Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1761/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının” müəyyən edilməsinə dair (maraqlı şəxslər - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 24.*0.200*-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 07.09.*982-ci il tarixdə Bakı şəhərində anadan olub. Mərhum anası X8 0*.06.*959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, dünyasını dəyişənə qədər onunla bir ünvanda yaşmış və 24.*0.200*-ci il tarixdə vəfat etmişdir. Mərhum anası X8 24.*0.200*-ci ildə 42 yaşında evdə olaraq vəfat etmişdir. Ərizəçi anasını qohum və qonşularla birlikdə Buzovna qəbirsanlığında dəfn etmişdir. Hal hazırda mərhum anasının ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə ilə bağlı ona lazımdır. O, bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin, orada onlar ərizəçiyə bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Yuxarıda qeyd olunanlara əsasən ərizəsini qəbul edib mahiyyəti üzrə baxılmasını və mərhum anası X2 24.*0.200*-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək bildirmişdir ki, anası, mərhumə X9 ölüm faktının müəyyən edilməsinə dair iddia ərizəsində anasının soyadını X6 qeyd edilmişdir. X* atası X27 ilə rəsmi nikaha daxil olduqdan sonra soyadı X4 qeyd edilmişdir. Bu səbəbdən anası X9 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X** ifadəsində Aynurun dayısı olduğunu, mərhumənin isə bacısı olduğunu bildirdi. Bacısı xərçəng xəstəliyindən 24.*0.200*-ci il də vəfat etmişdir. Buzovna qəsəbəsində dəfn etmişlər. Dəfndə iştirak etmişdir. Məhkəmədə prosesində şahid qismində dindirilən X*3 ifadəsində bildirdi ki, X*9 onun bibisidir. Bibisi xərçəng xəstəsi olduğundan 200*-ci ildə ölüb. Bibisi Buzovna qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. 07.09.*982-ci il təvvəlüdlü Ərizəçi atası X27, anası X*4r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 0*.07.*959-cu il təvəllüdlü X3 atası X*5 anası X5r. İş materiallarında olan nikah şəhadətnaməsinin surətindən görünür ki, X27 07.07.*978-ci il tarixdə X*0 rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə *0 nömrəli qeydiyyat aparılmış, ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi ərizəçinin anası X2 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə vətəndaşlıq Xidməti Tresti tərəfindən Rusiya vətəndaşı, Ərizəçi verilən 50 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki,Ərizəçi mərhum anası X8 24.*0.200*-ci il tarixdə vəfat edib və Buzovna qəbirstanlığında dəfn olunub. Qəbirüstü abidəsi vardır və üzərinə “X7 *0.07.*959-200*.24.*0” sövləri yazılıb. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum anası X*2 24.*0.200*-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 0*.07.*959-cu il təvvəlüdlü X*2 24.*0.200*-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-1761/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1761/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver