Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-177/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan bağ massivində V xətdə yerləşən 114 saylı torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilmiş daş hasarın onların hesabına sökülərək maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 20 yanvar 1989-cu il 13/705 saylı qərarına əsasən Bakı şəhəri, Türkan kəndində institut əməkdaşlarına Türkan bağ massivində 14 iyun 1989-cu il tarixli 5 nömrəli protokolla V xəttə yerləşən 114 saylı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin "Mineral" bağçılıq birliyinə məxsus olması və heç bir mübahisəli və yüklü olması barədə 19 fevral 2009-cu il tarixdə 114A saylı arayış verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A No 160448 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Onun Tərəfindən çıxarış almaq üçün Bakı şəhəri DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə müraciət olunmuş və oradan mütəxəssislə birlikdə torpağa baxış keçirərkən müəyyən olundu ki, cavabdehlər özbaşına olaraq ona məxsus bağ sahəsini daş hasara alaraq qanunsuz zəbt etmişdir. Ona görə də mütəxəssis tərəfindən həmin hasarı aşmaq mümkün olmadı və müəyyən işlər görülmədi. Onun Tərəfindən cavabdehlərlə telefonla əlaqə saxlanılaraq irad bildirilmişdir. Cavabdeh1 həmin torpağın əvəzinə 3-4 ay ərzində boş torpaq alıb ona verəcəyini bildirmişdir. Cavabdehlər özbaşına olaraq ona məxsus olan torpaq sahəsini qanunsuz zəbt etmiş və daş hasar tikmişlər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Babalı oğlu məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDKR PHŞ-nin "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən adınıza verilmiş AN-160448 (kod **********1390) nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin dublikatının, eləcə də ilkin torpaqayırma sənədlərinin surətinin verilməsi barədə xx.xx.2023-cü il tarixli müraciətinizə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri❞ publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Sözügedən N-160448 (kod **********1390) nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi Mərkəzin arxivində mövcud deyildir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra şəhadətnamələr, dövlət aktları və plan-ölçü sənədləri Əmlak Məsələləri Dövlət Xidməti yanında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ərazi idarələrinə təhvil verilmişdir. Bu səbəbdən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək tövsiyə olunur. - Bakı şəhəri X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 13/705 saylı qərarın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Türkan kəndində Türkan bağ massivində 14 iyun 1989-cu il tarixli 5 nömrəli protokolla V xəttə yerləşən 114 saylı torpaq sahəsi verilmişdir. - Azərbaycan Milli Elmlər X2 “Mineral” bağçılıq birliyinin xx.xx.1999-cu il tarixli 10 saylı protokolundan çıxarışın surətindən görünür ki, Əzizbəyov rayonu Türkan bağlar massivində “Mineral” bağçılıq yoldaşlığının 114 saylı sahəsi (1100 kv.m) İnstitutda 1979-cu il tarixdən işləyən İddiaçı verilmişdir. - Azərbaycan Milli Elmlər X2 “Mineral” bağçılıq birliyinin xx.xx.2009-cu il tarixli 114A saylı arayışından görünür ki, vətəndaş X4 həqiqətən 14 iyun 1989-cu ildən Azərbaycan Milli Elmlər X1 <<Mineral» bağçılıq birliyinin üzvüdür. «Mineral» bağçılıq birliyinin sahəsində 114 nömrəli bağ sahəsi (43 x 25,6) vətəndaş X3 məxsusdur. Onun «Mineral» bağçılıq birliyinə heç bir borcu yoxdur. Torpaq mübahisəli deyil və heç bir yüklülüyü (arest) yoxdur. 114 nömrəli bağ sahəsinin özəlləşdirilməsinə «Mineral» bağçılıq birliyinin etirazı yoxdur, tutduğu torpaq sahəsi 1100 kv.m-dir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, onun Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Türkan bağ massivində yerləşən 114 saylı bağ sahəsinə dair verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq,İddiaçı adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Əzizbəyov rayonu, Türkan bağ massivi, 1100 kv.m torpaq sahəsi olan 114 saylı bağ sahəsinə dair xx.xx.2009-cu il tarixdə tərtib edilmiş 15211 nömrə ilə uçota alınmış A No 160448 saylı Torpaq sahəsinin planı və ölçüsü" sənədi İdarənin arxivində mövcuddur. - Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 160448 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər XDS İKnin xx.xx.1989-cu il tarixli 13/705 saylı qərarı və “Mineral” b/b-nin xx.xx.1999-cu il tarixli 10 saylı protokolu ilə 1100 kv.m olan 114 saylı bağ evi tikintisi üçün İddiaçı verilmişdir. Bu barədə X8 kitabında xx.xx.2009-cu il tarixdə 15211 nömrə ilə uçota alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən "114" saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə tərəflərindən baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirirlər ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən olunmuşdur (torpaq sahəsi istifadəsində deyil). Bundan başqa, idarənin arxivində saxlanılan "Mineral" bağçılıq birliyinin üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar ve orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların. dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7838 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A No 160448 No-li "Torpaq sahəsinin planı və Ölçüsü❞ sənədindən qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları kameral şəraitdə araşdırılan zaman mübahisə predmeti olan mişarlanmış əhəng daşından inşa edilmiş hasar tikilisinin 22.60 metr hissəsinin Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 13/705 saylı qərarı və "Mineral" b/b-nin xx.xx.1999-cu il tarixli, 10 saylı protokolu ilə İddiaçı 114 saylı bağ evinin tikintisi üçün ayrılmış 1100 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 13/705 saylı qərarı və "Mineral" b/b-nin xx.xx.1999-cu il tarixli, 10 saylı protokolu ilə İddiaçı 114 saylı bağ evinin tikintisi üçün ayrılmış 1100 kv.m torpaq sahəsi ayrılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin 22,6 metr hissəsi iddiaçının torpaq sahəsinə düşür. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi haqlı olaraq verilmişdir. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1- ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7838 saylı ekspert rəyi iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, mübahisə predmeti olan tikilinin iddiaçının torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsi, yerləşirsə hansı hissədə yerləşməsi və dolayısı ilə oranın sökülüb-sökülməməsi məsələsi məhz ekspert rəyi əsasında müəyyən edilməlidir. Bu səbəbdən həmin ekspert rəyi əsas götürülməli və mübahisə predmeti olan tikili iddiaçının torpaq sahəsinin daxilində yerləşdiyindən iddia ərizəsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinin daxilində tikili hər iki cavabdeh tərəfindən tikilmişdir. Həmin tikili hər iki cavabdeh tərəfindən tikildiyinə görə onun sökülərək ərazidən çıxarılması da onlarınn hər birinin üzərinə qoyulmalıdır. Bu səbəbdən həmin tikili cavabdehlər tərəfindən öz hesablarına sökülərək ərazidən çıxarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədlər əsasında çıxarış əldə etməsi üçün əraziyə mütəxəssislər tərəfindən baxış keçirilməlidir. Lakin, cavabdehlər tərəfindən mütəxəssislərə ölçü işləri aparılarkən müxtəlif maneələr yaradılır. Bu səbəbdən məhkəmə hesab edir ki, torpaq sahəsinə dair cavabdehlər tərəfindən hər hansı maneələr edilməsi də qadağan edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ayrılmış Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində Türkan bağ massivində V xəttə yerləşən 114 saylı torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikili müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək ərazidən çıxarılmalı, həmçinin İddiaçı ayrılmış Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində Türkan bağ massivində V xəttə yerləşən 114 saylı torpaq sahəsində törədilən hər hansı maneələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin Məhkəmə ekspertiza xərcinin tərəflərdən tutulması ilə bağlı qeyd edir ki, 50 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində Türkan bağ massivində V xəttə yerləşən 114 saylı torpaq sahəsində yerləşən cavabdehlər tərəfindən tikilmiş qanunsuz tikili (daş çəpərin 22,60 metr hissəsi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada öz hesablarına sökülsün və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin torpaq sahəsində hər hansı maneələrin edilməsi onlara qadağan olunsun. Ekspertiza xərcinə görə 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-177/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-177/2024
07.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver