən vəziyyəti qəfil pisləşmiş, faktiki yaşadığı ünvanda vəfat etmişdir. Bu barədə həmin vaxt Təcili Tibbi yardım Stansiyasında qeydiyyat vardır. X*5 Qəbirstanlığında dəfn edilmişdir. Hazırda mərhum ərinin ölüm haqqında şəhadətnaməsi olmadığından övladlarının təhsil aldığı müəssisəyə və digər aidiyyəti qurumlara ölüm haqqında şəhadətnamə təqdim edə bilmir. Bu səbəbdən də, məhrum ərinin ölümü haqqında şəhadətnamənin müvafiq qurumlara təqdim edilməsinə zərurət yaranmışdır. Mərhum əri X2 ölüm faktını təsdiq edən ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri, Maraqlı şəxsnə müraciət etmişdir. Ölüm faktı ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda ölüm faktının məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Bu sənədin başqa qaydada alınması mümkün deyildir. Ölüm haqqında şəhadətnamə isə vərəsəliklə bağlı hüquqi mübahisənin həlli üçün zəruridir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X*0 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. X5 bacısının həyat yoldaşı olmuşdur. Lakin o, * il 6 ay xəstə olmuş, öz evində vəfat etmişdir. Mərhumun hüzr və dəfn mərasimlərində iştirak etmişdirlər. Mərhumu Binə qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun bibisi qızıdır. X* onkologji xəstəliyi vardır. Qəflətən dünyasını dəyişdi. Mərhumun hüzr və dəfn mərasimlərində iştirak etmişdirlər. Mərhumu Binə qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında Elektron Məhkəmə İnformasiya Sistemindən və şəxsiyyət vəsiqələrinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.*985-ci il tarixdə Tovuz rayonu, İbrahimhacılı kəndində və X5 02.06.*97*-ci il tarixdə Tovuz rayonu, İbrahimhacılı kəndində anadan olmuşdur. İş materiallarında Elektron Məhkəmə İnformasiya Sistemində Ərizəçi aid qohumluq məlumatları bölməsində görünür ki, Ərizəçi həyat yoldaşı 02.06.*97*-ci il təvəllüdlü X4r. İş materiallarında olan Təcili və X7 Stansiyasının (BŞT və TTTYS) *8 saylı bölməsi həkimi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 həkiməqədər ölümü baş vermişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi tərəfindən verilmiş *9.03.2024-cü il tarixli, 445 saylı arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı X* xx.xx.2024ci il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *8.0*.2024-cü il tarixli, 255 saylı arayışdan görünür ki, X5 Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Atıçılıq yaşayış sahəsində qeydiyyatsız yaşayır. Həyat yoldaşı Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X*4 “Bakı Baş Səhiyyə Mərkəzi” X*4 4 nömrəli Şəhər Poliknikasının xx.xx.2024-cü il tarixli, **0 saylı məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi , Hövsan südçülük savxozu ünvanında yaşamış 02.06.*97*-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə X** Tibbi Yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxs müəssisədə qeydiyyatda olmadığı üçün TQSNq*06 ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin anası X2 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum əri X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 02.06.*97*-ci il tarixdə Tovuz rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1742/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1742/2024
30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver